Фаиг Абдуллайев



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix31.01.2017
ölçüsü6,46 Mb.
#6978
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

90-cı  səhifədə yazılır ki; “Molla Abbasın həbs olunması, 
camaatın qabağında döyülməsi, onun mənimlə, qardaşımla, 
bütün qəzanın içi iıə yatab edilməsi xalqı müsavat hökuməti  
əleyhinə daha da qaldırmışdı”. 
Nəzər Heydərov bu abzasla özünü və Molla Abbası xalqın 
sevimlisi kimi qələmə verməklə yenə oxucularını aldadır. 
Arxiv sənədlərindən, xatirələrdən, hətta özünün yazdığı fikir- 
lərin dəqiq analitik təhlilindən məlum olur ki, o dövrdə Nəzər 
Heydərovun heç bir nüfuzu olmayıb, bu sətirləri yazmaqla 
özünü guya ki, bir nüfuzlu adam kimi, qələmə verməyə, guya 
ona görə xalqın müsavat hökumətinə qarşı  çıxmasını yazır. 
Bununla o özünün riyakar olduğunu bir daha sübut edir. Biz 

Фаиг Абдуллайев____________________________________  
 
206
yaxşı bilirik ki, lazım olanda qaçmağa üstünlük verən, 
gizlənməyə, gizli donoslar yazmağa üstünlük verən bir adamı 
camaat hansı əməllərinə görə sevə bilərdi? Onun bu  fikirləri- 
nin arxasında  bu və ya başqa şəkildə yenə Aslan bəyə qarşı 
olan düşmənçilik dayanır, çünki Nəzər Heydərovu da, Molla 
Abbası da, Nəzərin qardaşını da cinayətkar fəaliyyətlərinə 
görə məhz Aslan bəy həbs etmişdi!  
103-cü səhifədə isə bir qədər də irəli gedərək daşnakların 
və müsavatçıların Azərbaycan xalqının düşmənləri olduğunu 
bildirir. Diqqət edin yazır ki: “...erməni xalqı ilə Azərbaycan 
xalqının düşməni olan daşnakların və müsavatçıların kim 
olduqlarını  aşkar sübut edir.” Xalqımızın düşməni olan daş- 
naklarla xalqı üçün tarixi əhəmiyyət kəsb edən müsavatçıları 
eyniləşdirmək nə deməkdir? 
Diqqət edin, o, müsavatçıların daşnaklar qədər Azərbay-
can xalqının ən qatı düşməni olduğunu göstərir. Hansı ki, bu 
gün biz müsavat hökumətinin şərqdə ilk dəfə demokratik bir 
dövlət qurduğu ilə fəxr edirik. Nəzər  Heydərov bu böhtanları 
ilə özünün bu xalqın düşməni olduğunu sübut edir. İkinci o 
göstərir ki, general Dro A.Qaragözovun atası M.Qaragözovu 
camaatın gözü  qarşısında güllələyib. Nədənsə göstərmir ki, 
Dro 1920-ci ilin mayında Şuşadan Zəngəzura gəldikdən sonra 
Aslan bəy Vəli düzündə (Zəngəzur ərazisində) Dronun böyük 
bir qoşununu öz hərbi məharəti nəticəsində müasirəyə salaraq 
darmadağın etmiş, daşnakalardan qənimət olaraq çox böyük 
hərbi sursat ələ keçirmişdir. Aslan bəy bundan sonra Dronun 
məğlubiyyətindən  əldə etdiyi pulemyotları öz dəstəsinin 
üzvlərinə paylamışdı. Bir də bunu xüsü olaraq qeyd etmək 
lazımdır ki, o zaman Qafan, Gorus, Meğri, Sisyan və Zəngə- 
zurun bütün ərazisində Andronikin ən qəddər generalların- 
dan biri olan general Dro da həmin o daşnak hakimiyyətinin 
dağıdılması  hərbi planını  həyata keçirilən zaman burada 
məhv edilmişdir. Bunu xatırlatmağa ehtiyac olmasa da qeyd 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
207
edim ki, həmin o hərbi planı müəllifi də Aslan bəy Sultanov 
olmuşdur, məhz Nəzər Heydərovun dediyi bəy. Bu müqayisə- 
li təhlilləri aparmaqla çalışırıq ki, gec də olsa xalqımız həqi- 
qətləri bilsin. Kimin qəhrəman, kimin xain olduğunu özü 
təyin etsin. Çingiz İldırımı tərifləyərkən görəsən nədən kita- 
bında yazmır ki, 1925-ci ildə onun doğma qardaşı Şamil bəy 
Sultanovu (arxiv sənədləri də bnunu təsdiq edir. Azərbaycan 
Respublikası Prezident Aparatının Siyasi Sənədlər Arxivi. 
Fond 1, siyahı 74, saxlama vahidi 146) antisovet fəaliyyə- 
tinə görə həbs ediblər. Daha çox təssüf doğuranı isə odur ki, 
atası  İldırım bəy kimi bir kişi oğlu Çingizlə küsülü olaraq 
dünyasını  dəyişib. Atasının oğluna qarşı ittihamı o olub ki, 
Çingiz bizi kafirlərə satdı.  Görəsən İldırım bəy kafir deyəndə 
kimləri nəzərdə tuturdu? Yəqin ki, onun siyahısında içimizdə 
olan kafirlər də vardı. O cümlədən Nəzər Heydərov kimiləri 
də... Hansı ki, kitabında açıq etiraf edir ki, biz Allaha 
inanmırıq (83-cü səhifə). Kitabın  163-cü  səhifəsində yazır: 
“Bəhlul əfəndi məndən soruşdu:- Bəylərlə niyə yola getmir- 
siz? Mən cavab verdim: Bəylər bizim sinfi düşmənimizdir. ” 
Bu yerdə bir sual meydana çıxır; Sənin  əlaltılıq etiyin 
Abbas Sultanov (Aslan bəyin  əmisi oğlu), Çingiz İldırım 
(Aslan bəyin əmisi oğlu) bəy deyildimi? Onlar sinfi düşmən 
hesab edilmirdimi? Xeyir, burda söhbət bəydən, rəiyyətdən 
getmir, sadəcə olaraq mənəviyyat və  mənəviyyatsızlıq önə 
çəkilir. Kim xəyanətkar, satqın, əqidəsizdirsə onlar sinfi dost- 
lar, kimin əqidəsi, mənliyi varsa sinfi düşmənlərdir.  Əsl 
həqiqət budur.  
Kitabın başqa bir yerində (səh 20) yazır: Sultanovların ulu 
babası guya bunları istismar edib, hələ farsların hakimiyyəti 
dövründə Nəcəf bəy (Aslan Sultanovgilin ulu babaları) Gür- 
cülü kəndinin (Nəzərgilin kəndi) ilk feodal ağası olub. O 
Nəsir Sultanın nəslindəndir. Kənddə olan hər şey onun ixtiya-
rında idi. Nəcəf bəyin dörd oğlu var idi; Əsgər bəy, Niftalı 

Фаиг Абдуллайев____________________________________  
 
208
bəy, Qasım bəy və Abdulla bəy. Axı onlar eyni zamanda 
sənin sinfi dostların sayılan Çingiz İldırımın, Abbas Sultano-
vun da ulu babalarıdır. Aslan bəygilə  gələndə oxucunu çaş- 
dırmaq üçün onalrı  bəy və sinfi düşmən kimi qələmə verir. 
Onları feodal ağalar kimi göstərir. Onların nəslinə  gələndə 
yenə oxucuları çaşdırmağa çalışır. Kitabın 16-cı  səhifəsində 
yazır ki, keçmiş  Zənəgzur qəzasında üç Sultanovlar nəsli 
yaşayırdı. İndiki  Laçın rayonuna daxil olan Kürdhacılı kən- 
dindən olan Sultanovlar, əslən ata-babadan mülkədar deyil- 
dilər. Qarabağın general-qubernatoru olmuş Xosrov bəy 
Sultanovun babası çarvadar olmuşdur. O zaman xalq arasında 
deyirdilər, “Hər oxuyan Molla Pənah, hər qatırçı Murad 
olmaz”. Həmin o qatırçı Murad o Sultanovların babası idi. 
Murad varlanıb  Əsəd Sultanlı  bəyin qohumunu almışdı. Öz 
doğma oğlu Paşanı isə Əsəd Sultanlı bəyin oğlu kimi qələmə 
vermişdi. Guya uşaq yetimdir, dul anasının yanında gəlmiş- 
dir. Laçınlı Sultan bəygilin Muradov olmasını arxiv sənədi də 
təsdiq edir. Azərbaycan Respublikası Prezident Aparatının 
Siyasi Sənədlər arxivi, fond 1, siyahı 2, saxlama vahidi 18 
qrifi ilə qorunub saxlanılır. Həmin sənədləri sizə  təqdim 
edirik: 
 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
209
 
 

Фаиг Абдуллайев____________________________________  
 
210
Икинжи архив сяняди 
 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
211
 

Фаиг Абдуллайев____________________________________  
 
212
Laçınlı  Sultan bəygilin Sultanov deyil Muradov 
olmasını arxiv sənədi təsdiq edir 
 
Sonra yazır: “Qubadlı və Hacılı kəndlərində yaşayan Bər- 
güşadlı Sultanovlar isə kürd idilər və ata-babadan mülkədar 
idilər”.  
Bundan sonra yenə oxucuları çaşdırararq yazır ki, 
“...üçüncü Sultanovlar Zəngəzurun Ermənistan tərəfində yer- 
ləşən Danzaver və Azərbaycan hissəsində yerləşən Pirçivan- 
da yaşayan  Sultanovlar nəslən zadəgan idilər, özləri də 
türkmən idilər”. 
Yenə tarixi saxtakarlıq, yenə yalan. 
Tarixdən məlum olduğu kimi Mac kəndi ilə Danzaver 
kəndi arsında 3 km. məsafə var. Mac kəndi Aslan bəyin atası 
Kərbəlayi Hüseynə məxsus olub. Danzaver kəndinin əvvəlki 
adı isə Armudluq olub, sonra ermənilər adı erməniləşdirərək 
Dansaver ediblər. Dansa elə ermənicə armud deməkdir. 
Göründüyü kimi bu kəndlər iki doğma  əmioğlulara məxsus 
kəndlər olub. Bu adam doğma əmioğlanların nəslini bir yerdə 
kürd, başqa bir yerdə isə zadəgan və ya türkmən olduğunu 
yazmaqla, oxucları aldatmaqla nəyə nail olmaq istəyib. Bu 
adam görəsən həqiqətənmi  anlamırdı ki, zadəganlıq dedikdə 
Azərbaycanda elə  bəylik, xanlıq nəzərdə tutulur? Tarixdən 
məlumdur, təkzibolunmaz faktlarla və arxiv sənədləri ilə 
görkəmli tədqiqatçı  Ənvər Çingizoğlunun araşdırmalarına 
əsasən sübut olunub ki, Zəngəzurda yaşayan bəy Sultanovlar 
bir nəsildi. Sonradan onlar müxtəlif yerlərdə məskunlaşıblar. 
Beləliklə bu insanın həmin nəsli nədən parçalamaq niyyəti 
aydın deyil.  
Görəsən Nəzər Heydərovun bütün bu hadisələri və tarixi 
faktları  təhrif etməkdə ürəyindəki qisas hissinin səbəbi nə 
idi? Bu sualın cavabını tapmaq üçün Nəzər Heydərovun öz 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
213
məntiqinə istinad edərək kitabın 32-ci səhifəsindəki fikirlərə 
diqqət edək: “1909-cu ilin baharnda Şirəli bəy Sultanov 
kəndlilərini bəylərin meyvə bağlarına arx çəkməyə toplayırdı. 
Şirəli bəyin nökəri kəndə  gəlib Molla Abbasdan at istədi. 
Mollanın arvadı, mənim bacım (N.Heydərovun bacısı) atı 
vermədi. Buna görə də nökər bacımı söydü. Mən buna döz- 
məyib nökəri daşa basdım və söydüm. Səsə qadınlar çıxdılar 
və atı aparmağa qoymadılar. Mən həyəcanlanmış  halda bəyə 
şikayət etməyə qaçdım, düz bəyin üzünə dedim:- Niyə sizin 
nökər atımızı aparır, üstəlik bacımı da söyür? Bəy sözümə 
axıra kimi qulaq asmayıb yaxamdan yapışdı, məni döyməyə 
başladı. Yanımızda bir dəstə  kəndli dayanmışdı, dayım da, 
əmim oğlanları da onların arasında idi. Onların hər biri istəsə 
bəyin qol-qabırğasını  sındırardı. Ancaq  heç biri cürət edib 
məni bəyin  əlindən almadı. Mən döyülmüş, suyu süzülə-
süzülə evə qayıtdım. Molla Abbas bu zaman Gorusda idi. O, 
bu əhvalatı eşidib Sultanovların ağsaqqalları Cabbar bəyə və 
Rüstəm bəyə  məktub yazdı. O məktubda onlara xəbərdarlıq 
edirdi. “Dəlinizə öyüd-nəsihət verin, bizim də  dəlimiz var.” 
Yayda, biçindən sonra biz bir aylığa Danzaverin üç kilometr- 
liyindəki Mac kəndinin yaxınlığındakı yaylağa köçdük. O 
vaxt bizim bəylər orada yaşayırdılar (Aslan bəyin babasının 
kəndi). Dumanlı, qaranlıq bir gecə it səsinə alaçıqdan eşiyə 
çıxdıq və alaçığın qabağında bir-neçə atlı gördük. Qonaq bi- 
lib atlarının başını tutduq, ancaq gözlənilmədən mənə bir ne- 
çə tatarı  dəydi. Mən atın cilovunu buraxıb alaçığın yaxınlı-
ğındakı kolluğa qaçdım.  Əmim oğlu  Ələkbər də tez qaçıb 
mənim yanıma gəldi. Biz Calal bəy, İsmayıl bəy, Həmid bəy 
Sultanovları  və onların nökərlərini tanıdıq. Calal bəy çar 
zabiti idi. O qəzaya gələndə polislər də qorxularından o gedə- 
nə  qədər gözə görünməzdilər. Calal bəy cəzasız filansız 
istədiyi adamı öldürər, heç kəs ondan şikayət etməyə cürət et- 

Фаиг Абдуллайев____________________________________  
 
214
məzdi. Bizim və bacımgilin alaçığında baş verən əhvalata 
kolun dalından tamaşa edirdik. Calal bəy qahala (tövlə 
kimi bir yer) girib nökərlərə  əmr etdi ki, dörd sağmal inəyi 
çıxarıb kəssinlər. O dövrdə kasıb adamda 4 sağmal inək hara- 
dan ola bilərdi. Heyvanların ayağını iplə bağlayıb böyrü üstə 
yıxdılar. Nökərlər əllərində iti bıçaq Calal bəyin üzünə baxır- 
dılar. Yəqin onlar bu dəqiqə düşünürdülər: Axı bu inək bo- 
ğazdır, ətini yemək olmaz. Həm də sağmal inəyi kəsmək gü- 
nahdır. Calal bəy bağırdı, nə durmusuz, sizə deyirlər kəsin! 
Nökərlər inəkləri kəsdilər. Ancaq ucaboy, qüvvətli bir adam 
olan Abbas Məmmədhəsən oğlu, - bəy ona da kəsməyi  əmr 
etmişdi,- bıçağı yerə atıb dedi: -Mən elə bilirdim sizin bir az 
da olsa insafınız var. Bəy  əmr eləsə  də qonşumun inəyini 
kəsmərəm. Bəy onun kəsmək istəmədiyi inəyi nökərə kəsdir- 
di. Kimsə alaçığın keçəsini qaldırdı. Qoca atam bəyi görüb, 
yavaş-yavaş, qıçları əsə-əsə qabağına yeridi. – Hanı yeznən? 
– deyə bəy onun üstünə qışqırdı və qolaylanıb qocaya bir şillə 
çəkdi.  Atam yerə sərildi. Mən bəyin üstünə atılmaq istədim, 
lakin  əmim oğlu  Ələkbər qoymadı. Qorxu-hürkü bilməyən 
böyük bacım qışqıra-qışqıra alaçığa girib atamın başını 
qucaqladı  və qocaya dedi: -Qalx ayağa! Düşmənlərimiz 
gülər, bir gün allah onların cəzasını verəcək. Calal bəy tez 
ona tərəf döndü və soruşdu: -Bu arvad kimdir? Cavab verdi- 
lər ki, Molla Abbasın külfətidir. Belə de! Axır ki, əlimə 
keçdi. Eybi yoxdu, biz allahın iradəsini bu saat sənə göstərə-
rik. Calal bəy bunu deyib bacımın qolundan yapışdı  və onu 
alaçıqdan bayıra atdı. Bacım yerdən qalxıb tez alaçıqlarına 
qaçdı. Calal bəylə  İsmayl bəy də onun arxasınca alaçığa 
girdilər. Alaçığın girəcəyində köhnə samovar, stəkan və dəm 
çayniki var idi. Bəy bir təpiklə samovarı aşırdı, samovar beş 
yaşlı bacıoğlum Həsənin üstünə düşdü, xoşbəxtlikdən samo- 
varın suyu soyuq imiş... Ancaq uşağın üzünü qanatmışdı. 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
215
Bacım özünü uşağa tərəf atdı. Lakin onun qabağını kəsdilər. 
Calal bəy qışqırdı: 
– Ərin hanı? Hanı sizin dəliləriniz? 
– Özünüz yaxşı bilirsiz ki, ərim Gorusdadır. Məndən nə 
istəyirsizniz? Əgər sizə ərim lazımdırsa gedin tapın.  
– Biz sənin dilini kəsəcəyik, ifritənin biri.  
– Arvadla arvad dalaşar. Axı siz deyəsən kişisiniz? 
Calal bəy bacımın saçından yapışıb sifətinə bir yumruq 
ilişdirdi. Bacım alaçıqdan çıxıb qaçdı. Nəzər nə üçün Çingiz 
İldırımı köməyə çağırmırdı. Axı Calal bəy Çingizin əmisi 
oğlu idi. Kimsə sənin bacını şillə ilə vuranda özün niyə ortalı- 
ğa çıxmırdın?  
Bütün bu məsələləri kolun dalından izləyən Nəzər Heydə- 
rov atasını, bacısını Calal bəy şillə ilə vuranda qorxusundan 
səsini də  çıxara bilməmişdir. Hələ utanmadan kitabında bu 
hadisəni yazır, eyni zamanda özünün kim olduğunu açıq-
aydın göstərir. Ancaq vaxtı gələndə Calal bəyi etdiyi günaha 
görə Aslan bəy cəzalandırır. Onu qəzadan  qovur. Nə Çingi- 
zin, nə də Abbasın cürəti çatmazdı ki, Calal bəyə nə isə desin. 
Ancaq göründüyü kimi lazım olanda Calal bəyi etdiyi hərə- 
kətə görə Aslan bəy cəzalandırır. 
Calal bəy bizim alaçığa qayıdıb atamın yanında oturdu. 
Atam bu müddət bir balaca özünə  gəlib yerdən qalxmışdı. 
Calal bəy cibindən bir parça kağız və karandaş  çıxartdı. 
Tapançanı qocanın gicgahına dirəyib dedi: 
– Nə desəm bu kağıza yazarsan, yoxsa öldürəcəyəm. 
Atam bilirdi ki, bu yaxınlarda Calal bəy Pirçivanlı Seyid 
Məcidi öldürüb. Heç kim də ona bir söz deyə bilməyib.  Qoca 
kişi barmaqları  əsə-əsə  bəyin dediklərini  ərəb  əlifbası ilə 
yazdı:- “Möhtərəm Molla Abbas, böyük oğlun Həsən bu gün 
öldü. Tez bir qədər çay, qənd, ağ  və stifkafir al gəl. Sənsiz 
dəfn etməyəcəyik.”  

Фаиг Абдуллайев____________________________________  
 
216
Calal bəy dartıb kağızı qocanın  əlindən aldı.  Əmim oğlu 
Məhərrəmi yanına çağırıb kağızı verməmişdən  əvvəl ona 
bərk bir şillə çəkdi, sonra dedi: 
– Mollanı bura gətirməsən, səni öldürəcəyəm. Bu dəqiqə 
çap yanına.  
Bəy alaçıqdan çıxanda ona tərəf gələn qoca, arıq, 
sümükləri çıxmış, ucaboy bir arvadla toqquşdu.  
– Bu qoca kaftar kimdir? 
– Molla Abbasın anası, Nərgiz qarıdır, -dedilər. 
Calal bəy  soruşdu: 
– Hanı oğlun?...” 
Onu da qeyd edək ki, həmən bu Calal bəy Sultanov Abbas 
Sultanovla Çingiz İldırımın əmisi oğludur. 
Guya Molla Abbas bunların lotusuymuş... 
Bu məsələdə  də  Nəzər Heydərov  əslində Calal bəyin nə 
üçün onlara gəlməyini, nədən Molla Abbası axtardığının 
səbəbin açıqlamır. Əslində isə hadisə belə olub. Nəzər Hey- 
dərovun özünün də bildirdiyi kimi guya ki, Şirəli bəy Sulta- 
nov Nəzəri döydükdən sonra Nəzər də bu hadisəni özlərinin 
ağsaqqaları, yeznələri Molla Abbasa çatdırır. Molla Abbas da 
Sultanovların ağsaqalları Cabbar bəyə  və Rüstəm bəyə ulti- 
mativ  şikayət məktubu yazır, məktubun mətni ilə yuxarıda 
sizi tanış etmişik.  
Bu söhbət də Calal bəy qəzayə  gələrkən ona çatır, o da 
əsəbləşib ki:  Axı bu Molla Abbas nə karədir ki, bizim ağsaq- 
qalları  hədələyir? Calal bəyin Molla Abbası axtarmağının 
əsas səbəbi elə budur. Calal bəy  məktubda sözlərlə qoçaqlıq 
edən adamı üzbəüzdə görmək istəyir. Molla Abbas isə mək-
tubu yazdıqdan sonra qorxudan gedib Gorusda gizlənirdi.  
Çünki Molla Abbas yaxşı başa düşürdü ki, onun başından bö- 
yük etdiyi qələt ona ağır başa gələ bilər. Ona görə də erməni 
qardaşlarına sığınmışdı. Məhz Nəzər kitabında qeyd etdiyi 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
217
kimi atam Calal bəyi görəndə qıçları əsməyə başladı.  Çünki 
atası Calal bəyin Pirçivanlı Seyid Məcidi öldürdüyünü yaxşı 
bilirdi və Nəzər Heydərov kitabında yazmasa da atası Seyid 
Məcidin nə üçün öldürüldüyünü də yaxşı bilirdi. Hadisəni gö- 
rənlərin dediklərinə görə bir gün Calal bəy məclislərin birin- 
də görür ki, Seyid Məcid bir kənarda oturub. Onun dövrəsin- 
də olanlar da araq içib şənlənirmişlər. Bunu görən Calal bəy 
hörmət- izzətlə Seyid Məcidi  yanına çağırır və ona bir onluq 
qızıl verir: 
– Sən seyid adamsan,-deyir,- biz burda araq içirik, sənin 
burda oturmağın düz deyil, get  qızılı xırdala, yaxşı bazarlıq 
elə, otur evində ailənin yanında. 
Seyid Məcid onluğu alıb, Calal bəyin əlindən öpərək ona 
təşəkkür edib və çıxıb gedib. Məclisin şirin yerində Calal bəy 
qəfildən Seyid Məcidin qayıdıb öz yerində, araq içənlərin ya- 
nında oturduğunu görüb və əsəbləşib, oturduğu yerdən hirslə 
deyib: 
– Seyid, axı sənə dedim ki, burda araq içilir, sənin burda 
oturmağın düz deyil, sənə pul da verdim ki, gedib ailənən 
oturasan, niyə qayıtdın? 
Seyid zarafata salaraq cavab verib: 
– Oturmuşam da, bəy, nə olasıdı ki? 
Calal bəy sakitcə: 
–Yaxşı,-deyib, – papağını bir az qaldır, sənə deyəcəm nə 
olasıdı... 
Seyid papağını qaldıran kimi Calal bəy tapançanı  çıxarıb 
onun alnının ortasından bir güllə vurur və deyir: 
– Bunun meyidini aparın...” 
Əsl həqiqət belə olub, düzdü Calal bəy  dəliqanlılığı, ipə-
sapa yatmamağı, rus ordusunun zabiti olmağı ilə xaraktercə 
fərqli adam olub, amma adamın üstündə allah var, Seyidin 
gəlib içki məclisində oturmağına nə ad vermək olar ki?  Bir 

Фаиг Абдуллайев____________________________________  
 
218
də ki, Calal bəy birinci dəfə seyidə hörmətlə xəbərdarlıq edib, 
ona onluq qızıl da verib, seyidsə qızılı alıb, gedib və yəqin ki, 
tamah ona güc gəlib, şeytan onu yoldan çıxardıb və o öz əcə- 
linə doğru gedib. Əgər belə olmasaydı Nəzər Heydərov kita- 
bında yazdığı kimi onun atasının başına tapança dirədiyi 
zaman qoca kişini də öldürərdi. 
Bu  hadisələrdə, yəni Calal bəyin Nəzər Heydərovun yaz- 
dığı kimi Molla Abbasın ailəsi yaylaqda olduğu vaxt özü 
Gorusda gizlənirdi və Calal bəy o nəslin “lotusunun”, Molla 
Abbasın yerini öyrənməyə çalışırdı və bütün bu təzyiqlər də 
ona görəydi ki, aranızda bir kişi  yoxdumu qabağa çıxsın. Elə 
ona görə də Calal bəy soruşurdu ki: 
– Hanı sizin dəliləriniz? 
Həmin dövrlərdə  qəza mahal pristavı olan, Calal bəyin 
əmisi oğlu Aslan bəy Sultanov bu əhvalatı bilərək Calal bəyə 
xəbərdarlıq edib ki, biz özümüz hər  şeyi yoluna qoyacağıq, 
sən bu işlərə qarşıma, biz özümüz onu tapıb cəzalandıracağıq. 
Aslan bəyin kəşfiyyatı artıq xəbər vermişdi ki, Molla 
Abbas Gorusdan qayıdır...  
 
“səh 71. 
Molla Abbas Əliquluuşağından qayıdırdı. O körpünü ke- 
çəndə Aslan bəy onun qarşısına çıxdı. Aslan bəy bir-neçə gün 
idi ki, mollanı izləyirdi, nəhayət tapmışdı.  
– Salam əleyküm, ay molla... 
– Əlüykü salam, ay Aslan bəy... Məndən nə istəyirsiniz? 
– Mənə əmr olunub ki, səni həbs edim.  
Aslan bəy ehtiyatla tərpənirdi. Molla Abbasın qolunun 
zoruna bələd idi. Qorxurdu ki, onu götürüb çaya atar.  
– Məni həbs eləmək? Nə üçün? Nə cinayət eləmişəm? 
Körpünün hər iki tərəfindən strajniklər mollaya yaxınlaş- 
dılar. Mollanın yadına düşdü ki, cibində balaca bir kağız var. 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
219
Onu tələf etmək lazımdır. O tez kağızı  ağzına qoydu, 
çeynəyib uddu. İndi arxayın idi; başqalarına ziyanı dəyməyə- 
cəkdi. Tapança, yaxud bıçaq xəncəl gəzdirmədiyi üçün 
ürəyində özünü danladı. Starjniklər onun qollarını bağlamaq 
istədilər. Molla əvvəlcə birini, sonra isə o birisini yüngülcə 
kənara atdı. Aslan bəy qışqıqrdı: 
– Kəmənd atın!  
Starjniklər kəməndi mollanın boynuna keçirib dartdılar. 
Molla boğulub yıxıldı, huşunu itirdi. Aslan bəy və strajniklər 
istehza ilə ona gülürdülər. Bir-neçə gündən sonra molla özü- 
nə gəldi və əl-ayağını tamam sarınmış gördü.  Aslan bəy acı-
acı gülüb dedi: 
– İndi molla, biz səni özümüzlə aparacağıq. Sənə qabaqca- 
dan xəbərdarlıq etdik ki, müqavimət göstərmə. Amma sən bi- 
zə qulaq asmadın, nahaq yerə. Sənin qolun zorludur, buna söz 
ola bilməz. Bizim də hiyləgərliyimiz var, biz sənə qalib gəl- 
dik. 
Ertəsi gün Molla Abbası döyülmüş, qolları bağlı  qəza 
rəisinin yanına apardılar.  
Sərməstbəyov məni strajniklərə döydürdüyü gün oturduğu 
eyvanda oturmuşdu. Molla qolları bağlı halda pilləkənin ya- 
nında qəza rəisinin yanında dayandı. 
– Molla, ağsaqqallarla birlikdə hökmü mənə verəndə sizin 
haqqınızda o qədər də səhih məlumatım yox idi. Demə sizin 
hökumət  əleyhinə  fəaliyyət göstərməkdə böyük təcrübəniz 
var imiş. Siz 1909-cu ildə belə qiyamlar təşkil eləmisiniz. 
Belədirmi? 
Sərməstbəyov rişxəndlə danışırdı. Molla cavab verdi: 
– Cənab rəis, sizcə evimin talan olması barədə hökumət 
idarəsinə şikayət verməyim qiyamdır? 
–Mən onu nəzərdə tutmuram, molla. İsmayıl bəy mənə da- 
nışıb ki, siz Cabbar bəyə nəsə bir hədə məktubu yazmısınız! 

Фаиг Абдуллайев____________________________________  
 
220
(Çünki bu hədə  məktubu Sultanovların ağsaqqalları Cabbar 
bəylə, Rüstəm bəyə yazılmışdı. Aslan bəyin  əmilərinə). Bu 
hədə  məktubu barədə  Sərməstbəyovun söz açması onun 
Sultanovlarla hesablaşmasından xəbər verir. 
– Bəy, Allahdan qorxun! O məktubu mən on il bundan 
qabaq çar hökuməti zamanı yazmışdım. Axı indi Azərbay-
canda cümhuriyyətdir – respublikadır.  
– Sizcə indi bizim respublikanın yiyəsi yoxdur?  
– Bəy, respublikada gərək zorakılıq olmasın.  
– Sənin kimi şuluqçu və qanun pozanlar ağıllarına gələni 
eləmək üçün, eləmi?  
Eyvandakı səs-küyü eşidib adamlar yavaş-yavaş toplaşma- 
ğa başladılar. Sərməstbəyov mənim başıma gətirdiyi oyunu 
mollanın başına gətirə bilməzdi. O (yəni Sərməstbəyov) öz-
özünə təəsüflənirdi: “Heyif, hər halda molladır”. 
Heç kimin küçədən görmədiyini güman edərək o mollaya 
yaxınlaşdı, sinəsinə  bərk bir yumruq ilişdirdi. Ancaq bunu 
adamlar gördülər.  Həyətdən səs eşidildi: 
– Bir baxın o mollanı vurdu! 
Molla yıxıldı, diyirlənib pilləkandan aşağı düşdü, huşsuz 
halda yerə sərildi...” 
Adama qəribə gələn odur ki, bir-iki səhifə irəlidə müəllif, 
yəni Nəzər Heydərov yazır ki, Aslan bəy Molla Abbasın qo- 
lunun zoruna bələd idi. Daha sonra da irəli gedərək yazır ki, 
molla strajniklərin birini o tərəfə, birini də bu tərəfə atır. Am- 
ma indi də yazır ki, qəza rəisi, yaşlı  Sərməstməyov bir 
yumruğu ilə mollanı vurub yıxır, onu pilləkənlərdən aşırır, 
molla da huşsuz halda yerə sərilir. Paradoks deyilmi? Görə- 
sən müəllif nədən öz kitabında müxtəlif təzadlı fikirlərlə oxu- 
cunu demirəm, hələ özünü də azdırır? Çünki onun yazdıq- 
larının  əksəriyyəti yalan və böhtandır. Yalançının isə atalar 
demişkən, yaddaşı olmur. 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
221
Bunu sübut etmək üçün bir şeyi də  nəzərinizə çatdırmaq 
istəyirik. Hamımza məlumdur ki, mollanı həbs etməyə gələn 
strajniklər qanuni silahla gəzirlər. Onların qanuna görə cina- 
yətkarı yaxalayarkən müqavimətlə rastlaşdıqda xəbərdarlıq 
etmədən silahdan istifadə etmək huüquqları var. Necə olur ki, 
starjnikin birini götütürb kənara atanda o biri strajnik onu 
silahla vurmur? Bu bir tərəfə... Başqa tərfədən də starjnikərin 
rəisləri, göydə quşu gözündən vuran Aslan bəy necə ola bilər 
ki, onun tabeliyində olan strajnikini molla götürüb kənara 
atanda onu vurub öldürmədi? O molla ki, yaşlı  qəza rəisi 
Sərməstbəyovun bircə yumruğuna yıxılıb pilləkanlardan aşa- 
ğı düşüb huşunu itirmişdi.  
Mollanı bizim yanımıza həbsxanaya gətirəndə onun başın- 
da salamat yer yox idi.  Ağ saqqalı qandan keçə kimi olmuş- 
du.  
Nəzər Heydərov daha sonra Aslan bəyin onun özünü necə 
həbs etməyini yazır. 
Kitabın  56-cı  səhifəsində göstərir ki, Aslan bəy təpədən-
dırnağadək silahlanmış strajniklərlə  Əliquluuşağı  kəndinə 
gəldi. Bu gün bütün kəndlilər – 80 nəfər, bəlkə  də çox – 
əllərində silah kənddə  gəzir,  Əmrah Məmişoğlunun  əmrini 
gözləyirdilər. Aslan bəy başa düşürdü ki, strajniklərin kiçik  
bir ehtiyatsıslığı üzündən bütün dəstə həbs olunar. Yaxud da 
hamısını qırarlar. 
Aslan bəyin yazılı  məlumatından sonra qəza hökuməti 
xəyanət və hiyləyə əl atmağa məcbur oldu. Pristav Aslan bəy 
Sultanova tapşırılır ki, Əmrah Məmişoğluna və mənə məktub 
yazıb, hökumət yüzbaşısının ləğv olunduğunu bildirsin və 
gələvəkdə icmanı necə idarə eləmək barədə danışmaq üçün 
bizi öz yanına dəvət eləsin. Biz Dəmirçilər kəndinə  gəldik. 
Pristavın idarəsi burada idi. Kabinetə girdik. Söhbət başlandı. 
Bir qədər keçdikdən sonra Dondarlı  kəndindən gəlmiş  Sər- 

Фаиг Абдуллайев____________________________________  
 
222
məstbəyov kabinetə girdi. O dərhal strajniklərə  əmr etdi ki, 
bizi həbs etsinlər.  Bizi tutub qəzəmətə saldılar. Bir-neçə saat- 
dan sonra strajniklər  Əmrahı  qəza rəisinin yanına apardılar, 
bir-neçə saat da keçəndən sonra Əmrah gəlib dedi ki, onu 
buraxdılar. Çünki bütün işlərdə  təkcə  məni müqəssir bilirdi- 
lər. Bütün bunlardan başqa məni bir də onda təqsirləndirir- 
dilər ki,  guya mən  Əmrahın savadsızlığından istifadə edib, 
onu bolşeviklərin tərəfinə çəkmişəm. Əmrah karıxmış, dilxor 
halda soruşurdu ki, məni buraxdırmaq üçün nə eləsin?  
 
58-ci səh. 
Həbsxanada ciblərimi gəzib içərisində partiyanın proqramı 
olan dəftərçəmi aldılar. Mən proqramı  Əliquluuşağı  kəndin- 
dən olan Mahmud Paşayevin vasitəsilə Xinzirək kommunist- 
lərindən almışdım. Xinzirəkli yoldaşlar xahiş etdilər ki, Zən- 
gəzurun Ermənistan hissəsində yaşayan yoxsul kəndlilərə 
göndərmək üçün taxıl alıb yola salmaqda onlara kömək edim. 
Taxıl Zəngəzurun Azərbaycan hissəsində ermənistan hissə- 
sindən 2 dəfə ucuz idi.  
 
59-cu səh. 
Bir-neçə gündən sonra məni qolları bağlı 5 strajnikin  
qabağında Dondarlıya qəza rəisinin yanına apardılar. Fərid 
bəyin ikimərtəbəli evinin qabağına və yaxın küçələrə toplan- 
mış izdihamı lap uzaqdan gördüm. Bizi  gözləyən strajniklər 
camaatı yara-yara bizə yol açdılar. Biz adamların arası ilə dar 
yolla irəliləyirdik. Qəza rəisi Sərməstbəyov, qəza qazisi Bəh- 
lul əfəndi Behcət və qəza rəisinin köməkçisi Qara bəy Hacı- 
bəyov balkonda oturmuşdular. Strajniklər mənim qollarımı 
açdılar. Balkona baxdım. Sərməstbəyov ayağa qalxdı. Üzünü 
camaata tutub dedi: 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
223
– Sizin qarşınızda dayanan bolşevikdir! Allahsızdır! O nə 
Allahı, nə  də peyğəmbəri tanıyır, burada qardaş  qırğını 
salmaq istəyir. Bütün bunlardan ötrü biz bu saat onu tənbeh 
edəcəyik. 
Sonra o mənə  dedi: 
– Siz, Nəzər Heydərov, camaatı bolşeviklər tərəfinə  çək- 
məkdə, qəzada torpaq məsələsi qaldırmaqda, hökumət starşi- 
nasını  kənddən qovmaqda və  nəhayət hökumət  əleyhinə 
hökm çıxarmaqda ittiham edilirsiniz. Cavab verin, məsləki- 
nizi niyə satırsınız? 
– Heç kəs məslək almır ki, mən də satım. Kəndlilər bəy 
zülmündən azad olmağa çalışırlar. Əgər siz bunu bolşeviklər 
tərəfinə keçmək hesab edirsinizsə öz işinizdir... 
Bəhlul əfəndi qəza rəisinə yaxınlaşıb xısın-xısın dedi: 
– Bu mübahisəni kəs, axı camaat eşidir. 
Sərməstbəyov strajniklərin üstünə qışqırdı: 
– Başlayın! Yerə uzadın! 
Məni qamarlayıb yerə uzatdılar. Əl-ayağımı tutub 8 straj- 
nik şallaqla döyməyə başladı. Şallaqlar elə bil başıma dəyir- 
di... Zərbələrin sayı-hesabı yoxdu. Məni yandırıb tökürdü... 
Neçə dəqiqə keçdi... Strajniklər yoruldular. Şallaqlar daha ya- 
vaş  qalxıb yenirdi. Sərməstbəyov bunu görüb tələsik eyvan- 
dan düşdü, strajniklərin birinin şallağını qapıb məni bərk 
döyməyə başladı. Vurduqca da deyirdi: 
- Mən səni döyüb öldürəcəyəm, it oğlu,  əlimdən qurtara 
bilməyəcəksən.  
Mən var gücümü  toplayıb qışqırdım: 
- Sizi də xalq cəzalandıracaq! 
Strajniklər də rəislərinə baxıb bərk vururdular. Axırda Sər- 
məstbəyov da yoruldu, eyvana qalxıb  əmr etdi ki, məni üzü 
üstə  yıxsınlar.  İndi  şallaqlar boynumun ardından tutmuş da- 
banıma qədər hər yerimə dəyirdi. Nəhayət strajnikər yorulub 

Фаиг Абдуллайев____________________________________  
 
224
məndən əl çəkdilər. Mən yavaş-yavaş çevrilib oturdum. Son- 
ra sol əlimə dayanaraq qalxdım. Lakin ayaq üstə dayana bil- 
mədim, dislərim bərk ağrıyırdı. Sərməstbəyovun qışqırtısı 
yenidən eşidildi: 
– Onun çarığını və corablarını çıxarıb yalın ayaqlarına vu- 
run.  
Tüfəngin başını strajnikin birinin, ucunu da o birinin çiy- 
ninə qoydular, ayaqlarımı tüfəngin qayışına keçirtdilər, asıla 
qalmışdım. Qan başıma yığıldı. Buna çox dözmək olardımı?  
Strajniklər indi çılpaq ayaqlarımın altına vururdular. Ancaq 
daha keyimişdim, ağrını bilmirdim. Yalnız hiss eləyirdim ki, 
ayaqlarıma nə isə dəyir. Nəhayət bu tənbeh də qurtardı. Par- 
ça-parça olmuş ayaqlarımı guppultu ilə yerə saldılar. Mən 
çarığımı geymək istədim. Yenidən Sərməstbəyovun əmri eşi- 
dildi: 
– Onu  həbsxanaya ayaqyalın aparın!  
Mən döyülmüş, yorğun halda ayaqlarımı güclə sürüyə-sü- 
rüyə strajniklərin qabağında cığırla gedirdim. Ayağımı nəinki 
tikanın, hətta qumun üstünə qoyanda ağrıdan ağlım başımdan 
çıxırdı... 
 
səh 64. 
Mən həbsxananın  həyətinə girəndə dustaqları  gəzməyə 
çıxarmışdılar. Xanlar bəy diqqətlə mənə baxaraq ucadan de- 
di: 
– Səni döydülər? 
Mən cavab verdim: 
– Bəylərdən ayrı şey gözləmək olarmı? 
– Sən düz danışmırsan. Bəylərin hamısı bir deyil. 
– Hələlik fərq görmürəm.”  
  Bu  yerdə bir mesajı    Nəzər Heydərovun narahat ruhuna 
çatdırmaq yerinə düşür. Necə olur ki, Çingiz İldırım, Abbas 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
225
Sultanov bəy olduğu halda onlara əlaltılıq edə bildiyin halda, 
burada, Xanlar bəyə isə onların heç birində fərq görmədiyini 
bildirirsən. Bu yerdə atalarımızın çox yerində söylədiyi el 
məsələni xatırlamağa dəyər: “Gədədən bəy olmaz, amma 
bəydən gədə olar”. Nəzər Heydərov yəqin ki, özünə yaxın 
bildiyi gədələşmiş bəyləri artıq bəy hesab etmirmiş... 
Bunun ardınca yenidən kitabın  75-ci  səhifəsində  Nəzər  
Heydərov yenidən Aslan bəy haqqında yazır: “Qandalımızı 
açmadılar. Bizi pristavın (Aslan bəyin) yanına 25 strajnik 
qolları qandallı aparırdı. Biz idarəyə çatanda Sərməstbəyovla 
Aslan bəy Sultanov  eyvanda oturmuşdular”. 
Kitabı bütövlükdə sizin üçün bura köçürməyə heç bir 
lüzum bilmirik. Müəllif bəylərə nifrətini müxtəlif fəsillərdə 
qabardaraq açıq-aydın yazır. Oxucunun ürəyində  bəylərə  və 
müsavat dövrünə nifrət yaratmaq məqsədilə bacardığı bütün 
üsullardan və üslublardan  istifadə edir. Biz sadəcə olaraq 
müəyyən qeydləri nəzərinizə çatdırmaqla müəllifin təzadlı və 
özü-özünü ifşa edən fikirlərini sizin ixtiyarınıza buraxmaq 
istəyirik.   
Müəllif həmin səhifənin sonunda əlavə  kimi qeyd edir ki, 
“qolumuzdakı qandal adi dustaq qandalı deyildi, kəndlilərin 
atın qabaq ayaqlarına çidar vurduğu nazik zəncirli qandal 
idi”. 
  
səh 85. 
 “Bizi  (müəl: yəni bacısının  əri Molla Abbası, qardaşı 
Novruzu, bir də  Nəzər Heydərovu) 21 iyun 1919-cu il 172 
nömrəli sənədə  əsasən Zəngəzur həbsxanasından yatab edil- 
miş dustaq kimi Şuşa həbsxanasına saldılar. “Nə üçün həbs 
olunub?” – sualının qabağında yazılmışdı: Hökumət qayda-
qanunu (yəni müsavat hökumətinin qayda-qanunun), ictimai 
sakitliyi pozduğuna görə.  

Фаиг Абдуллайев____________________________________  
 
226
Məni Bəhram bəy Cavanşirov yatan kameraya, molla ilə 
qardaşımı isə başqa kameraya saldılar. ” 
 
səh 86 
“Qoca anam isə evdə atama rahatlıq vermirdi. 
– Niyə oturmusan, indi sən nəyə gərəksən? Bundan sonra 
sənin qapını heç kim açmayacaq. Niyə  oğlanlarının dalınca 
getmirsən? Onlar ölsə sən də ölərsən. (göründüyü kimi Nəzər 
Heydərov bu yerdə ürək ağrısı və nifrətlə qeyd edir ki, onun 
özü başda olmaqla ailənin “lotusu” Molla Abbası da, qar- 
daşını da Aslan bəy həbs edib. Onun ürəyindəki qisas hissinin 
əsas qaynağı da elə buradan doğur.)  
Atam Şuşaya gəldi. Çoxdan buralarda olmamışdı. Axırıncı 
dəfə çörək pulu  qazanmaq üçün Bakıya gedəndə buradan 
keçmişdi. Şuşada atamı bərk qorxutmuşdular. Məsləhət  gör- 
müşdülər ki, şəhərdən tez çıxsın, yoxsa onu da tutarlar. Atam 
kəndə qayıtdı. Yenə anam ağlayıb deyindi. 
Mirzoyanın yaratdığı Xinzirək təşkilatı bizim başımıza 
gələn əhvalatı bizə aid olan hər kiçik hadisəni diqqətlə izləyir 
və Gorus bolşevik komitəsinə çatdırırdı”. 
Buradan açıq aydın görünür ki, Nəzər Heydərovun dar 
ayaqda yeganə güvəndiyi yer daşnak Mirzoyanın yaratdığı 
“Xınzirək” təşkilatı və Gorus erməni bolşevik komitəsi olub. 
İndi, oğlunun vəziyyətinin gərginləşdiyi bir vaxtda qocanı ba- 
şa salırlar ki, başqa bir bəyin, qubernatorun idarəsində işləyən 
Çingiz  İldırımın qəbuluna getsin və  həbs olunan ailə üzv- 
lərinin nədə müqəssir edildiyini ona danışsın.  
İmran (“Xınzirək” təşkilatının üzvü) təəccüblə onların 
üzünə baxdı: Çingiz bəyin? 
– Bəli, bəli! Çingiz bəyin! Niyə təəccüb eləyirsiz? Məyər 
sən bilmirsən ki, Çingiz İldırım  Şuşada işləməklə bolşe- 
viklərə kömək edir? 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
227
Qaragin Sailyan sözünə bir qədər də ara verib dedi: 
– Çingiz İldırımı başa salacaqlar, o Nəzərin atasını qəbul 
edəcək. Armenak Qaragözov Abbas Sultanovun vasitəsilə 
Çingiz  İldırımla  əlaqə saxlayacaq. Başa düşdün?  İmran hər 
şeyi başa düşdü.  
– Nəzərin atasına İldırım barədə hər şeyi demə. Nə deyə- 
cəyini və necə deyəcəyini özün fikirləş. Yaxşı olar deyəsən 
ki, Çingiz İldırımdan çox şey asılıdır, gedib ondan Nəzəri bu- 
raxdırmağı xahiş eləmək lazımdır”. 
Qaragin Sailyanın Nəzərin buraxdırılması üçün bu qədər 
canfəşanlıq etməsinin səbəbini bilmək bir o qədər də  çətin 
məsələ deyil. Arxiv sənədi də təsdiq edir ki, Q.Sailyan Bakı- 
ya gedərkən öz yerinə müavini Nəzər Heydərovu qoyub. Bu 
da o deməkdir ki, Q.Sailyan Nəzər Heydərovu müdafiə edə- 
rək azadlığa buraxılması üçün çalışmaqla 1920-ci ildə çağrı- 
lan qurultayda Zəngəzurun ermənilərə verilməsinə imza atan 
agentlərini müdafiə edir.  
  
87-ci səh. 
Səhifənin  sonunda müəllif əlavə olaraq qeyd edir ki, “Ab- 
bas Sultanov Çingiz İldırımın əmisi oğlu idi. Zəngəzur bolşe- 
vikləri bu əlaqədən istifadə edirdilər”. 
Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin