Фаиг Абдуллайев


****  Ermənistan Kommunist Partiyası  Zəngəzur qəzası  məxfi  işçilərinin ümumi yığıncağının protokolu  Sədr: M.Aryutunov



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə11/19
tarix31.01.2017
ölçüsü6,46 Mb.
#6978
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

**** 
Ermənistan Kommunist Partiyası  Zəngəzur qəzası  məxfi 
işçilərinin ümumi yığıncağının protokolu 
Sədr: M.Aryutunov 
Katib: Z.Mkrtiçev 
Fond 1, siyahı 2, saxlama vahidi 139 
Gündəlik: 
1) Yerlərdən və İrəvandan gələnlərin məruzələri. 
2) Bakıya və  İrəvana xüsusi məruzə ilə gedəcək yoldaş- 
ların seçilməsi. 
Dinlənildi 
İclas M.Aryutunovun sədrliyi və Z. Mkrtiçevin katibliyi 
ilə açıldı. 
Birinci məsələ ilə bağlı Zəngəzur qəzasından gələn məxfi 
işçilərin məruzələri dinlənildi. Məruzələr dinlənildikdən son- 
ra aydın oldu ki, artıq Zəngəzur qəzasında və Qubadlı rayo- 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
193
nunda  qalıb işləmək mümkün deyil. Elə ona görə də bu qəza- 
nın bütün işçiləri işlərini buraxaraq Şuşaya getmək məcburiy- 
yətində qalıblar. İrəvandan gələn yoldaş Tumasovun məruzə- 
sindən məlum  oldu ki, daşnakların  məsələsi tezliklə    həll 
olunacaq. 
Qərara alındı: 
Gündəlik məsələlər yığıncaq iştirakçıları  tərəfindən ciddi 
müzakirə olunduqdan sonra  iclas həmrəyliklə qərara aldı ki; 
Qubadlı  qəzasında  daşnakların müsavatçılarla və yerli bəy- 
lərlə əlaqə qurmaları  və həmin əksinqilabçı qüvvələr tərəfin- 
dən bizim üç yoldaşımızın–Şneger kəndinin sakinləri Arme- 
nak Ağasiyansın,  Arşak Tunanyansın və Parsak Saakyansın 
öldürülməsi təsdiq edilsin. Vəziyyətlə bağlı Bakını və İrəvanı 
məlumatlandırmaq üçün aşağıdakı yoldaşlar: Mali-yans və 
Tumasov məlumat vermək üçün Bakıya və  İrəvana ezam  
olunsunlar. Onlara Bakıya və  İrəvana gedib qayıtmaq üçün  
məxfi əməkdaş mandatları verilsin. 
Sədr: 
Katib: 
**** 
Sənədlər arasında Qubadlı  qəzasının  məsul partiya işçisi 
Savalan Şirinovun 23 avqust 1921-ci il tarixli mərkəzə ötür- 
düyü məlumatdan bir çıxarış var. Həmin çıxarışdan məlum 
olur ki,  Savalan Şirinov öz məlumatında Qəza  İcrayə Komi- 
təsinin sədri seçilən  Hüsü Hacıyevin həbs olunmasını  tələb 
edərək, onunla bağlı bütün sənədlərin və materialların AKP 
MK-nin tam nəzarəti altında saxlanmasını istəyir, onun əfvi- 
nə  sığınaraq azadlığa buraxılan  əksinqilabçı qüvvələrin dinc 
əhaliyə  divan tutmasından, üç  kommunist yoldaşın –  Arso- 
nun, Parsiyanın və Arşakın  məhşur əksinqilabçı İsgəndər bəy 
Sultanov (Aslan bəyin əmisi oğlu)  tərəfindən güllələnməsin- 
dən  söz açır.  

Фаиг Абдуллайев____________________________________  
 
194
Savalan Şirinov  məlumatında Hüsü Hacıyevi qatı kontra-
bandaçı adlandırır, onu İran xanları ilə  əlaqədə suçlayır, da-
xildə isə Aslan bəy Sultanovun yaxın qohumları və işçilərinin  
inqilaba və sovet hakimiyyətinə mane olmala-rından danışır.  
İsrafil bəy Sultanovdan neçə milyonsa rüşvət alaraq onu 
hansısa bir sahənin milis rəisi vəzifəsinə  təyin etməsini 
söyləyir və Sultanovlar nəslinə yeni şər və böhtanlar atmaqda 
davam edir. 
Fond 1, siyahı 2, saxlama vahidi 136  
 
 
 
**** 
Azərbaycan Sovet Sosialist Respublikası Bakı Sovetində 
1920-ci il 1 dekabr tarixli yığıncaqda yoldaş  Nəriman Nəri- 
manov qəribə bir deklorasiya ilə  çıxış edib. Həmin deklo- 
rasiyanın mətni 1920-ci il “Bakinskiy raboçiy” qəzetinin  
4 dekabr tarixli sayında çap olunub. Nəriman Nərimanov 
bəyənatında bildirir ki, “...Zəngəzur və Naxçıvan qəzalarının 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
195
əraziləri Sovet Ermənistanının ayrılmaz bir hissəsidir, Qara- 
bağın sadə  kəndli  əhalisinin isə öz müqədəratını müstəqil 
şəkildə təyin etmək hüququ var. ..”  
 
**** 
Elə buradan başlamaq istəyirik.  
Əlimizdə olan onlarla arxiv sənədi və görüşdüyümüz in- 
sanların xatirələrində yaşayan faktlar bir daha təsdiq edir ki, 
ermənilərin Azərbaycana qarşı qaldırdıqları torpaq iddiaları- 
nın kökü daha dərinlərə gedib çıxır. 
 Arxiv  sənədlərinin arasında qarşımıza çıxan maraqlı bir 
sənəd də Savalan Şirinovun 10 aprel 1921-ci ildə  Azərbay- 
can Kommunist Partiyası  Mərəzi Komitəsində yerli kommu- 
nistlərin nümayəndəsi qismində göndərilmiş  Məruzəsidir. 
Məruzənin  mətnini olduğu kimi sizə təqdim etməık istəyirik. 
Məlumatdan açıq aydın görünür ki, bu Aslan bəyə  və onun 
ətrafına qarşı başlanan qarayaxma əməliyyatının ilk açıq 
fakıdır. 
Azərbaycan Respublikası Prezidenti Aparatının Siyasi 
Sənədlər Arxivi. Fond 1, siyahı 2, iş 139. 
Savalan Şirinovdan 
İnqilab Komitəsinə verilən məlumatla tanış olduqda  in- 
sanın qanını donduracaq bir fakt, o faktın arxasında isə  
məkrli bir niyyətin dayandığı  diqqəti çəkir. Faktla  aşağıda-
kı  sənədi oxuduqda tanış ola bilırəsiz, lakin məkrli niyyət 
ondan ibarətdir ki, həmin qurultayda çıxarılan qərar Azər- 
baycan xalqının kürəyinə saplanmış  zəhərli xəncər idi. Qu- 
rultayın məqsədi Azərbaycanı türk dünyasından, Türk dün- 
yasını isə coğrafi cəhətdən bir-birindən ayrı salmaqdan 
ibarət idi. Qurultay nümayəndələri, Çingiz İldırımın himayə 
etdiyi  yerli xainlərlə birlikdə bəsit və gülüş  doğuran fakt- 

Фаиг Абдуллайев____________________________________  
 
196
ları  əsas götürərək Zəngəzurun Ermənistana verilməsini 
qaçılmaz hesab ediblər.  
Qurultay iştirakçılarından biri, o dövrdə  fəal kommu- 
nistlərdən biri olan Nəzər Heydərov sonradan yazdığı 
“Zəngəzur dağlarında”  adlı kitabında  yazır ki, “Belə ağır 
bir  şəraitdə  Zəngəzur qəza partiya təşkilatının qurultayı 
çağırıldı. Qurultay 1920-ci ilin  ikinci yarısında  Gorusda 
açıldı. Qurultayın işinə Armenak Qaragözov rəhbərlik  
edirdi”. 
Arxiv sənədləri təsdiq edir ki, Çingiz İldırım Zəngəzurun 
Ermənistana verilməsində    canfəşanlıq  göstərən,  xalqına  
xəyanət yolunu seçən qüvvələrə birbaşa rəhbərlik edib və 
onları bu işlərə ruhlandırıb. (Azərbaycan Respublikası Pre- 
zidenti Aparatının Siyasi sənədlər arxivi. Fond 1, siyahı 2, 
saxlama vahidi 139
P.S. Armenak Qaragözov həmin dövrlərdə  Zəngəzurun 
Ermənistan tərəfinin fövqəladə komissarı olub. Həmin 
dövrdə  Zəngəzurun və Qarabağın Azərbaycan tərəfinin 
fövqəladə komossarı isə komunist partiyasının üzvü 
olmayan Aslan bəy Sulatov olmuşdur.  
Aslan bəy Sultanov dövrünün ən nüfuzlu şəxsiyyətlə- 
rindən biri, bacarıqlı sərkərdə, sərrast atıcı, aəzrbaycan, rus 
və erməni dillərində  sərbəst danışa bilən, siyasi cəhətdən 
tam hazırlıqlı  və yetkin, savadlı  və  vətənpərvər bir insan 
olmuşdur.  Əldə etdiyimiz arxiv sənədlərinin mənzərəsi də 
bu fikirləri təsdiq edir. Aslan bəy Sultanov özünü artıq tam 
olaraq təsdiq etmişdi. Ermənilərin  xalq qəhrəmanı,  daşnak 
Andronikin sağ əli general  Manukyanı məhv edən (o barə- 
də ətraflı məlumat verəcəyik), erməni daşnakları ilə  müba- 
rizədə barışmaz mövqe tutan xalq qəhərmanı idi Aslan bəy.    
1921-ci ildə, Zəngəzurun Ermənistana verildiyi vaxtda 
nədənsə  Nəzər Heydərov kitbaında Aslan bəyin və onun 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
197
doğmalarının adarının üstündən sükutla keçir. Mənzərə isə 
aşağıdakı kimidir:  ” 
Baş Dövlət Arxivi 
Fond 410, siyahı 1, iş 130 
 
**** 
Arxiv sənədlərinin təhlilindən sonra  bu məsələyə yenidən 
qayıtmağı lazım bildik. Azərbaycan Prezidenti Aparatının Si- 
yasi Sənədlər Arxivində fond 1, siyahı 1,saxlama vahidi 24 
qrifi ilə qorunan sənəd bir daha təsdiq edir ki, 1920-ci ilin 18 
sentyabrında mərkəzdə, Nəriman Nərimanovun, Dadaş Bün- 
yadzadənin və qeyri  rəsmi dövlət nümayəndələrinin da işti- 
rak etdiyi iclasda artıq Zəngəzur məsləsinə baxılmış və bura- 
da Zəngəzurun birbaşa daşnak hökumıti ilə  sərhəddə yerləş-
məyi və buna görə  də başqa bölgələrdən fərqli olaraq daha 
çox daşnak təcavüzünə  məruz qalması, eyni zamanda bu 
yerlərin coğrafi cəhətdən keçilməz meşəliklərdən və dağlıq 
ərazilərdən ibarət olması həmin yerlərə yaxşı bələd olan yerli 
bir liderin, sərkərdənin bacarığından istifadə etmək zərurətini  
ortaya qoymuşdu. Çünki həmin yerlərə bələd olmayan hərb- 
çilər burada heç bir döyüş  əməliyyatı qura bilməz, dəqiq 
kəşfiyyat apara bilməzdilər. Ona görə  də bu sənəd bir daha 
sübut edir ki, Laçınlı Sultan bəydən daşnaklara qarşı birgə 
mübarizə aparmaq siyasəti özünü doğrultmadı  və bu əhali 
arasında böyük narazılığa səsəb olub. Bunu təsdiq edən arxiv 
sənədini sizə təqdim edirik. 
Azərbaycan Respublikası Prezident Aparatının Siyasi Sə- 
nədlər Arxivi, fond 1, siyahı 1, saxlama vahidi 24  
 
 

Фаиг Абдуллайев____________________________________  
 
198

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
199
Sənəddə daha sonra qeyd edilir ki, Xalq Hərbi Komissarlığı- 
na tapşırılıb ki, Sultan bəyi bandası ilə birlikdə  məhv etsin. 
Buradan da aydın görünür ki, bu zonada mərkəz tərəfindən 
güclü sərkərdə axtarışı əvvəlcədən düşünülmüş məkrli bir si- 
yasət idi. Yəni, özlərinin də etiraf etdikləri kimi, arxiv sənə- 
dində göstərilən kimi onların gücündən yalnız daşnaklara 
qarşı mübarizədə istifadə etmək, bununla da asanlıqla bu mü- 
haribəni mümkün qədər az itkisiz daşnaklar üzərində qələbə 
ilə  təmin etmək. Bütün bunların üstündən keçilərək Aslan 
bəyin üzərində dayanılması bu artıq mərkəzin və XI qızıl or- 
dunun kəşfiyyatının verdiyi dəqiq məlumatlardan sonra ol- 
muşdu. Yəni onların aldığı kəşfiyyat məlumatlarında  göstəri- 
lirdi ki, burada Aslan bəy elə bir kəşfiyyat qurub ki, Nijde, 
onun  ətrafındakı digər daşnak komandanları Azərbaycana 
qarşı  hər hansı bir kəşfiyyat və döyüş planı  tərtib edirlərsə, 
Aslan bəyin kəşfiyyatı bunu vaxtında öyrənir və Aslan bəy 
özünün  əks hərbi planı ilə  həmin planları darmadağın edir. 
Bundan başqa da onun Azərbaycanın ucqar bir bölgəsində ilk 
dəfə o dövrün hərbi standartlarına uyğun nizami hərbi hissə 
yaratması və ilk dəfə kazarma rejimi yaratması artıq mərkəzi 
hökumətin nəyin bahasına olursa-olsun Aslan bəyi öz tərəfinə 
çəkmək və onun fitri hərbi istedadından istifadə etməklə 
daşnaklara qarşı müharibənin taleyini həll etmək. Təsadüfi 
deyil ki, mərkəzdən gələn yüksək çinli dövlət nümayəndələri 
Aslan bəyin bütün təkliflərini gözüyumlu qəbul edir, hətta 
ona fövqəladə səlahiyytələr verməklə yerli hakimiyyəti təşkil 
etmək də ona həvalə olunur. Buradan da belə nəticə çıxır ki, 
özünün də iştirak etdiyi iclasda Nərimanov çox yaxşı bilirdi 
ki, Aslan bəy daşnaklara qarşı mübarizədə bir nömərli fiqur- 
dur. Lakin daşnaklarla mübarizə Aslan bəyin böyük hərbi 
bacarığı sayəsində  qələbə ilə bitdikdən sonra artıq mərkəzi 
hökumət yerlərdəki xainlərin əli ilə Aslan bəyi ləkələmək və 

Фаиг Абдуллайев____________________________________  
 
200
onu bütün vəzifələrdən kənarladırmaq yolunu tutdu. Onu daş- 
naklarla  əlbir olmaqda və  əksinqilabçılıqda ittiham etməyə 
başlayırlar. Ancaq onların ortaya atdıqları yalançı ittihamlar 
ictimai rəy tərəfindən rədd edildikdən sonra insanlar böyük 
narazılıqla belə qondarma şaiyələrə, böhtanlara etirazını bil- 
dirdikdən sonra mərkəzi hökumət artıq geri çəkilərək, onu 
daşnakların  dostu kimi yox, bütün erməni xalqının düşməni 
kimi qələmə verməyə başlayır. Biz bu məsləyə bir daha ona 
görə qayıdıb oxucuların diqqətini bu məsləyə  cəlb etməyə 
çalışdıq ki, Nəriman Nərimanov bu qəhrəman sərkərdənin 
daşnaklara qarşı mübarizədə necə vuruşduğunu, xalqımızın 
qisasını  erməni qəsbkarlarından necə aldığını  bilə-bilə onun- 
la son dərəcə çirkin bir oyuna getmişdir. Yəni əvvəl, mərkəzə 
lazım olanda, onun hərbi bacarığına, fitri hərbi istedadına 
ehtiyac duyulduqda ondan yetərincə istifadə etmək, missiya 
başa çatdıqdan sonra isə onu ləkləmək, ona erməni xalqının 
düşməni adını qoyaraq  xalqın qəhrəman, mərd oğluna qarşı 
xəyanət yolunu tutmaqla, Moskvadakı  ağalarının tələblərinə 
görə öz qəhrəman oğlunu həbs edərək cəzalanması üçün er- 
mənilərə verilməsini təmin etmək. Bununla da bir daha sübut 
olunur ki, Nəriman Nərimanov öz kariyerasını qoruyub 
saxlamaq üçün xalqımızın qəhrəman və mərd oğullarını qur- 
ban vermişdir. 
 
**** 
Azərbaycanın daxilində baş qaldıran  separatçı hərəkatlar 
da yatırıldıqdan sonra artıq yeni yaradılmış yerli hakimiyyət 
mərkəzin dəstəyi ilə  Zəngəzurun verilməsini sözdən  əmələ 
keçirməyə hazırlaşırdı. Bütün bu haqsızlıqlara dözməyən As- 
lan bəy və onun ətrafındakı sadiq qüvvələr Lətif, Kərim və 
Zəngəzurun digər igidləri bu haqsızlığa qarşı çıxaraq  qaçaq- 
çılıq hərəkatına başladılar. Nəzər Heydərov kitabında “Bandi- 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
201
tizm bölməsində” yazır ki, “Qubadlıdakı Lətiflə Kərimin baş- 
çılıq etdiyi antisovet bandaya faktiki olaraq Aslan bəy Sulta- 
nov rəhbərlik edirdi.” O yerlərin adamları çox gözəl bilirdilər 
ki, Lətiflə  Kərim Aslan bəyin  ən qəhrəman dəstə  rəhbərləri 
olub. Onların hər birinin hesabında 700 daşnak başı dayanır.  
Bu ərəfələrdə Aslan bəyin kəşfiyyatı mərkəzin yeni iyrənc 
oyunları haqqında məlumat alır və məlum olur ki, Nərimanov 
hakimiyyəti Qarabağın da ermənilərə hədiyyə edilməsinə fak- 
tiki olaraq razılıq verib və qərarı imzalayıb. Arxiv səndləri də 
təsdiq edir ki, bu faktdır. 
Mərkəzin bu xəyanətkar addımından daha da hiddətlənən, 
barışmaz mövqe tutan Aslan bəy artıq müqavimət hərəkatını 
daha da gücləndirmək haqqında qərar qəbul edir və tam ola- 
raq yəqinləşdirir ki, mərkəz Azərbaycanın parçalanması  və 
hərraca qoyulması yolunu seçib. Buna görə də Qarabağda da 
vaxtilə onun özünün yerləşdirdiyi hərbi qüvvələri  hərəkətə 
gətirir. Bu qüvvələr əlaqəli olaraq birlikdə fəaliyyət göstərir- 
lər. 
Onu da qeyd etmək lazımdır ki, bu illər ərzində  Aslan bəy 
vaxtaşırı Türkiyəyə keçir, Nuru paşa ilə görüşüb məsləhətləş- 
mələr aparır və yenidən Zəngəzura qayıdaraq Qarabağ  və 
Zəngəzur ərazilərində mübarizəsini davam etdirir. 
Nuru paşa ilə dostluğu 1920-ci ildə Nuru paşa Qarabağa 
gələndən sonra başlamış  və sonralar daha da güclənmişdir. 
Nuru paşa Aslan bəyin Manuku ağlagəlməz məsafədən vurub 
öldürməsini eşitdikdə hədsiz sevinmiş və bu möcüzəli qəhrə- 
manla görüşmək arzusunda olduğunu bildirmişdir. 1920-ci 
ildə Qarabağa gələrkən  o dərhal adamlarına Aslan bəyə xə- 
bər göndərməyi, görüş yerini təyin etməyi tapşırmışdı. Sava- 
lan Şirinov deyirdi ki, ilk görüşdə Aslan bəy əl ilə görüşmək  
istəyərkən Nuru paşa onu qucaqlayıb bağrına  basmış və uca 
səslə “igidin adını eşit, üzünü gör” demişdir. Bu tarixdən As- 

Фаиг Абдуллайев____________________________________  
 
202
lan bəyə Nuru paşanın dostluğu başlanır və sonralar get-gedə 
dostluqları daha da möhkəmlənir. 
Zəngəzurun verilməsinə və başqa haqsızlıqlara qarşı çıxan 
Aslan bəq qaçaqçılıq hərəkatına rəhbərlik edərkən  Nuru paşa 
Aslan bəyi qorumaq üçün onun Türkiyəyə mühacirət etməsini 
təkid edir. Nuru paşa artıq bilirdi ki, Aslan bəyi həbs eləyib 
mühakimə olunması üçün içimizdə olan xain rəhbərlər ermə- 
nilərə vermək istəyirlər. Bu barədə Savalan Şirinov sonradan 
etiraf edirdi ki, Aslan bəyin göstərdiyi qəhrəmanlıqları çox 
yaxşı bilən Nuru paşa  bildirirmiş ki, Aslan bəy biz səni itir- 
mək istəmirik. Sənin Azərbaycanda qalmağın həyatın üçün 
təhlükəlidir. Aslan bəy də öz növbəsində bildirmişdir ki, mən 
əgər Türkiyəyə mühacirət etsəm, camaat deyəcək ki, Aslan 
bəy də başqaları kimi həyatı üçün real təhlükə yarandıqda 
canını götürüb qaçdı. əslində isə, Aslan bəyi o dövrdə  yaxın- 
dan tanıyan insanlar deyirdilər ki, mühacirət etməyi o heç 
cürə qüruruna sığışdıra bilmirdi. Nuru paşaya bildirmişdir ki, 
burada bizim nə qədər igidlərimiz şəhid olub. Bizim canımız 
onların canından artıq deyildir. Beləliklə, Aslan bəy höku- 
mətə qarşı  çıxaraq Azərbaycanın içində 8 il qaçaqçılıq 
hərəkatına rəhbərlik edib (Lətif və Kərimin hərbi dəstələrinə). 
 
**** 
Nəzər Heydərov “Zəngəzur dağlarında”  kitabının 124-cü 
səhifəsində daşnak hökumətinin darmadağın edilməsini tama- 
milə  təhrif edərək  yazır ki, daşnak hökuməti başda general 
Nijde olmaqla Qafan dağlarına çəkildi və Meğridən İrana ad- 
ladı. Birinci Qafqaz ordusunun hərbi komissarı Sviridov 
Myasnikovun adına vurduğu teleqramda bildirirdi: “Gorus  
3.VII. 1921-ci il. Zəngəzur daşnak  əksiqnqilabçılarından 
tamam təmizləndi və orada fəhlə-kəndli hökumətinin qəti 
qələbəsindən sonra bütün Zəngəzurda inqilabi qayda-qanu- 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
203
nun yaradıldığını bildirməklə Qafqaz korpusu özünü xoşbəxt  
hesab edir. İnqilabi komitələrə    işi təşkil etməyə başlamaq 
üçün öz hüquqları  və  vəzifələri barədə  təlimat verilmişdir. 
Başda Nijde olmaqla fırıldaqçılar dəstəsi  İrana qaçdı. Hərbi 
komissar Sviridov. Bu məlumatla əlaqədər Azərbaycan bolşe- 
vik Kommunist Partiyasının MK-nin katibi yoldaş Kominski 
Bakıda həmkarlar İttifaqları qurultayında xəbər verdi. Teleq- 
ram alınmışdır ki, Nijdeyə qarşı aparılan hərbi  əməliyyat 
qələbə ilə qurtarmış, iyulun 2-də səhər saat 4-də əksqinqilabçı 
dəstənin mərkəzi olan Gorus igid qırmızı əsgərlər tərəfindən 
tutlumuşdur. Daşnakları  nə  ağaları ingilis, amerika imperia- 
listləri nə  də ingilislərin göstərişi ilə dostluq etdikləri  bəy 
müsavatçılar xilas edə bildilər.” 
Görün nə  qədər yalan danışır. Bu milləti aldadır.  Əvvəla 
Aslan bəy Nərimanova ünvanladığı ittihamedici məruzəsində 
onun Semyonovla birlikdə Nijdeyə qarşı vuruşması, Qafan 
alınarkən başından yaralanması  və Gorusada hərbi xəstəxa- 
nada yatması barədə 28-ci diviziyadan tibbi arayışı olduğunu 
bildirir. Təsdiqedici fakt kimi. Bu hiyləgər Nəzər Heydərov 
isə Kominskiyə istinad edərək bildirir ki, iyulun 2-də  səhər 
saat 4-də əksinqilabçı dəstənin mərkəzi olan Gorus igid qızıl 
ordu  əsgərləri tərəfindən tutuldu. Diqqət edin; əksinqilab-
çıların mərkəzi Gorus. Burada Aslan bəyin məruzəsinə 
nəzərə salaq. “Başımdan yaralandıqdan sonra Gorusda hərbi 
xəstəxanada yatdım.” Bir diqət edin, daşnakların mərkəzi 
Gorusda... Buna yalnız böyük cəsarət lazım idi. Yalnız qorxu 
bilməyən adam heç nəyi gözünə almadan Gorusda müalicə 
olunardı. Axı  Nəzər Heydərov sən hər kəsdən yaxşı bilirdin 
ki, Semyonovun komandirlik etdiyi 28-ci diviziyaya faktiki  
komandirliyi Aslan bəy edib. Ersevənnikdə onları mühasirə- 
dən çıxarıb ölümdən xilas etdikdən sonra. Nijde qoşunlarının 
baş komandanı general Sumbatı  şəxsən öldürdükdən sonra 
daşnak ordusu  pərən-pərən düşmüş, bizim tərəf az itki ver- 

Фаиг Абдуллайев____________________________________  
 
204
məklə daşnakaları tamamilə məğlub etmiş, orada fəhlə-kəndli 
hökumətini qurmuşdur. Nəzər Heydərov gözəl bilir ki,  məhz 
bundan sonra  Qarabağda da Andrаnikin tör-töküntüləri, daş- 
nak-quldur başçıları-Tevan, Tarxan və qeyrilərin də Sumba- 
tın, Manukun gününə qoymaq üçün məhz Asalan bəyi bütün 
Qarabağın və  Zəngəzurun fövqəladə komissarı  vəzifəsinə, 
general səlahiyyətli bir vəzifəyə irəli çəkirlər. Bütün bu qələ- 
bənin müəllifi olan Azərbaycanlı balası Aslan bəyə, general 
Semyonova  və polkovnik Çelova qızıl medal verilib. 
Bütün bu hadisələrin canlı şahidi olan Nəzər Heydərov  ta- 
riximizi bu qədər saxtalaşdırmaqla ağa qara deməklə kimlərin 
dəyirmanına su tökür? Bu sualın cavabı birmənalıdır. Milli 
tariximizi saxtalaşdıranlar qeyd-şərtsiz düşmənin dəyirmanı- 
na su tökür. Düşmənin dəyirmanına su tökənlərə    isə milli 
xainlər deyilir.  
Daha sonra başqa bir böhtan yazır. “Daşnakları nə ağaları 
nə ingilis-amerika imperialistləri, nə  də ingilislərin göstərişi 
ilə dostluq etdikləri bəy müsavatçılar xilas edə bilmədilər.” 
Diqqət edin guya ingilislərin göstərişi ilə    bəy müsavatçılar 
xalqımızın ən qatı düşməni olan daşnaklarla dostluq edirmiş- 
lər. İnsan bu qədər riyakarlıq edər? Həmin bəylərin  bir nü- 
mayəndəsi olan Aslan bəy sən qaçıb gizlənərkən  Nijdedən, 
Drodan və başqa daşnaklardan millətin qisasını alırdı. Belə 
olmasaydı  Nəriman Nərimanovun komissiyası Aslan bəyi 
“vraq armyan” yəni “erməni xalqının düşməni” adlandırmaz- 
dı. Müsavat hökumətini daşnak hökuməti ilə dostluq etməkdə 
ittiham etmək ən azı bizim tariximizə və millətimizə xəyanət- 
dir. Bəylərdən bu qədər ürək yanğısı ilə danışan Nəzər 
Heydərov görəsən ona himayədarlıq edən, onu sonralar özü- 
nün təbiri ilə desək türmədən çıxartdıran Çingiz İldırım bəy 
deyildimi? (Aslan bəyin  əmisi oğlu olub). Nəzər Heydərov 
87-ci səhifədə yazır ki, atama başa saldılar ki, Çingizin qəbu- 
luna getsin. O Şuşada qubernatorun idarəsində işləməklə bol- 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
205
şeviklərə kömək edir. Və o zaman bu sözü eşidən İmran təəc- 
cübünü gislətmədən dedi: -Çingiz bəyin?  
- Bəli, Çingiz bəyin, niyə  təəccüb eləyirsən?  Məgər sən 
bilmirsən ki, Şuşada qubernatorun yanında işləməklə Çingiz 
bəy bolşeviklərə kömək edir? 
Qaragin sözünə bir qədər ara verib dedi: Çingiz İldırımı 
başa salacaqlar, o Nəzərin atasını  qəbul edəcək. Qaragözov 
Abbas Sultanovun vasitəsilə Çingizlə əlaqə saxlayacaq. (Ab- 
bas Sultanov Çingiz İldırımın əmisi oğlu idi. Zəngəzur bolşe- 
vikləri bu əlaqədən istifadə edirdilər.) Göründüyü kimi, Nə- 
zər Heydərov sənin  əqidə qardaşın Abbas Sultanov da bəy 
nəslindədndir.  Sonra 89-cu  səhifədə yazır ki, Çingiz atama 
verdiyi sözü yerinə yetirdi və üçümüzü də  həbsdən azad 
etdilər. 
 Nəzər Heydərov kitabının 102-ci səhifəsində yazır:  “İyu-
nun  əvvəllərində Xinzirək kəndində  məktəbin qabağındakı 
böyük bir meydançada mitinq oldu. 1920-ci ilin mayın 28-də 
general Dro bu kənddə  zəhmətkeşlərin üsyanını  vəhşicəsinə 
yatırıb onlara qanlı divan tutdu. Zəngəzurun erməni tərəfinin 
fövqəladə komissarı Armenak Qaragözovun atası Mkrtıç Qa- 
ragözovu camaatın gözü qarşısında gülləmişdi”. 
Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin