77
şəxsi xüsusiyyətlərini və real insanlar arasındakı (vəzifəlilər arasında yox) münasibətləri əks etdirir. Bu halda bir
çox normalar situasiya xarakteri daşıyır ki, bu da qeyri-formal strukturu çevik və mütəhərrik edir.
Qeyri-formal struktur özündə həm formallaşmış xidməti və işçi əlaqələri, həm də insanların ünsiyyəti
zamanı yaranan sosial, psixoloji asılılıqları ehtiva edir. Münasibətlərdə qarşılıqlı rəğbət və antipatiyalar, sosial-
etnik amil, yaş, peşə və s. ilə bağlı amillər əhəmiyyətli rol oynayır.
Təşkilatda qeyri-formal strukturun əmələ gəlməsi bir sıra səbəblərlə şərtlənir. Həmin səbəblər
aşağıdakılardır:
- təşkilatda sosial münasibətlərin tam məcmusunu formallaşdırmağın mümkünsüzlüyü;
- təşkilatın strukturunda konkret insanların özünəməxsus (spesifık) xüsusiyyətlərini və keyfıyyətlərini
nəzərə almaq zərurəti;
- xarici mühitin dəyişməsinə təşkilatın reaksiya vermək zərurəti;
- təşkilatda gözlənilməyən situasiyaların (vəziyyətlərin)
[189 - 190]
yaranmasının və meydana çıxan
problemlərin həllı üçün yeni yanaşmaların tələb olunmasının qaçılmazlığı.
Real olaraq qeyrı-formal struktur qeyri-formal qrupların şəbəkəsi kimi fəalıyyət göstərir. Bu qruplar formal
cəhətdən möhkəmlənmiş bölmələrə çox oxşardırlar. Onların öz liderləri, öz iyerarxiyaları vardır. Geniş
açıqlanmayan həvəsləndirmələr və sanksiyalar (cəzalar) sistemi ilə qüvvətləndirilmiş yazılmamış davranış
qaydaları və normaları fəaliyyət göstərir. İstənilən təşkilatda şayələr və məxfı məlumatlar şəklində qeyri-formal
kommunikasiya (rabitə) mövcuddur və bəzən bu, rəsmi məlumata nisbətən həqiqətə daha çox yaxın olur.
İnsanları qeyri-formal qruplara daxil olmağa çox vaxt aşağıdakı səbəblər sövq edir:
Dostları ilə paylaş: