58
Məsələn, silk və zümrəli cəmiyyətlərdə çəkməçilərin, tacirlərin, təhkimli kəndlilərin onlarca nəsli, digər tərəfdən
isə əsil-nəcabətli nəsillərin uzun şəcərə zəncirləri norma olmuşdur. Biz belə sosial varlığın
yeknəsəkliyini tarixi
mənbələrdə göstərilən küçə adlarına görə qiymətləndirə bilərik: qalayçılar küçəsi, tənəkəçilər küçəsi, xalçaçılar
məhəlləsi və s. Ustalar nəinki öz status və peşələrini nəsildən-nəslə ötürür, həm də onların hamısı yan-yana
yaşayırdı.
Sosioloji ədəbiyyatda sosial mobillik nəzəriyyəsinə müxtəlif yanaşmalar mövcuddur. Bu, ilk növbədə sosial
mobillik anlayışının mahiyyəti ilə bağlıdır. Bəzi sosioloqlar belə bir fikir irəli sürürlər ki, sosial mobillik o zaman
baş
[140 - 141]
verir ki, yeni sosial status fərdin ailəsinə aid edilsin. Fransız sosioloqları P. Bertu və P. Burdan
sosial mobilliyi fərdlərin həyatları və peşə fəaliyyəti dövründə öz valideynlərinin sosial statusuna nisbətən bir sosial
kateqoriyadan digərinə keçməsi kimi xarakterizə edirdilər. Burada çıxış nöqtəsi kimi sosial mənşə götürülürdü.
Sosial mobillik probleminə müasir yanaşmalar içərisində M. Lipset və R. Bendiksin
sənaye cəmiyyətinin
inkişafını şaquli mobilliklə bağlayan konsepsiyasını göstərmək lazımdır. Lipset və Bendiksin tədqiqatlarına görə,
bütün sənaye cəmiyyətləri yüksək dərəcədə yüksələn mobilliklə səciyyələnirlər. Çünki bir tərəfdən qeyri-məhdud
sosial inkişaf üçün geniş imkanlar sanki aşağı sosial təbəqələrin daha enerjili və istedadlı nümayəndələrinin
enerjisini başqa istiqamətə yönəldən və inqilabi dəyişikliklərin risqini azaldan bir «qoruyucu klapan» kimi çıxış
edir. Başqa sözlə, mobillik cəmiyyətin stabilləşdirilməsi funksiyasını yerinə yetirir. Digər tərəfdən isə sənaye
cəmiyyəti fərdə yüksək intellektual tələblər verir və fərdi istedadların sosial vəziyyətindən asılı olmayaraq
inkişafını və onlardan məhsuldar şəkildə istifadə olunmasını zəruri edir. P. Blau və bir sıra digər sosioloqlar
mobillik fenomenini sosial ədalət və sosial sistemin effektivliyi ideyası ilə bağlayırdılar. XX əsrin ortalarında
sənaye cəmiyyətinin populyar olan nəzəriyyələrində sosial mobilliyə mühüm yer ayrılırdı. Məsələn, konvergensiya
nəzəriyyəsinə görə, şaquli mobilliyin artmasına meyl sosial quruluş və siyasi sistemindən asılı olmayaraq bütün
sənaye cəmiyyətlərinə xasdır. Bu nəzəriyyəyə əsasən sənayeləşmə prosesi müxtəlif sinif və təbəqələrdən çıxmış
insanların şaquli mobilliyinin artmasına və sosial imkanların bərabərləşməsinə kömək edir.
Sənaye cəmiyyətinin
tənqidi yönümlü nəzəriyyələri isə əksinə, göstərirdilər ki, sənayeləşmə labüd olaraq enən Mobilliyin
genişlənməsinə səbəb olur. Çünki işçilərin ixtisasına və işgüzar xüsusiyyətlərinə tələblərin yüksəlməsi, eləcə də
istehsalatın geniş mexanikləşdirilməsi və avtomatlaşdırılması işsizliyin
[141 - 142]
artmasını, getdikçə daha çox
işçinin aşağıya doğru itələnib çıxarılmasını və onların marginallaşmasını şərtləndirir.
Sonuncu
onilliyə müraciət etdikdə, mobilliyin metodologiyasının öyrənilməsinə həsr edilən və onun
perspektivlərini başa düşmək üçün müqayisəli təhlilin xüsusi əhəmiyyətini əsaslandıran B. Dyuryenin tədqiqatını,
eləcə də C. Qoldtorp və R. Eriksonun müxtəlif sənaye cəmiyyətlərində mobillik səviyyələrinin dəyişməsinə həsr
olunmuş tədqiqatlarını qeyd etmək lazımdır. Nəticədə müəlliflər bu qənaətə gəlirlər ki, sosial quruluşundan asılı
olmayaraq, bütün sənaye ölkələrində sosial mobillik göstəriciləri bir-birinə yaxındır.
Dostları ilə paylaş: