76
yeyeilməyədavamlılıq,
borlama
ilə əldə olunur. Bu
halda bərklik kvarsın bərkliyini xeyli keçir. Bunu görə
də borlama güclü abraziv yeyilmədə çox effektlidir.
Yapışma ilə yeyilmə baş verən şəraitdə
sulfidləmə
tətbiq olunur.
Polad və çuqundan hazırlanmış detalların emalını
yaxşılaşdırmaq üçün
sulfosianidləmə
tətbiq olunur ki,
bu zaman səth, azot karbon və kükürdlə
doyuzdurulur. Sulfosianidləmə
ilə əhəmiyyətli
struktur təmin olunur. Belə ki, səthdə qalın olmayan
yumşaq sulfid təbəqə, bunun altında isə bərk
karbonitrid zonası yerləşir. Üsul frikson disklərdə,
silindrlərdə, aparıcı vintlərdə nailiyyətlə tətbiq olunur.
3.4. Termiki emal avadanlıqları və vasitələri
Termiki emal zamanı tətbiq olunan avadanlıqları
əsasən 3 qrupa bölürlər:
1.
əsas avadanlıqlar: sobalar, soyuducu qurğular
və s;
2.
əlavə avadanlıqlar: yuyucu maşınlar, aşılama
avadanlıqları, qum/qırma axını avadanlıqları və
s;
3.
köməkçi avadanlıqlar:
termik emal atmosferi
almaq, tablama mayesini soyutmaq üçün
qurğular, qaldırıçı-nəqledici vasitələr və s.
77
Əsas avadanlıq olan, sobalar qaz, maye və elektrik
enerjisi ilə qızdırılır. Qazla qızdırma zamanı, emal
olunan materialdan əmələ gələ biləcək karbohidrogen
məhsulları, alovla birbaşa təmasda olduqda yanır. Bu
cür sobalar buxarlanmaya nəzarət cətin olanda tətbiq
olunur.
Yüksək dəqiqliklə qızdırma və və temperaturun
bərabər paylanma tələblərində (əsasən aşağı
temperaturlarda), elektrik sobaları istifadə olunur. Bu
sobaların kamerasında alov olmadığından, alışa
biləcək materialların buxarlanıb, partlama təhlükəsini
nəzərə alaraq, onlar
qoruyucu sistemlərlə təchiz
olunmalıdır. Təhlükəsizlik tədbirlərindən biri sobada
əmələ gələn qazların kənarlaşdırılaraq, sobaya təmiz
havanın vurulmasıdır. Bundan başqa müasir sobalarda
əlavə elektron idarəedici sistemlər olur ki, bu
sistemlərlə temperatur, təzyiq, qaz atmosferi və zaman
qiymətləndirilərək, partlamaya qarşı avtomatik
tədbirlər görülür.
Üzvi
materialların qəflətən buxarlanmasının
qarşısını
almaq üçün, xüsusən başlanğıc mərhələdə
qızma
çox
yavaş
aparılmalı
və
emal
təhlükəsizləşdirilməlidir. Təhlükəsizləşdirmə otaq
temperaturundan başlayir və əsasən 600
0
C də başa
çatır.
Müasir elektron sobalarda temperatur qradientinin
dəyişməsinə aktiv reaksiya
bildirən vericilər işə
avtomatik nəzarət edir. Sobalar onu və sobaya vurulan
havanı ilkin qizdırmaq üçün, isti hava təminetmə ve
78
tədrici soyutma sistemləri ilə təchiz oluna bilərlər.
Qəza vəziyyətində prosesə olan mənfi amillərin
qarşısını almaq üçün, soba ehtiyyat sistemləri ilə
təchiz olunur. Məsələn,
ayrilan üzvi maddələrin
miqdarı ilə kameraya verilən hava arasında nisbət
pozularsa, təzyiq dəyişərsə və s. sistemdə olan
vericilər vasitəsi ilə informasiya aktiv təhlükəsizlik
sisteminə ötürülür.
Bəzi sobalarda enerjiyə qənaət etmək üçün onlar
əlavə olaraq, çıxış qazlarının enerjisindən istifadə edən
rekuperatorla təchiz olunurlar.
Bununla kameraya
daxil olacaq hava ilkin olaraq qızdırılır.
Atmosferə atılan zəhərli ixrac qazlarının mənfi
təsirlərini azaltmaq üçün sobalar əlavə olaraq, termik
və ya katalizatorlu təmizləyici sistemlərlə təchiz
olunmalıdır.
Qeyd olunan texnikanı və texnologiyanı
əyani
təsvir etmək üçün, bəzi sobaları və vasitələri nəzərdən
keçirək.
Dostları ilə paylaş: