109
Bir qayda olaraq, marginal davranış cəmiyyətdə öz arzularına uyğun yer tapmamış insanlara məxsusdur
(taleyin ağırlığı, əlillik, əvvəlki məhkumluq, həddən artıq ambisiyalar, iddialar üzündən); onlar gerçəkliyi hamının
qəbul etdiyindən fərqli şəkildə qavrayırlar.
Vətəndaşın davranışı hüquqi və sosioloji nöqteyi-nəzərdən bir çox amillərdən asılıdır: insanın yaşından,
onun sosial vəziyyətindən, maraqlar dairəsindən, obyektiv imkanlarından, həyat tərzindən və s. Bəzi tədqiqatçıların
qeyd etdiyi kimi, müxtəlif yaş səviyyəsinə malik vətəndaşların hüquqi davranışı ona görə fərqlənir ki, onların sosial
funksiyaları üst-üstə düşmür. Belə ki, əhalinin böyük hissəsinin əmək fəaliyyəti 16-19 yaşından başlanır və pensiya
yaşına qədər davam edir.
Hüquqi davranışın müxtəlif motivlərinin bütün spektrini bir cədvəl kimi təsvir etsək, orada yalnız iki -
ictimai və şəxsi - motivlər qrupu yox, həm də bir çox keçid, qarışıq formalar da öz yerini tapacaqdır.
Dostları ilə paylaş: