F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR


Şəkil 4.8. “Eldec Schwenk & Heiliger GmbH” firmasının



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə45/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

Şəkil 4.8. “Eldec Schwenk & Heiliger GmbH” firmasının 
“TYP HFG 40” markalı yüksək tezlikli cərəyan 
generatorunun elektrik sxemi. 


97 
Qurğuda əsas alət temperatur yaradan induktordur. 
Yüksək elektrik keçiriciliyi qabiliyyətinə və nisbətən 
ucuz olmasına əsaslanaraq, işçi induktorlar əsasən mis 
materialdan hazırlanır və seçilən generatora görə bir 
və çoxdolaqlı ola bilərlər. Maqnit sahə xətlərinin emal 
olunan detala yönəldilməsi üçün əlavə olaraq, detalla 
induktor arasında ferrit içliklər tətbiq oluna bilər. 
5. Qaz-
alov üsulu ilə əritmə texnikası və 
vasitələri 
Qaz-alov üsulu ilə qaynaq (həmçinin, autogen 
qaynağı adlanır) zamanı, qaynaq vannası yanıcı qaz-
oksigen və ya yanıcı qaz-hava alovunun birbaşa yerli 
təsiri ilə əmələ gəlir.
Bu üsulun üstünlüklərinə- çətin mövqelərdə 
qaynağın mümkünlüyü, yüksək mobillik, boşluqların 
asanlıqla doldurula bilməsi, aşağı qalıq gərginlikli və 
qaynaq tikişinin kövrəkləşməyə az meyilli olması 
daxildir. Qaynaq tikişində dənəciklərin güclü 
böyüməsi və qaynaq sürətinin aşağı olması autogen 
qaynağının əsas mənfi cəhətlərindəndir.
Poladların, çuqunların və qeyri-metal materialların 
bu üsulla qaynağı mümkündür.
Üsulun iş prinsipi növbəti şəkildə təqdim 
olunmuşdur:


98 
Şəkil 5.1. Qaz-alov üsulunun (autogen qaynağı) iş prinsipi.
Qaz-alovu ilə əridərək qaynaq etdikdə, sovuran 
yandırıcı başlıq (injektor yandırıcı) tətbiq olunur. Bu 
başlıqların funksiyası injektorların işinə əsaslanır. 
Qaynaq qazları injektora qədər ayri-ayrılıqda verilir və 
təzyiq uçluğunda en kəsiyinin azalması hesabına 
oksigenin axma sürəti artırılır (şək. 5.2.).

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin