115
milliyyət, yaş, peşə, təhsil və s. baxımından eynicinsli homoqam ailələr fərqləndirilir ki, bunlarda sosial-
demoqrafik indikatorlar üzrə fərqlər müşahidə edilir.
Məkan-ərazi lokallaşmasına görə ailələr patrilokal (təzə evlənənlər yaşamaq üçün ərin atasının evinə
köçürlər) və matrilokal (təzə evlənənlər arvadın valideynlərinin evində yaşayırlar) olur.
Müasir şəhər ailələrində,
əksər hallarda, ailələrin unilokallığından danışmaq lazım gəlir, çünki mənzilin olması gənc ailənin lokallaşmasını
müəyyənləşdirir.
Müasir urbanizə olunmuş aqlomerasiyalarda ən geniş yayılan nuklear - valideynlər və övladlardan, yəni iki
nəsildən ibarət ailələrdir. Nuklear ailədə üçdən artıq olmayan mövqe (ata-ər, ana-arvad, oğul-qardaş və ya qız-bacı)
var. Mürəkkəb ailə ümumi təsərrüfatı olan iki və daha artıq ailəni birləşdirən, üç və daha artıq nəsildən (baba-nənə,
valideynlər və övladlardan, nəvələrdən) ibarət olur.
Təkrar ailələrdə (təkrar, birinci olmayan nikaha əsaslanan) ər-arvadla birlikdə həmin
nikahdan olan
övladlarla yanaşı, ər və ya arvadın yeni ailəyə özü ilə gətirdiyi övladlar da ola bilir. Boşanmaların sayının artması
əvvəllər, praktiki olaraq, ər və ya arvaddan hər hansı birinin vəfatı nəticəsində meydana çıxan belə ailələrin sayının
artmasına səbəb olmuşdur. Keçmişdə təkrar ailələrdə uşaqlar bir ana və iki ataya (bir ata və iki anaya) indikindən
xeyli az hallarda malik olurdu. Müvafiq olaraq, yalnız doğma valideynləri olan övladlarla,
onlardan başqa, həm də
ögey ata və ya anaları olan övladlar arasında qohumluq münasibətləri də mürəkkəbləşmişdir.
[289 - 290]
Dostları ilə paylaş: