F. Q. Vahidov, T. B. Ağayev


 İctimai rəyin ifadə olunma vasitələri



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə102/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   131
sosiologiya

2. İctimai rəyin ifadə olunma vasitələri 
 
Sosiologiya ictimai rəyin ifadə olunması prosesinin öyrənilməsini daim diqqət mərkəzində saxlayır. 
Ümumiyyətlə, ictimai rəyin ifadə olunması dedikdə, həyatın aktual problemləri üzrə  fərdi və qrup xarakterli 
rəylərin bilavasitə və nümayəndəli demokratiya formaları vasitəsilə ifadə edilməsi başa düşülür.

Bu bir həqiqətdir ki, ictimai rəyin gücü təkcə onun məzmununun obyektivliyi və  əhalinin daha geniş 
təbəqələrinin mənafelərini, tələbatlarını  əks etdirməsi ilə deyil, həm də onun ifadə olunma vasitələri ilə 
şərtlənmişdir. Buna görə  də ictimai rəyi ifadə edən siyasi və ictimai institutların işinin səmərəli təşkil edilməsi, 
insanların kollektiv rəyini ifadə edən formaların və kanalların genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. 
İctimai rəyin daşıyıcısı ilə onu ifadə edən tərəf heç də həmişə eyni olmur. Yəni ola bilər ki, böyük sosial 
qrupların ictimai rəyi nisbətən xırda qruplar və hətta ayrı-ayrı adamlar tərəfindən ifadə olunsun. 
Deməli, cəmiyyətin hər bir üzvü ictimai rəyin ifadəçisi kimi çıxış edə bilər. Bu halda onun kütləvi elan 
etdiyi rəy ictimai əhəmiyyət kəsb edən bu və ya digər məsələ barəsində  hər hansı böyük sosial qrupun rəyini, 
münasibətini əks etdirməlidir. 
İctimai rəyin ifadə olunma növləri və formaları olduqca müxtəlifdir. Bu baxımdan üç növü xüsusi olaraq 
fərqləndirmək lazımdır. 
Birincisi, kortəbii surətdə ifadə olunan ictimai rəydir. Belə  rəy müəyyən fərdin və ya fərdlər qrupunun 
gündəlik həyat  şəraitinin təsiri altında formalaşır və hadisələrə bu səviyyədə münasibətini, qiymətini ifadə edir. 
Məsələn, küçədə, məhəllədə, bazarda, iş yerində və s. yerlərdə daxili və beynəlxalq məsələlərin müzakirə edilməsi, 
onlara münasibət 
[248 - 249]
 bildirilməsi, qiymət verilməsi məhz bu qəbildəndir. İctimai rəyin belə ifadə olunması 
özünün lokal xarakteri, çox zaman hadisələrin zahiri, səthi tərəflərinə əsasən fıkir yürüdülməsi və əsl mahiyyətinə 
dərindən nüfuz edilməməsi, əksər hallar-da qeyri-dəqiq olması ilə səciyyələnir. Lakin dediklərimiz ictimai rəyin bu 
növünə laqeyd yanaşmaq, onu nəzərə almamaq üçün əsas olmamalıdır. 
İkincisi, ictimai rəyin dövlət orqanlarının, ictimai təşkilatların, kütləvi informasiya vasitələrinin təşəbbüsü 
ilə ifadə olunmasını əhatə edir. Bu növə ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatına dair mühüm əhəmiyyətli 
qanun layihələrinin ümumxalq müzakirəsini, mətbuat səhifələrində, radio və televiziyada həyatımızın ən aktual və 
əhəmiyyətli problemlərinin vaxtaşırı müzakirəsini və s. aid etmək olar. Təbiidir ki, bu növ daha əhatəlidir, ictimai 
praktikamıza daha möhkəm daxil olmuşdur. 
Üçüncüsü, ictimai rəyin xüsusi sosioloji tədqiqatlar vasitəsilə  əldə edilmiş  nəticələrinin  əhaliyə 
çatdırılmasıdır. Bu növ əsasən  əhalinin müxtəlif qrup və  təbəqələri arasında aparılan sosioloji sorğular vasitəsilə 
ifadə olunur. Məlum olduğu kimi, bu növ dünya praktikasında geniş yayılmışdır. Respublikamızda da bu 
istiqamətdə müəyyən addımlar atılmışdır. Sosioloji sorğular sosial informasiya əldə etməyin mühüm kanallarıdır. 
Onlar cəmiyyətdəki ümumi iqlimi başa düşməkdə və qiymətləndirməkdə mühüm rol oynayır. 
Elmi ədəbiyyatda ictimai rəyin təhlilində şəxsiyyətlərarası ünsiyyətə xüsusi diqqət yetirilir. 
İctimai rəyin ifadə olunmasının müxtəlif üsullarını  və kanallarını  sıx qarşılıqlı  əlaqə  və  təsirdə götürmək 
zəruridir. Bu, bir tərəfdən ictimai rəyin nə dərəcədə kütləvi xarakter daşıdığını, bu prosesin özünəməxsusluqlarını 
və istiqamətlərini, ayrı-ayrı  fəaliyyət formalarının intensivliyini öyrənməyə imkan verir. Digər tərəfdən, hər bir 
ifadə növünə ayrı-ayrılıqda xas olan üstünlükləri nəzərə almaq və ümumiləşdirmək ictimai rəyin mötəbərliyinin 
təmin olunmasının mühüm şərtidir. 
İctimai rəyə sosioloji yanaşma onun iki səviyyəsini fərqləndirməyi tələb edir. Bunlardan birincisi sözdə, 
danışıqda ifadə olunan səviyyədir. Buna verbal münasibət deyilir. Qeyd edilən səviyyədə bu və ya digər məsələyə 
                                                 
1
 Sosiologiya. Bakı, 1994, s. 53. 


100 
 
ifadə olunan münasibət, verilən qiymət zahirən müəyyən  əhali kütləsinin rəyi kimi qəbul oluna bilir, lakin hələ 
praktik gücə qadir olmur. 
İkinci səviyyə bundan fərqli xarakteristikaya malikdir. Artıq bu səviyyədə, yəni  əməli işi səviyyəsində 
ictimai rəy real həyata öz həqiqi təsirini göstərir. Bu səviyyədə artıq sosial qruplar və sosial birlik formaları öz 
şüurlarında bu və ya digər məsələyə verilən qiymətə uyğun surətdə praktik fəaliyyət göstərməyə başlayırlar. Qeyd 
oluınmalıdır ki, ictimai rəyin birinci səviyyədən - inikasedici səviyyədən ikinci səviyyəyə keçməsi mürəkkəb 
prosesdir. Bu keçid əsas etibarilə ictimai rəy göstəricilərinin sosial normalarda, sosial tənzimetmə  və  nəzarət 
formalarında təcəssümü vasitəsilə baş verir. Nəticədə ictimai rəyin mövcud ictimai münasibətlərin real tərəfinə 
çevrilməşi, bu münasibətlərlə çulğalaşması prosesi cərəyan edir.

Məlum olduğu kimi, sosial tənzimetmənin müxtəlif formaları (hüquq, əxlaqi, tərbiyəvi və s.) mövcuddur. 
Cəmiyyətdə gedən sosial proseslərin tənzim olunmasında mühüm yer tutan ictimai rəy bu normalarla sıx qarşılıqlı 
təsirdə  çıxış edir. Daha dəqiq desək, onların təsirinə ictimai rəyin də  əlavə olunması, bu təsirin gücünü daha da 
artırır.  İctimai rəy vasitəsilə  həyata keçirilən nəzarət özünün gündəlik xarakter daşıması, daimi fəaliyyət 
göstərməsi, yaranmış  vəziyyətə çox tez reaksiya verməsi, öz məzmununda bir qayda olaraq çoxluğun  əhval-
ruhiyyəsini  əks etdirməsi və digər mühüm keyfiyyətləri ilə  səciyyələnir. Odur ki, ictimai rəyin nəzarətedici 
funksiyasının səmərəliliyini yüksəltmək yollarını  və vasitələrini axtarıb tapmaq sosioloji yanaşmanın mühüm 
məqsədini təşkil edir. Bu cür nəzarət cəmiyyətdə 
[250 - 251] 
bir çox proseslərin normal getməsi, burada özünü 
göstərən neqativ halların - əliəyriliyin, oğurluğun, vəzifədən sui-istifadə etmənin, xalqın sərvətini müxtəlif yollarla 
mənimsəməyin aradan qaldırılmasında  əhəmiyyətli rol oynayır. Sosial münasibətlərin, cəmiyyət üzvlərinin 
davranışının ictimai rəyin köməyi ilə  tənzim edilməsi onların  şüuruna bilavasitə  təsir göstərir. Bu, ictimai rəyin 
gücünü artırır, onun nüfuzunu yüksəldir. Nəticədə ictimai rəyin  əhəmiyyəti ümumən etiraf olunur, cəmiyyətdə 
demokratik əsasların daha möhkəm qərarlaşması və möhkəmlənməsi üçün əlverişli zəmin yaranır. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin