96
Müəssisə kollektivinə daxil olan qrupa münasibətdə sosial idarəetmə metodları belə bölüşdürülə bilər:
a) qrupun tərkibinin məqsədyönlü formalaşdırılması (məsələn, qrupun peşə-ixtisas əlamətlərinə görə
formalaşması, iş yerlərinin sayına və xüsusiyyətlərinə görə mobil qrupların yaradılması və s.);
b) qrupun sıx
vəhdətinin təmin edilməsi (sağlam rəqabətin təşkili, rəhbərlik üslubunun təkmilləşdirilməsi, sosial-psixoloji
amillərdən istifadə olunması və s. vasitəsilə bunu həyata keçirmək mümkündür).
Bütövlükdə kollektiv, təşkilat
səviyyəsində aşağıdakı metodlardan istifadə oluna bilər:
a) formal və qeyri-formal strukturların uzlaşdırılması. Bu baxımdan planlaşdırılmış və həqiqi, real əlaqələr,
normalar arasındakı ziddiyyətlərin aradan qaldırılması xüsusi məna kəsb edir.
b) idarəetmənin demokratikləşməsi. Bu baxımdan ictimai təşkilatların rolunun yüksəldilməsi, ümumi
qərarların işlənib hazırlanmasına işçilərin cəlb olunması, bəzi rəhbərlərin seçkili olması qaydasının tətbiqi, əmək
fəallığının inkişaf etdirilməsi və s. özünü tamamilə doğruldur.
c) sosial planlaşdırma. İşçilərin ixtisasının artırılması və rifahının yaxşılaşdırılması,
kollektivin sosial
strukturunun təkmilləşdirilməsi, adamların sosial müdafiəsinə kömək edən tədbirlərin həyata keçirilməsi və s.
kollektivin fəaliyyətinə səmərəli təsir göstərir. Müəssisədə sosial planlaşdırma sosial proseslərin inkişafının
məqsəd, vəzifə və göstəricilərini, habelə onları həyata keçirmək vasitələrini müəyyənləşdirməyin elmi cəhətdən
əsaslandırılmasını təmin etmək deməkdir.
Yeri gəlmişkən qeyd edək ki, elmi ədəbiyyatda təşkilatın idarə edilməsi baxımından xarakterinə görə
aşağıdakı metodların ayırd edilməsinə tez-tez rast gəlmək mümkündür:
a) inzibati-təşkilati metodlar; bu metodlar dövlətin iradəsinə və nüfuzuna
istinad edir və idarəetmə
obyektinə bilavasitə təsir göstərir. İdarəetmənin inzibati-təşkilati metodlarının xarakter xüsusiyyətləri sırasına
bunlar aid edilə bilər: operativlik; idarə olunan obyektə birbaşa təsir; göstərişlərin, sərəncamların, əmrlərin
və digər
inzibati qərarların yerinə yetirilməsinin məcburi xarakteri; yerinə yetirilməyən əmr və sərəncamlar üçün ciddi
surətdə müəyyən edilmiş məsuliyyət; səhv qərarların qəbulu üçün fərdi məsuliyyət. Bu metodların
üstün cəhətlərinə
baxmayaraq, onların tətbiqində müəyyən qüsurlar da özünü göstərir: qərarların qəbulun-a özbaşınalıq,
volyuntarizm və bürokratizm təzahürləri.
b) iqtisadi metodlar; bu metodlar idarəetmədə və təsərrüfat fəaliyyətində iqtisadi qanunlardan və
münasibətlərdən səmərəli istifadəni təmin edən tədbirlərin məcmusudur. İqtisadi metodların reallaşdırılmasının
əsasını nəticə etibarilə adamların maddi maraqlarının aşkara çıxarılması və on-ardan istifadə olunması təşkil edir;
bu maraqlar işçiləri iqtisadi qanunların tələblərini yerinə yetirməyə sövq edir.
c) sosial-psixoloji metodlar; bu metodlar ayrı-ayrı işçilərin və kollektivlərin fərdi xarakteristikalarını nəzərə
almaqla tətbiq edilən metodlardır. Sosial-psixoloji metodlardan səmərəli istifadə olunması şəxsiyyətin və
kollektivin mövcud potensialının azad, sərbəst inkişafına, onların fəaliyyətinin aktiv yaradıcı əsasda qurulmasına
kömək edir. Ona görə də hər bir rəhbər işçi idarəetmənin sosial - psixoloji əsaslarına yiyələnməyə ciddi səy
göstərməlidir. İşçinin davranışı, onun digər şəxslərlə qarşılıqlı təsiri, ünsiyyəti və s. hərtərəfli öyrənilməlidir. Bu
halda şəxsiyyət
ünsiyyətin mühüm ünsürü, kollektiv fəaliyyətin iştirakçısı, çoxsaylı qrupların üzvü kimi nəzərdən
keçirilməlidir. Lakin kiçik kollektivlərin, böyük sosial birliklərin, kütləvi proseslərin
xüsusiyyətlərinə də diqqət
yetirilməlidir.
[241 - 242]