89
seçilməsini təmin etmək məqsədiylə, çoxsaylı elektrik
açarları ilə təchiz olunurlar. Sobaların sayi artdiqda
onların ardıcıl qoşulması üçün “intellektual elektrik
açarı sistemi” qurulur ki, bu da şəbəkəni yüklənmədən
qoruyur. Elektrik dolablarının əlverişli temperaturla
təmin olunması üçün, onlar əlavə olaraq, soyutma
sitemi ilə təchiz olunur.
Müasir sobalarda temperatura nəzarət üçün saat
mexanizmli idarəedicilər istifadə olunur ki, bu
idarəedicilər gecələr sobanın temperaturunu avtomatik
olaraq azaldıb, gündüzlər atırır və temperatur verilmiş
mütləq qiymətlər (sollwert) arasında saxlanılır. Qeyd
olunan saat mexanizmində, iş müddəti və fasilələr də
nəzərə alına bilər. Məsələn, ərinti vannasının səmərəlı
idarə olunması, H700 lövhəsində SPS (Standby Power
System) nizamlanması ilə yerinə yetirilə bilər (şək.
3.28.). H700 lövhəsi toxunmaqla (Touch Screen) idarə
olunur, dəqiq və sadə nizamlanmaqla, çoxlu tətbiq
əməliyyatına malik olub, profesional sənədləşdirmə
imkanına malikdir.
Dostları ilə paylaş: