F. Q. Vahidov, T. B. Ağayev


a) təşəkkül tapmış təhsil sistemi elmi-texniki tərəqqinin yeni tələblərindən geri qalırdı;  b)



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə115/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   131
sosiologiya

a) təşəkkül tapmış təhsil sistemi elmi-texniki tərəqqinin yeni tələblərindən geri qalırdı; 
b) tələbələrin, əhalinin müxtəlif qruplarının ali və orta təhsilin demokratikləşməsi uğrunda kütləvi çıxışları 
genişlənmişdi. 
Ayrı-ayrı ölkələrdə təhsilin böhranlı vəziyyətinə dair müxtəlif istiqamətli müzakirələr onunla nəticələndi ki, 
bu sahədə tədqiqatlar, elmi axtarışlar xeyli intensivləşdi. Təhsilin müxtəlif pillələrinin əhaliyə müyəssərliyi, təhsil 
alan gənclərin həyat tərzi, pedaqoji heyətlə qarşılıqlı münasibətləri, ictimai münasibətlər, maraqlar və gözləmələr 
sistemində vəziyyət və s. məsələlər əhatəli tədqiqat obyektinə çevrildilər. Bu halda elmi axtarışların istiqamətləri 
tədricən genişlənir, diqqətdən kənarda qalan, yaxud az diqqət yetirilən problemlərə dair tədqiqatlar meydana 
gəlirdi. Məsələn, «şansların bərabərləşməsində», sosial mobillikdə təhsil amili; fasiləsiz təhsilin sosial problemləri; 
işçilərin yenidən hazırlanmasının və ixtisasının artırılmasının müxtəlifliyi; məzunların  əmək bazarında vəziyyəti; 
ali məktəblərin onların sosial-mədəni mühiti ilə qarşılıqlı əlaqə və təsiri; cəmiyyətin təhsil sisteminə təsir hüdudları; 
həmin sistemə iqtisadi konyukturanın, siyasi rejimlərin dəyişilməsinin, ideoloji amillərin nəticələrini 
neytrallaşdırmaq imkanlarının axtarılması, o cümlədən təhsil müəssisələrinin muxtariyyətinin genişləndirilməsi; 
müxtəlif cəmiyyətlərdə  təhsil sistemlərinin meydana gəlməsi, tarixi təkamülü, fəaliyyəti və inkişafı 
xüsusiyyətlərinin öyrənilməsi; orta və ali təhsilin sosial-selektiv rolu; təhsildə ayrı-seçkilik və  bərabərsizlik 
hallarının aradan qaldırılması; bir sıra kompensasiyaedici proqramların işlənib hazırlanması və həyata keçirilməsi; 
təhsil sisteminin liberallaşdırılması və demokratikləşdirilməsi; təhsil alan şəxslərin maraqlarının nəzərə alınması və 
s. bu qəbildəndir. 
Qeyd edilməlidir ki, təhsil sistemindəki yeniləşməyə və 
[298 - 299] 
demokratikləşməyə münasibət birmənalı 
deyildir. Belə ki, bəziləri bu prosesləri təqdir edir, bəziləri isə yox. Məsələn, təhsilin sosiologiyasında yeni 
mühafizəkar istiqamətin nümayəndələri təhsilin selektiv, elitar modelini müdafiə edir, təhsil alan gənclərin kütləvi 
çıxışlarına, həmin çıxışlarda irəli sürülən yeniləşmə, demokratikləşmə tələblərinə öz qəti etirazlarını bildirirlər. 
Təhsil institutu öz sosial funksiyalarına görə nisbi müstəqilliyə malikdir; o, təhsilin tarixən keçici 
sistemlərinin varisliyini təmin edir, cəmiyyətin fəaliyyətinə və inkişafına aktiv təsir göstərir. Bu sistemin vəziyyəti 
və funksiyaları sosial-iqtisadi münasibətlərlə, sosial əlaqələrin strukturu, siyasi və ideoloji proseslərin 
xüsusiyyətləri ilə  sıx bağlıdır. Təhsilin funksiyaları  həm də sosial təkraristehsalda və insanların topladıqları 
biliklərin, vərdişlərin nəsildən-nəslə ötürülməsində ümumbəşəri tələbatlarla, yeni nəsillərin daha yüksək təhsil, elm 
və  mədəniyyət səviyyəsinə yüksəlməsi meylləri ilə müəyyən olunur. Hərçənd faktlar tarixdə bunun əksi olan 
vəziyyətlərin də olduğunu göstərir. Buna baxmayaraq, əhalinin təhsil səviyyəsinin yüksəlməsini cəmiyyətin 
qanuna-uyğunluqlarından biri hesab etmək olar. 
Təhsil sistemi gənc nəslin intellektual, mənəvi və fıziki inkişafı prosesinə sosial nəzarət funksiyasını uğurla 
həyata keçirməkdə müəyyən nailiyyətlər qazanmışdır. Peşə təhsili isə bundan əlavə, əmək prosesinə qədəm qoyan 


119 
 
nəslin cəmiyyətin sosial strukturunun müxtəlif ünsürləri üzrə bölüşdürülməsinə  nəzarətdə mühüm rol oynayır. 
Məhz bu məqsədlərin reallaşdırılması üçün təhsil sisteminin müxtəlif pillələri müəyyən səlahiyyətlərə malikdir 
(məsələn, təhsilin sonrakı pilləsini keçmək, müvafıq təhsilə uyğun vəzifə tutmaq, konkret əmək növü ilə  məşğul 
olmaq). 
Qeyd etmək lazımdır ki, təhsilin sosial effektivliyi təkcə adamların aldığı biliklərin həcmindən və 
keyfiyyətindən deyil, həm də onların tətbiqi dərəcəsindən, insanların əmək və ictimai fəaliyyətində praktik surətdə 
reallaşmasından 
[299 - 300
] asılıdır. Hazırda məhz bu sahədə öz həllini gözləyən kifayət qədər problem vardır. Ali 
təhsilli mütəxəssislərin, yüksək ixtisaslı  fəhlələrin xeyli qismi təhsil sayəsində qazandıqları bilik və bacarıqlarını 
praktikada tətbiq etmək imkanına malik deyildir. Bu, işçinin öz əməyinə marağını azaldır, onun peşə yüksəlişinə 
mane olur. Faktlar göstərir ki, təhsilin sosial effektivliyi kifayət qədər yüksək deyildir. Təhsilin formal səviyyəsi ilə 
faktik səviyyəsi arasında ayrılıq mövcuddur. Gənclərin ümumtəhsil və peşə hazırlığı arasında, cəmiyyətin 
tələbatları ilə məzunların həyat planları arasında da müəyyən ayrılıq müşahidə olunur. 
Təhsil sisteminin səmərəliliyini yüksəltmək asan məsələ deyildir. Bu, bir sıra ziddiyyətlərin həlli ilə bağlı 
olan mürəkkəb prosesdir. Həmin ziddiyyətlərin ən mühüm olanları bunlardır: a) cəmiyyətin inkişaf tələbatı ilə onun 
mövcud olan diferensiasiyası arasındakı ziddiyyət. Bu diferensiasiya əhəmiyyətli dərəcədə alınan təhsilin səviyyəsi 
və keyfiyyəti ilə şərtlənir; b) qərarlaşmaqda olan bazar strukturlarının irəli sürdüyü tələbatlarla gənclərin sosial - 
peşə yönümü arasındakı ziddiyyət; c) şəxsiyyətin inkişafının zəruri səviyyəsi ilə təhsil müəssisələri məzunlarının 
ümumi inkişafının real səviyyəsi arasındakı ziddiyyət. 
Respublikamız təhsil sahəsində ümumən etiraf olunan uğurlar qazanmışdır. 2007-ci ildə 15 və yuxarı yaşda 
əhalinin hər 1000 nəfərinə 765 nəfər ali və tam orta təhsilli şəxs düşürdü. Halbuki 1999-cu ildə əhalinin siyahıya 
alınmasının məlumatlarına əsasən bu göstərici 758 nəfər olmuşdur. Həmin ildə 1760 məktəbəqədər müəssisə, 4516 
ümumtəhsil məktəbi, 56 dövlət, 4 qeyri-dövlət orta ixtisas məktəbi, 28 dövlət və 14 qeyri-dövlət ali məktəbi 
fəaliyyət göstərmişdir. Respublika Dövlət Statistika Komitəsinin apardığı araşdırmalar göstərir ki, təhsil sistemində 
nəzərə çarpacaq dərəcədə müsbət dəyişikliklər baş verməkdədir. Bu dəyişikliklər tədris proqramlarına və 
metodlarına, fənlərin məzmununa, dərsliklərə  və s. təsir göstərmiş, təhsil proseslərinin 
[300 - 301] 
səmərəliliyi 
xeyli yüksəlmişdir. Lakin təhsil sistemində həllini gözləyən problemlər də az deyildir. Həmin problemlər (məsələn, 
kənd məktəblərinin pedaqoji kadrlarla təminatı, təhsil müəssisələrinin maddi-texniki bazası və s.) diqqətlə öyrənilir 
və onların həlli istiqamətində müəyyən addımlar atılır. 
 
2. Elmin sosiologiyası 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin