Şəkil 3.19. D700/10000/300/45S markalı nəqledici soba.
2400°C– yə qədər qızdıran, soyuq divarlı “retorte”
sobası.
“Retorte” sobanın kamerası adlanır ki, bu söz
onun formasından irəli gəlir. Hava və yandırıcı
qazlardan təcrid olunmuş kameraya malik bu növ
sobalara əlavə qaz və ya maye verməklə, materialın
xassələri dəyişdirilə bilər. Qızma ya qaz ya da
elektriklə ola bilər. Kamerada vakuum yaratmaq üçün
soba vakuum nasoslarlna və kameraya qaz/maye
vurmaq üçün əlavə nasosa malikdir. Bu sobalar
Metalların azotlanması, sementlənməsi, tabının
alınması, toz metallurgiyasında, şüşə və keramika
istehsalında tətbiq oluna bilər.
83
Şəkil 3.20. W 8250/S markalı kombi soba.
“Retorte” sobasına nümunə olaraq şək. 3.20.- də
W8250/S markalı kombi sobası təsvir olunmuşdur. Bu
soba elektriklə qızdırılır və qızdırıcı element kimi
grafit (2400
0
C- yə qədər), molibden (1600
0
C- yə
qədər), MoSi
2
və ya bu qızdırıqızdırıcıların
kombinasiyası tətbiq olunr. Sobada vakuumun
yaradıla bilməsi, materialın reaksiyaedici qaz
mühitində və ya 10
-5
mbar vakuumda emalına imkan
verir.
Polad və əlvan metallar üçün termiki emal sobası.
W 7440/26 AS markalı soba alüminiumu termiki emal
etmək üçün tətbiq olunur. Əvvəlcə, detalı sobada
qızdırıb, sonra suda tablayirlar. Sobanın maksimal
temperaturu 650
0
C- yə qədərdir.
84
Şəkil 3.211. Alüminium üçün W 7440/26 AS markalı soba
və WB 24000/S markalı tablama vannası.
Poladların tablanması üçün soba və tablama
vannası aşağıdakı şəkildə təsvir verilmişdir.
|