105
deformasiyası həcmi tablamaya nisbətən aşağıdır. Bu
üsulla tablamada proses avtomatlaşdırıla
və ümumi
mexaniki emal axınına daxil edilə bilər. Böyük ölçülü
detallar üçün qaz-alov üsulu ilə tablama
yüksək
tezlikli cərəyanla
tablamaya nisbətən daha da
səmərəlidir.
Şəkil 5.10. Qaz-alov üsulu ilə sağ istiqamətli qaynaq (a) və
səthin tablanması (b) prosesi.
Qaz-alov üsulu ilə qaynaq zamanı mümkün ola
biləcək təhlükələr və
təhlükə yaradan səbəblərə
daxildir:
-
qazların qarışması ilə yanma/partlayış;
-
alovun zərbəsindən oksigenin balona qayıtması;
-
səs-küydən zədələnmələr;
-
isti materiallardan və ərimiş metaldan yanmalar;
-
optik şüalanma;
-
təhlükəli maddələr;
-
ionlaşmanın insan fiziologiyasına təsiri;
-
kiçik otaqda partlayış, zəhərlənmə və boğulma;
-
dərinin yanması.
b)
a)
106
6. Elektroqövs üsulu ilə əritmə texnikası
6.1.
Elektroqövs üsulunun tətbiqi potensialı
Materialın əriməsinə
imkan verən kifayət qədər
temperatur əldə etmək üçün, əritmə texnikasında
müxtəlif istilik mənbələri istifadə olunur. Bunlara qaz
alovu,
elektrik qövsü, Joul müqaviməti ilə qızdırma,
maqnit induksiya enerjisi,
sürtünmə enerjisi,
ekzotermik kimyəvi reaksiya, lazer
süası
və elektron
axını aiddir. Bu istilik mənbələri 200-dən artıq
müxtəlif material emalı üsullarında tətbiq olunur.
Qeyd olunan enerji mənbələri içərisində elektrik
qövsü ilə material əritmə özünəməxsus üstünlükləri ilə
bir
çox sahələrdə, xüsusən qalın və nazik, yüksək
legirli və legirsiz materialların, qeyri-metalların
birləşdirilməsi və kəsilməsində,
səthə korroziyaya və
yeyilməya qarşı davamlı örtük çəkilməsində geniş
tətbiq olunur (şək. 6.1.).
Dostları ilə paylaş: