Фаиг Абдуллайев



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə1/19
tarix31.01.2017
ölçüsü6,46 Mb.
#6978
  1   2   3   4   5   6   7   8   9   ...   19

 
 

Фаиг Абдуллайев____________________________________  
 
2
 
Faiq Abdullayev 
(тядгигатчы-щцгугшцнас) 
 
 
 
 
 
 
ZЯNGЯZUR ASLANI-   
 
Aslan Bяy Sultanov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Бакы-2012 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
3
 
Елми редактор: 
Шащсувар Щяшимов 
Республика Баш Милли Архив Идарясинин елм вя 
техника сянядляри архивинин директору, ямякдар 
мядяниййят ишчиси 
 
Няшриййат редактору:   Ибращим Илйаслы 
 
 
 
Фаиг Абдуллайев. Zяngяzur aslanы – Aslan bяy Sultanov.  
(Sənədli-tarixi-publisistik monoqrafiya) 
Бакы, «Билик» няшриййаты. 2012. 352  сящифя 
 
«Зянэязур асланы–Аслан бяй Султанов» сянядли-тарихи-публисис- 
тик монографийасы тядгигатчы-щцгугшцнас Фаиг Абдуллайевин узун 
сцрян  истинтаг  тядгигатларынын  вя  эярэин  ахтарышларынын  бящря- 
си  олараг  охужулара  тягдим  олунур.  Мцяллиф  бу  ясярдя  архив 
сянядляриня  истинадян  ХХ  ясрин  яввялляриндя  Азярбайжанын 
Зянэязур  мащалында  баш  верян  щадисялярин  ясл  мащиййятини  ачыб 
охужулара  чатдырыр,  бу  щадисялярин  фонунда  тарихи  шяхсиййят,  милли 
сяркярдя Аслан бяй Султановун шяряфли юмцр йолуна айна тутур. 
Инанырыг  ки,  китаб  тарихчиляр  вя  ейни  заманда  эениш  охужу 
кцтляси тяряфиндян бюйцк марагла гаршыланажаг. 
 
 
 
 
M
D
09
235
185
525000


 
 
© “Билик” няшриййаты, 2012 

Фаиг Абдуллайев____________________________________  
 
4
 
Аслан бяй Султанов 
Гарабаьын вя Зянэязурун  
фювгяладя комиссары олмушдур. 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
5
 
Öz keçmişini, tarixini bilməyən millətlər başqa millətlə- 
rin yeminə çevrilir. 
Mustafa Kamal Atatürk 
 
Azərbaycan xalqının çox qədim və şərəfli bir tarixi var. 
Hər bir azərbaycanlı bu tarixi bilməli, tarixdə baş ve- 
rən hadisələri öyrənməli və o tarixə hörmətlə yanaşma- 
lıdır. 
...Biz elə etməliyik ki, tarixdə baş verən səhvlər  bir da- 
ha təkrarlanmasın.  
 
Heydər  Əliyev,  
Azərbaycan xalqının ümummilli  lideri 
 
 
 
 
Ön Söz Əvəzi 
 
XX  əsrin  əvvəlləri Azərbaycan tarixinin ən qarışıq və  ən 
şərəfli dövrlərindən birinə  təsadüf edir.  Ona görə qarışıq 
dövrünə  təsadüf edir ki, bu dövrdə Azərbaycanın başına 
gətirilən bəlalar, daxili və xarici çəkişmələr, üsyanlar, 
inqilablar, vətəndaş müharibələri, Rusiyadan gələn   bolşevik 
dalğası, erməni daşnaklarının məkrli və iyrənc hərəkətləri 
həmin dövrün əsas mənzərəsini təşkil edir...  
Ona görə şərəfli tarixdir  ki, məhz  XX əsrin əvvəllərində  
Azərbaycan xalqı  şərqdə ilk dəfə özünün dünyəvi, demok- 
ratik cumhuriyyətini yaratmış, iyirmi üç aylıq bir zaman kəsi- 
yində xalqımız müstəqillik və demokratiya şərbətini dadaraq 
azadlıq, hürriyyət barədə olan təsəvvürlərini  əyani  şəkildə 
yaşaya bilmişdi.  

Фаиг Абдуллайев____________________________________  
 
6
Çox təəssüf ki, həmin dövr daha çox qarışıqlığı ilə yadda 
qalıb. 
Məqsədimiz həmin dövrlərdə bütövlükdə ölkənin siyasi 
mənzərəsini vermək olmadığı üçün məqsəddən yayınmaq 
istəmirik. Hədəfimiz konkret olaraq Zəngəzur və onun 
ətrafında baş verən siyasi, hərbi və iqtisadi  mənzərəyə 
aydınlıq gətirmək, illər uzunu arxivlərdə saxlanılan, nə 
üçünsə üzə  çıxarılması “unudulan” hadisələr haqqında söz 
açmaqdır.  
 
**** 
Azərbaycanın yenidən müstəqilliyini əldə etməsi  bir çox 
qaranlıq mətləblərə  işıq saldı. Arxivlərin açılması ilə uzun 
illər xalqdan  gizli saxlanılan faktlar və tarixi hadisələr üzə 
çıxdı. Sovet hökumətinin nə vaxtsa dağılacağını yuxusunda 
belə  təsəvvür edə bilməyən yalançı xalq qəhrəmanlarının, 
həqiqətdə isə xalqına və millətinə öz şəxsi məqsədləri naminə 
xəyanət edənlərin  maskası  yırtıldı. Ölməz azadlıq aşiqi 
Məmmədəmin Rəsulzadənin  bir vaxtlar dediyi sözlər:- “Bir 
kərə ucalan bayraq bir daha enməz”, -  fikirləri həqiqətə  
çevrildi, tarix təkrar olundu, tarixin təkrar olunması ilə də XX 
əsrin  əvvəllərində baş verən hadisələrin gercək mənzərəsi 
görünməyə başladı, o dövrdə baş verən xəyanətlərin üstünə 
çəkilmiş qaranlıq pərdələrin  götürülməsinə  münbit şərait 
yarandı.   
Həmin dövrün hadisələrini diqqətlə, soyuqqanlıqla analiz 
etdikdə  məntiqi bir sual yaranır; Nədən məhz Zəngəzur? 
Nəyə görə düşmən ilk olaraq Zəngəzurun Azərbaycandan 
ayrılmasını seçdi və bu fakta önəm verdi? Bu suala cavab 
tapmaq o qədər  çətin olmasa da, sarsıdıcıdır. Təbii ki, hədə- 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
7
fində yüz illik bir plan olan düşmənin məkrli niyyəti 
Zəngəzuru Azərbaycanın tərkibindən çıxarmağa nail olmaqla 
bərabər, eyni zamanda bütövlükdə türk dünyasını coğrafi 
cəhətdən bir-birindən ayrı salmaq niyyətini güdürdü. Bununla 
da düşmən gələcək planlarına yol açmış olurdu.  Bu addımın 
atılması, Zəngəzurun ermənilərə verilməsi ilə  Türkiyə, Azər- 
baycan və Azərbaycanın  ayrılmaz parçası olan Naxçıvan 
coğrafi cəhətdən bir-birindən ayrı düşdü...   
Əldə etdiyimiz arxiv materiallarından, görüşdüyümüz və 
söhbətlər apardığımız insanların xatirələrindən məlum olur 
ki, uzun illər Azərbaycan tarixinin ayrılmaz bir parçası hesab 
edilən,  xəyanət və nüfuz savaşında erməni daşnaklarına  gü- 
zəşt olunan, uğrunda hələ də qanlar tökülən doğma Zəngəzur 
qəzasının tarixində xüsusi əhəmiyyət kəsb edən  şəxsiyyətlər 
az olmayıb. Tarix məhz o şəxsiyyətlərin hesabına yazılıb, 
tarixi məhz o şəxsiyyətlər yazıblar. 
Həmin insanların mübariz həyat yollarını, düşmənlə barış- 
mazlıq, dosta sədaqət  andı içən, ölümün gözünə dik baxa 
bilən, vətən, torpaq sevgisini həyatından üstün tutan qəhrə- 
manların  həyat  tarixlərini öyrənmək, onlar barədə  gələcək 
nəsilləri məlumatlandırmaq şərəf və insanlıq borcudur.   
Həmin dövr haqqında müxtəlif müəlliflərin, tarixçilərin, o 
dövrdə yaşayan insanların elmi əsərləri, bədii yazıları, 
xatirələri olsa belə, çox şeylər bəzən təhrif olunmuş, son 
dərəcə vacib olan tarixi faktların üstündən sükutla keçilmiş,  
bəzən isə  hətta həmin tarixə qarşı  ədalətsizlik, xəyanət 
edilmişdir. 
Bu kitab  janr etibarilə  sənədli-tarixi-publisistik nəşr ol- 
maqla yanaşı, həm də hüquqi terminologiya ilə  işlənmiş bir 

Фаиг Абдуллайев____________________________________  
 
8
tədqiqat işidir. Kitabın müxtəılif fəsillərində haqqında 
ümumilikdə danışdığımız  bir çox mətləblərə ayrı-ayrılıqda 
toxunacaq, fikirlərimiz barədə  ədalətli qərar verməyi sizin 
ixtiyarınıza buraxmağa çalışacağıq. Amma elə  bəri başdan 
nəzərinizə çatdırmaq istəyirik ki, bu yazı Azərbaycanın 
ayrılmaz bir parçası olan Zəngəzur mahalının  igid oğlu, 
əfsanəvi sərkərdə, unudulmaz tarixi şəxsiyyət, savadlı  və 
uzaqgörən lider, əhali arasında böyük nüfuz sahibi olan Aslan 
bəy Sultanova həsr edilir.  Aslan bəy Sultanovun yaşadığı 
ömür, keçdiyi şərəfli həyat yolu isə  hər bir azərbaycanlıya 
örnək və nümunədir. 
Haşiyə: Aslan bəy zadəgan nəslindəndir. Professor Ədalət 
Tahirzadənin araşdırmalarının birində deyilir: Görkəmli 
tədqiqatçı Ənvər Çingizoğlu özəlliklə Qarabağın əksər soyla-
rının tarixini arxiv bəlgələrinə  əsasən incəliklə öyrənərək 
ortaya qırxdan artıq sanballı kitab qoymuşdur. O, Sultanov-
ların da kökünü öyrənərək dəqiqləşdirmişdir.  Ənvər bəyin 
“Püsyan eli” (tarixi genealoji tədqiqat) adlı dəyərli yazısında 
Sultanovlar nəsli haqqında geniş bilgi verilir. Ənvər bəy 
yazır ki, Sultanovlar soyunun ulu babası XVII yüzilin 
sonlarında yaşamış,  şahdan sultan rütbəsi almış Hacı 
Məhəmməd bəy Püsyandır. Hacı  Məhəmməd sultanın 
törəmələri bəylərbəylik və xanlıq dönəmində Püsyan, rus 
üsuli-idarəsi dövründə Sultanov soyadı daşıyıblar. Aslan bəy 
Sultanov Hacı  Məhəmməd sultanın oğlu,  İbrahim sultanın 
oğlu, Pənah sultanın oğlu, Xanəmir sultanın oğlu,  İbrahim 
sultanın oğlu, Həsən sultanın oğlu, Nəsir sultanın oğlu, 
Məhəmmədəli bəy sultanın oğlu, Abdulla sultanın oğlu 
Kərbəlayı Hüseyn bəy Sultanovun oğludur. 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
9
Birinci fəsil 
 
Zəngəzur Aslanı - Aslan Bəy Sultanov 
 
Aslan bəy Kərbəlayi Hüseyn oğlu Sultanov 1888-cu ildə 
Zəngəzur qəzasının Qubadlı rayonunun Hacılı  kəndində 
anadan olmuş, ilk təhsilini doğma kəndində–əmisi oğlu 
Həsən bəyin müdir olduğu ikisinifli dördillik təhsil müddəti 
olan rus məktəbində almışdır. Daha sonrakı  təhsilini isə 
Azərbaycanın  bir sıra ziyalılarının yetişməsində xüsusi rolu 
olan  Qori seminariyasında davam etdirmiş, daha sonra isə ali 
hərbi məktəbi bitirmişdir. 
1920-ci ilin aprelində Azərbaycan Demokratik Respub- 
likası Hökuməti bolşevik xəyanəti nəticəsində hakimiyyəti 
heç bir müqavimət göstərmədən bolşeviklərin ixtiyarına 
buraxdıqdan sonra Zəngəzur qəzası demək olar ki, tamamilə 
hərbi qüvvələrin nəzarəti altına keçmişdi. Azərbaycan 
Demokratik Respublikası hakimiyyəti dövründə  Zəngəzur 
qəzasında qəza  mahal pristavı  vəzifəsində  işləyən və eyni 
zamanda yerli hərbi qüvvələrə  rəhbərlik edən Aslan bəy 
Sultanov müsavat hakimiyyəti devrildikdən sonra başqa 
xəyanətlər və  məğlubiyyətlər  baş verməsin deyə, qəzadakı 
bütün hərbi qüvvələri birləşdirməyi qərara alır. Bu addımı 
atmaqla Aslan bəy Sultanov tarixi məsuliyyəti öz üzərinə 
götürür.  
Aslan bəy Sultanov tarixi məsuliyyəti öz üzərinə 
götürməklə  həmin dövrlərdə daşnak generalı Andronikə, 
onun yaratdığı daşnak hökumətinə, həmin hökumətin başçısı 
general Nijdeyə, müdafiə naziri general Droya və qeyrilərinə 
qarşı yaratdığı böyük bir hərbi qüvvə ilə vuruşur, mübarizə 
aparır.  

Фаиг Абдуллайев____________________________________  
 
10
Burada bir faktı qeyd etmək lazımdır ki, Azərbaycan 
Demokratik Respublikası hakimiyyəti dövründə  qəzada 
böyük hörmət və nüfuz sahibi olan Aslan bəy Sultanovun 
tövsiyyəsi ilə,  onun əmisi oğlu  Cəlil bəy Sultanov Zəngəzur 
qəzasından Azərbaycan Demokratik Respublikası parlamen- 
tinə üzv seçilmiş, siyasi fəaliyyətini şərəflə və vicdanla yerinə 
yetirmişdir. Onun parlamentdə qaldırdığı taleyüklü məsələ 
Cəlil bəyin kim olduğunu bir daha təsdiq edir.  
Азярбайжан  Республикасынын  баш  Милли  Дювлят  Архиви, 
фонд 894, сийащы 1, иш 119 
Копия с телеграммы из Карягино  в Баку 
Председателю Парламента  за №240/107 
От 21 января 1920 года. 
Зангезурском  уезде  чертвертый  день  идеть  наступ- 
ление  армянских  банды  совместно  регулярными  войс- 
ками  при  артиллерийском  и  пулемётном  огне  точке 
фронт  на  протяжением 50 весрть  от  Кубатлов  до 
Ходжагана точка жертвы колосальныя население  бежит 
панике  и  напрасно  просить  о  помощи  точка  Убедитель 
нейше  прошу  срочных  мерь  высылки  большого 
количества войске патронов точка от имени несчастнаго 
неселения уезда умоляю перейти от бумажных протестов 
активным  действиям  и  спасти  лучший  уголок 
Азербайджана  от  окончательной  гибели  точка  за 
Зангезуромь очередь Карабаху точка потерю всего этого 
ответствуете 
передь 
тюркскимь 
народом 
и 
Азербайджаном вы. 
Член парламента  Джалиль Султанов. 
С подлинным верно. 
Делопроизводитель. 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
11
 
 
 

Фаиг Абдуллайев____________________________________  
 
12
Diqqəti çəkən arxiv  sənədlərindən biri də  Cəlil Sultano- 
vun 1920-ci ilin 21 yanvarından mərkəzə, parlamentin 
sədrinə ünvanladığı  həyəcan təbili çalan məlumatıdır. 
Məlumatda bildirilir: Zəngəzur qəzası dördüncü gündür 
hücuma məruz qalır. Erməni banditləri və erməni qoşunları 
tərəfindən. Toplardan və pulemyotlardan müntəzəm olaraq 
atəşə tutulur Zəngəzur qəzası. Cəbhə uzanır 50 verst 
Qubadlıdan Xocahan kəndinə  qədər. Külli miqdarda 
qurbanlar var. əhali  şaiyələrə uyur, nahaq yerə kömək üçün 
xahiş edir. Çox xahiş edirəm təcili tədbirlər görəsiniz. 
Zəngəzur qəzasının bədbəxt  əhalisi adından yalvarıram. 
Kağız üzərindəki etirazlardan nəhayət ki, keçin aktiv 
fəaliyyətə  və s. Xilas edin Azərbaycanın  ən gözəl  guşəsini 
tamamilə məhv olma təhlükəsindən. Zəngəzura, sonra növbə 
Qarabağa gəlir. Bütün bu itkilərə görə siz məsuliyyət 
daşıyırsınız bütün türk xalqları  və Azərbaycan xalqları 
qarşısında. 
Parlamentin üzvü Cəlil Sultanov. 
Bu arxiv sənədini təhlil etdikdə  aşıq-aydın Cəlil 
Sultanovun parlamenti ittiham etdiyini görürük. Belə ki, o, öz 
deputat mandatını deyil, birbaşa onu seçən insanların 
mənafeyini ön plana şəkir. Mərkəzdən təcili kömək 
göndərilməsini xahiş edir. Cəlil bəy axırda ürək yanğısı ilə 
bildirir ki, bədbəxt Zəngəzur  əhalisinin adından sizdən xahiş 
edirəm Azərbaycanın  ən gözəl guşələrindən biri olan 
Zəngəzuru tamamilə məhv olma təhlükəsindən xilas edəsiniz. 
Həyəcanla bildirir ki, kağız üzərində yazılan qəti etirazlardan 
artıq  əməli fəaliyyətə keçmək lazımdır.  Əvvəl Zəngəzur
sonra isə Qarabağın itirilməsinə görə bütün türk və 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
13
Azərbaycan xalqının qarşısında siz tarixi məsuliyyət 
daşıyırsınız.  
Yerli sərkərdə Aslan bəyin tövsiyyəsi ilə seçilən Cəlil bəy 
(Aslan bəyin  əmisi oğlu) millətinin mənafeyini hər  şeydən 
üstün tutaraq parlamentin sədrini ittiham edir. 
Onu öz deputat mandatını itirmək maraqlandırmır. Burada 
sərkərdənin və ona sadiq əqidə qardaşlarının milli mənafeyə 
nə qədar sadiq olduqları açıq-aydın görünür. 
Cəlil Sultanov sonda bildirir ki, əvvəl Zəngəzur, sonra 
növbə Qarabağa gəlir. Bütün bu itkilərə görə türk və 
Azərbaycan xalqı qarşısında parlament məsuliyyət daşıyır. 
Bu ittihamedici çağırışı ilə  Cəlil bəy parlamentarları 
ayıltmağa, onların  məsuliyyət hissini artırmağa çalışır. Bu 
günün prizmasından baxdıqda Aslan bəyin, Cəlil bəyin, 
Xudabaxış  bəyin və onların  əqidə qardaşlarının nə  qədər 
haqlı olduqlarını zaman təsdiq edir. Doğrudan da əvvəl 
Zəngəzur verildi. Sonra Zəngəzurdan başlanan qaçaqçılıq 
hərəkatı hökumətə qarşı silahlı müqavimət. Bu yolda tökülən 
saysiz-hesabsız  şəhid qanları Qarabağın o vaxt verilməsi 
planının qarşısını aldı. Arxiv sənədlərindən məlum olduğu 
kimi Nəriman Nərimanov Zəngəzurla birlikdə Qarabağın da 
ermənilərə verilməsinə razılıq vermişdir. Çox təəssüflər olsun 
ki, Cəlil bəyin əvvəl Zəngəzur, sonra isə Qarabağın gedəcəyi 
proqnozu təsdiqini tapdı. 1925-ci ilin əksinqilabçılar sayılan 
bir arxiv sənədi var. Orada Aslan bəyin, Cəlil bəyin, 
Xudabaxış bəyin və qeyrilərinin adları var. 
Cəlil bəy Sultanov parlamentdəki çıxışlarında birmənalı 
olaraq, kəskin  şəkildə hökumətdən tələb edirdi: -“Nijdenin 
rəhbərlik etdiyi daşnak hökuməti ilə sərhəddə yerləşən və hər 

Фаиг Абдуллайев____________________________________  
 
14
gün daşnak təcavüzü ilə üz-üzə dayanan Zəngəzur qəzasının 
əhalisinə tezliklə dövlət tərəfindən kömək göstərilməzsə, biz 
parlamentarilər  tarix və zaman qarşısında cavab verməli 
olacağıq”. Cəlil bəy Sultanov əlavə olaraq onu da qeyd etmiş-
di ki: -“Hazırkı şəraitdə daşnak təcavüzünə qarşı mübarizəni 
qəzadakı yerli hərbi qüvvələr təkbaşına aparırlar”. 
Cəlil bəy Sultanov parlamentdə yerli hərbi qüvvələr dedik-
də daşnak ordusu ilə birbaşa vuruşan və müqavimət 
hərəkatına rəhbərlik edən Aslan bəy Sultanovu və onun 
rəhbərlik etdiyi hərbi qüvvələri nəzərdə tuturdu. Həmin 
dövrlərdə Aslan bəyin hərbi istedadı  və  sərkərdəlik bacarığı 
daşnak generalları Nijdeni və Dronu bir-birinin ardınca ağır 
məğlubiyyətlərə uğratmışdı. Öz dövrünün hərbi standartlarına 
cavab verən yerli hərbi qüvvələrdən təşkil edilmiş ordu və 
onun sərkərdəsi Aslan bəy Zəngəzur  əhalisini  daşnak 
təcavüzündən qoruya bilirdi. 
Müsavat Hakimiyyəti süqut etdikdən sonra da öz 
missiyasını böyük qəhrəmanlıqla yerinə yetirən Aslan bəy 
Sultanovun keyfiyyətləri XI ordu komandanlığını və  mərkəzi 
hakimiyyəti onunla hesablaşmaq zorunda saxlamışdı.  
Mərkəzi hakimiyyət daşnak hökumətinə qarşı mübarizədə 
Aslan bəy Sultanov kimi real qüvvəyə arxalanmağın, 
daşnakların ürəyində yaranmış Aslan  bəy xofundan istifadə 
etməyin qaçılmaz olduğunu  anlamış və qəbul etmişdi. 
 
**** 
Daşnakların ürəyində  bəs Aslan bəy xofu haradan 
yaranmış, haradan qaynaqlanmışdı? O xofun yaranmasının 
maraqlı bir tarixçəsi var... 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
15
Hələ bu hadisələrə  qədər Andronik daşnak hökumətinin 
başçısı Nijdeni daha da gücləndirmək üçün özünün sağ  əli 
olan general Manuku hər cür hərbi sursatla təchiz olunmuş 
böyük bir  ordu ilə  Zəngəzura göndərir. O hadisələrin real 
şahidlərinin xatirələrinə görə  böyük bir daşnak ordusunun 
Zəngəzura göndərilməsi Türk ordusunun generalı Nuru 
Paşanı da  son dərəcə narahat edirmiş. Çünki Nuru Paşa 
qəddarlıqda və zalımlıqda Andronikdən və Nijdedən heç də 
geri qalmayan Manukun Zəngəzura gedib Nijde ilə 
birləşməsindən sonra  Zəngəzur əhalisinin qan içində boğula-
cağını düşünür, narahatlıq hissi keçirirdi. Ancaq Andronikin 
bu arzusu ürəyində qaldı.   
Manukun ordusu Gorusa getmək üçün  Laçının Zabux 
dərəsi deyilən yerinə  yaxınlaşırdı... Bunun necə böyük bir  
təhlükə olduğunu bilən Laçınlı Sultan bəy təcili olaraq Aslan 
bəy Sultanovun yanına adamlarını göndərir və ona belə bir 
məktub yazır: -“Sayca bizim qüvvələrdən  xeyli üstün, 
təpədən-dırnağadək silahlanmış Manuk öz ordusu ilə 
başımızın üstünü kəsdirib.  Əmioğlu, bütün  qüvvələrini yığ, 
özünü bizə çatdır. Yoxsa bu qeyri-bərabər döyüşdə biz 
hamımız məhv olarıq”.  
Bu xəbəri eşidən Aslan bəy Sultanov  vaxt itirmədən 
bütün hərbi qüvvələri ayağa qaldıraraq Zabux istiqamətinə 
hərəkət edir və tezliklə özünü Sultan bəyin qüvvələrinə 
çatdırır. Təşviş içində olan yerli hərbi qüvvələr qeyri-adi 
sərkərdəlik istedadı olan Aslan bəyin belə  ağır bir şəraitdə 
hansı  qərarı  qəbul edəcəyi barədə müxtəlif fikirlər 
yürüdürmüş.  Hər kəs vəziyyətin  son dərəcə  ağır olduğunu 
dərk etmiş,  səhər açılar-açılmaz say və hərbi texnika cəhət-

Фаиг Абдуллайев____________________________________  
 
16
dən özlərindən qat-qat üstün olan bir daşnak ordusu ilə 
vuruacağını yəqinləşdirmişdi. 
Təşviş içində olan hərbçilərə, yerli camaatın nümayən-
dələrinə    təsəlli verən Aslan bəy bildirir ki, döyüşün hərbi 
planını  hazırlayıb,  sabahkı döyüş barədə sizə əlavə  məlumat 
verəcəyəm.  
Şahidlərin dediyinə görə Aslan bəy Sultanov vaxt itirmə-
dən Zabux dərəsində onun üçün hazırlanan xüsusi çadıra 
girərək  döyüş planını hazırlamağa başlayır. Bir müddətdən 
sonra Aslan bəy təşviş içində olan döyüşçülərə bildirir ki, 
sabahkı döyüşün planı hazırdır, taktika seçilib, seçilmiş 
taktika  barədə sabah səhər hər kəsə məlumat veriləcək. 
...Günəşin  göy üzünə boylandığı sübh çağının  sükutunu 
qəfildən atılan atəş səsləri pozur. Hər kəs bir anlıq yerindəcə 
donub qalır. Heç kəs nə baş verdiyini dərk edə bilmir. Heyrət 
içində olan döyüşçülər bir-birlərinə baxır, vəziyyəti aydınlaş-
dırmağa çalışırlar. Bu zaman Sultan bəy öz çadırından 
çıxaraq sürətlə Aslan bəyin çadırına doğru gedir, çadırdan 
içəri girib o  andaca geri dönür və çaşqınlıq içində döyüşçü-
lərə: “Aslan bəy çadırında yoxdur”,- deyir... 
O anlarda Zabux dərəsinə toplaşan hər kəsin içindən bir 
fikir keçirdi, Aslan bəy çadırında yoxdursa və atəş  səsləri 
eşidildisə o mütləq nəsə vurub.  Hamı bilirdi ki, Aslan bəy 
sərrast atıcıdır, o gözlə görmədiyi, lakin səslə  təyin etdiyi 
hədəfi belə asanlıqla vura bilir.  

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
17
Bir qədər sonra Aslan bəy geri qayıdır. Onun üzündə 
xoşbəxt bir təbəssüm varmış. Nə baş verdiyini  isə ondan və 
Manukun ordusunun adamlarından başqa heç kəs bilmirdi.   
Azacıq vaxt keçdiukdən  sonra daşnak ordusunun mövqeyi 
tərəfdəki qayalıqların  birinin üstündən üzü dərə aşağı iri bir 
qaraltının yumalandığı görünür. Aslan bəy və onun ətrafına 
toplaşanlar həmin qaraltıya tərəf baxırlar. Qaraltı daşlara və 
qayalara dəyə-dəyə şappıltı ilə gəlib dərənin dibinə düşür. Bu 
vaxt Aslan bəy xüsusi kəşfiyyat qrupunu həmin qaraltını 
gətirmək üçün göndərir...  
Hər kəs heyrət və maraq içində o qaraltının nə olduğunu 
bilmək istəyirdi. Kimi bunu ayıya, kimi də iri bir heyvana 
bənzədirdi. Kəşfiyyat qrupu qayıtdıqda isə bütün 
 
tərəddüdlərə son qoyuldu. Səhərin ilk gün işığının parlaq 
şəfəqləri ilə  bərabər çadırından çıxaraq  döyüş mövqelərini  
yoxlamaq üçün ətrafda kəşfiyyat aparan Aslan bəy qarşı 
tərəfdən parlayan işığın  əksini biganəliklə seyr edə 
bilməmişdi. Diqqət yetirdikdə gün işığının durbin şüşəsindən 
əks etdiyini yəqinləşdirmişdi. Onu tanıyanlar  əminliklə 
deyirlər ki, Aslan bəyin xüsusi sərkərdəlik qabiliyyətindən, 
döyüş bacarığından, mahir atıcılığından başqa, güclü 
hissiyyat sahibi, fəhmli insan olması da bir həqiqət idi. 
Tanrının ona verdiyi fitri hərbi istedadı ilə bərabər dəqiqliklə, 
operativ olaraq analiz etməyi bacaran bir şəxsiyyət olub. Elə 
o anlarda da, qarşı mövqedən parlayaraq onun gözünü 
qamaşdıran işığın   döyüş meydanını nəzərdən keçirmək üçün 
mövqelərə durbinlə  nəzarət edən quldurbaşı Manukun 

Фаиг Абдуллайев____________________________________  
 
18
durbininə düşən gün işığı olduğunu qətiləşdirir və Manuk 
ikinci dəfə durbini qaldırıb  ətrafa baxdığı zaman Aslan bəy  
məsafənin ağlagəlməz dərəcədə uzaqlığına baxmayaraq 
sərrast atəşlə Manukun alnının ortasından  (yerli camaatın 
dediyi kimi, qaşqasından) bir-neçə güllə vurur. Kəşfiyyat 
qrupu  Manukun cəsədini gətirdikdə isə  mənzərə tam 
aydınlaşır... 
Döyüşçülər sevindiklərindən yerə-göyə sığmırlar. Koman-
dirlər isə Aslan bəyi əllərinin içində tutaraq başlarının üstünə 
qaldırırlar.  
Daşnak ordusu bu itkinin şokundan çıxa bilmir. Aslan bəy 
bir an içində döyüşçülərə hansı istiqamətlərdən hücum 
edəcəyi barədə  döyüş tapşırığı verir və taktikanı düzgün 
seçərək başsız qalan daşnak ordusunu çətinlik çəkmədən 
pərən-pərən salır.  
Aslan bəyin başçılıq etdiyi qüvvələr  Zabux dərəsindəki 
qeyri-bərabər döyüşdə  daşnak ordusunu tamailə darmadağın 
edirlər. Qələbənin nəticəsi olaraq Aslan bəyin ordusu çoxlu 
sayda hərbi qənimət – pulemyotlar, tüfənglər, patronlar və 
başqa hərbi ləvazimatlar  əldə edir. Manuk üçün xüsusi 
dəridən son dərəcə keyfiyyətlə hazırlanmış tapança kaburası 
tapança ilə birlikdə Aslan bəyə təqdim edilir...  
Aslan bəyin belə bir qeyri-bərabər döyüşdə qazandığı 
böyük qələbənin sorağı daşnak ordusunu son dərəcə sarsıdır. 
Bütün ermənistan Manukun belə biabırçı ölümünə üç gün üç 
gecə yas saxlayır. Aslan bəy xofu da o günlərdə yaranır...  

Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin