Ответств. секретарь Н. Гейдаров.
___________________Зянэязур асланы–Аслан бяй Султанов
93
Tərcüməsi aşağıdakı kimidir:
Azərbaycan Respublikasının Prezident Aparatının
Siyasi Sənədlər Arxivi
FOND: 1
SİYAHI: 2
SAX.VAH. 96
Zəngəzur Qəza Kommunist Partiyası
28 aprel 1921-ci il.
Qubadlı kəndi.
Yoldaşlar!
Biz yerli kommunistlər son dərəcə ağır şəraitdə fəaliyyət
göstərmək məcburiyyətində qalmışıq, imkansızlıq üzündən
heç kəslə sıx əlaqəyə girə bilmirik, böyük təzyiqlər altında
yaşayırıq, son zamanlar isə vəziyyətimiz həddindən artıq çə-
tinləşmişdir. Martın 23-də Eyvazlı kəndinə gələn daşnak nü-
mayəndələri yerli mülkədarlarla əlbir olub yolun açılmasını
tələb etdilər. Qurultayda qərara alındı ki, martın 27-də Eyvaz-
lı kəndində daşnakların və yerli kommunistlərin nümayəndə-
ləri gələcəkdə xalqı vaxtı-vaxtında məlumatlandırmaq üçün
bir daha görüşsünlər.
Üç nəfərdən ibarət göndərilən kommunist nümayəndələr
Gorusa gedib daşnaklardan mühüm məlumatları almalıydılar.
Onların çağırışları barədə bütün məlumatlar haqqında Şu-
şa Mərkəzi Kommunist Partiyası məlumatlandırılsın. Yollar
artıq açılır və daşnaklarla münasibətlər qurulacaq. Belə ki,
bunun qarşısını almaq üçün yerli hakimiyyətin əlində milisin
özbaşınalığının qarşısını almağa gücü yoxdur. Qəzada və
ayrı-ayrı sahələrin milisinin başında dayananlar yalnız öz
məqsədlərini güdürlər. Əlbəttə ki, qəza İnqilab Komitəsinin
başında kommunist partiyasının üzvü olmayan Xudabaxış
bəy Sultanov dayanırsa elə bütün rəhbər vəzifələri də onun
yaxın qohumları tutmuşdur. Nəticədə də belə bir hərc-mərclik
Фаиг Абдуллайев____________________________________
94
yaranmışdır. Kommunist Partiyası buna qarşı tədbir görməyə
çalışsa da bir nəticə əldə etməyib. Yerli hökumətə qarşı
mübarizə aparmaq üçün kommunist Partiyasının ixtiyarında
heç bir güc yoxdur.
Onu da nəzərinizə çatdırıram ki, vəziyyət gündən-günə
daha da gərginləşir, qarşıda kommunistlərin məhvi gözləni-
lir. Xahiş edirik ki, bizim gələcək taleyimizlə bağlı bir tədbir
görəsiniz.
Qeyd: hər şeyi tam dəqiqliyi ilə çatdıra bilmirəm, nə vaxt
gücümüz olarsa o zaman hər şey məlum olacaq.
Yerli Kommunist Partiyasının məsul katibi Nəzər
Heydərov.
Təsdiq edilib
Məsələyə yerli kommunistlərin Qubadlı kəndində çağırı-
lan 24 mart tarixli qurultayında münasibət bildirildi və qərara
alındı ki, daşnaklarla bütün əlaqələr kəsilsin.
(müəlif: arxiv sənədində əldə etdiyimiz məruzədən isə
açıq aydın məlum olur ki, 200 nəfərdən ibarət qızıl ordu
əsgərinin göndərilməsini Nəzər, Savalan və qeyriləri tələb
ediblər ).
****
Nəzər Heydərovun 28 aprel 1921-ci il tarixli və yuxarıda
mətnini sizə təqdim etdiyimiz bu arxiv sənədini təhlil edər-
kən, hadisələrlə bağlı bir çox məqamlara toxunduqda açıq
şəkildə nəzərə çarpır ki, Nəzər Heydərov yenə də öz prin-
sipinə sadiq qalaraq yerli qəza hökumətinin rəhbərlərini
ləkələmək üçün əlindən gələn hər şeyi edir. Onun bu məktu-
bundan aydın olur ki, müəllif ənənəsinə sadiq qalaraq əsas
hədəfə–qəza milis idarəsinə və onun rəhbərliyinə toxunur.
Müəllif yazır ki, guya yerli hökumətin gücü çatmır ki, milisə
qarşı müqavimət göstərə, onun özbaşınıalıqlarının qarşısını
almaq üçün gücü çatmır. Başda Qəza milis idarəsinin rəisi
olmaqla ayrı-ayrı sahələrin milis rəisləri yalnız öz şəxsi
___________________Зянэязур асланы–Аслан бяй Султанов
95
mənafelərini düşünən adamlardan ibarətdir. Nəzər Heydərov
yanğı ilə yazır ki, yerli hökumətin başında kommunist par-
tiyası üzvü olmayan Xudabaxış Sultanov dayanırsa o da
mövqeyindən istifadə edərək bütün məsul vəzifələrə öz
qohum-əqrabalarını təyin eləyir. Nəticədə də qəzanın idarəçi-
lik sistemində belə hərc-mərclik yaranıb. Daha sonra da im-
dad notları ilə yazır ki, əgər vaxtında bizə köməklik edilməsə
bütün qəza kommunistlərini ölüm gözləyir.
Bunlara diqqət yetirdikdə bu adamın necə yalan və böhtan
yolunu tutmağı nəzərdən qaçmır. Bunu daha dolğunluğu ilə
sübut etmək üçün bir fakta diqqət edək. Nəzər Heydərov
insanları çaşdırmaq üçün yenə də öz ənənəsinə sadiq qalaraq
yazır ki, guya qəza milis idarsənin rəisi Aslan Sultanovla
Qəza İnqilab komitəsinin sədri Xudabaxış Sultanovun
arasında hansısa bir ziddiyyət var və Xudabaxış bəyin də
gücü çatmır ki, milisin özbaşınalıqlarının qarşısını alsın. Bu
adam nədənsə unudur ki, Xudabaxış bəy Sultanovla Aslan
bəy Sultanov əmioğludurlar və onun bu vəzifədə təmsil
olunmasının səbəbkarı da Aslan bəy özüdür. Əgər Xudabaxış
bəyin, Behbud bəyin, İsrafil bəyin Aslan bəyə qədər bir
fəaliyyəti olsaydı o zaman Nəzər Heydərov “Zəngəzur
dağlarında” adlı kitabında Aslan bəydən və digərlərindən
yazdığı vaxt onların da fəaliyyətindən nəsə yazardı. O çox
gözəl bilirdi ki, daşnaklara qarşı mübarizədə Aslan bəyə
mərkəz tərəfindən verilən fövqəladə səlahiyyətlər zamanı bu
Sultanovları qəzanın rəhbərləri vəzifəsinə Aslan bəy təyin
etmişdi. Əgər onlar arasında hər hansı bir ziddiyyət olsaydı
Nəzər Heydərovgil və onun əqidə yoldaşları xəlvətcə danos
yazıb Xudabaxış bəyi həbs etdirdiyi zaman Aslan bəy
Xudabaxış bəyin müdafiəsinə qalxmaz, onun günahsızlığını
sübut etdirməz və onun azad olunmasına nail olmazdı. Bu
fakt onu göstərir ki, Nəzər Heydərov yenə riyakarlıq edərək
guya iki əmioğlu arasında ciddi konfliktlərin yaşandığını
Фаиг Абдуллайев____________________________________
96
göstərməyə çalışır. Halbuki mərkəz çox gözəl bilirdi ki,
Zəngəzurdakı yerli hakimiyyət Aslan bəy tərəfindən bəy-
lərdən – Sultanovlardan təşkil edilmiş yerli hakimiyyətdir.
Buradan da belə bir nəticə çıxır ki, mərkəzin də gözəl bildiyi
bu həqiqəti Nəzər Heydərovun bu şəkildə təhrif edərək
ötürməsi mərkəz tərəfindən qabaqcadan düşünülmüş bir
məkrli oyundur. O ki, qaldı “belə gedərsə kommunistləri
ölüm gözləyir” fikirlərinə münasibət olaraq qeyd etmək istə-
yirirk ki, Aslan bəygilin komandası üçün heç bir partiya
mənsubiyyətinin, heç bir siyasi düşüncə tərzinin fərqi yox idi,
onunçün əsas olan qanunlar, ədalətin təntənəsi, haqlı-haqsız
fərqi vardı. Əgər elə olmasaydı, Aslan bəy Sultanovun içində
kommunistlərə və yaxud da digər siyasi baxışlı insanalara
qarşı qisasçılıq hissi olmuş olsaydı onun bircə əmri kifayət
edərdi ki, ətrafında və əlinin altında olan hərbi qüvvələr
həmin adamları məhv etsinlər. Aslan bəy üçün yeganə düş-
mən daşnaklar, bir də daşnaklardan da betər olan içimiz-
dəki xainlər idi və Aslan bəy bütün şüurlu ömrünü həmin
düşmənlərə qarşı amansız mübarizəyə həsr etmişdi.
Sizə təqdim etdiyimiz bu müqayisəli təhlillər də bir daha
xalqımızın təmiz və vicdanlı oğullarına qarşı içimizdən olan
xainlərin etdikləri xəyanətlər açıq-aydın üzə çıxarır. Bu
müqayisəli təhlillə çalışdıq ki, Nəzər Heydərovun sizə təqdim
etdiyimiz mərkəzə ötürdüyü yuxarıdakı qərəz və böhtan dolu
məlumatının əsl mahiyyətini göstərə bilək. Bir məsələyə də
diqqət edək ki, bundan bir-neçə gün əvvəl, həmin ilin aprel
ayının 4-də Savalan Şirinovun mərkəzə göndərdiyi başqa bir
məlumatında da Savalan Şirinov sənəddə adları göstərilən
bütün yerli kommunistlərin fikirlərinin eyni olduğuna istinad
edərək xalqımızın qəhrəman oğullarını əksinqilabçı damğası
ilə damğalayaraq onların həbs edilməsini tələb etmiş və
sənədin sonunda da öz şəxsi imzalarını qoymuşdular.
___________________Зянэязур асланы–Аслан бяй Султанов
97
Azərbaycan Respublikası Prezident Aparatının Siyasi
Sənədlər Arxivi, fond 1, siyahı 2, saxlama vahidi 105
Фаиг Абдуллайев____________________________________
98
___________________Зянэязур асланы–Аслан бяй Султанов
99
Фаиг Абдуллайев____________________________________
100
___________________Зянэязур асланы–Аслан бяй Султанов
101
Azərbaycan Respublikası Prezident Aparatının Siyasi
Sənədlər Arxivi
FOND: 1
SİYAHI: 2
SAX. VAH. 105
В Центральный Комитет Партии
Копии: Предазревкому тов. Нариман Нариманову и
Председателю Высшего Экономического Совета тов.
Мирза Давуд Гусейнову
Докладная Записка
Объехав порученные мне уезды Карягинский,
Шушинский и Кубатлинский для проведения выборов на
все азербайджанский Съезд Советов, я вынес следующие
впечатления о советском и партийном строительстве.
Вообще говоря, ни в одном из этих уездов не
установилась твердая советская власть. Советская власть
более всего проведена в части Карягинского и Шу-
шинского уездов, что же касается Кубатлинского уезда,
то там и помину нет о Советской власти. Кубатлинский
уезд забытый всеми на границе с дашнаками, переживает
дни ужаса от холода, голода, отсутствия продуктов,
хлеба, мануфактуры, керосина, соли и проч. Полное
отсутствие власти превратила жизнь в уезде в сплошной
кошмар, нет предела воровству, грабежам и проч.
Население, очутившийся в таком положении, буквально
мечется и готово броситься в объятия или дашнаков, или
персидский ханов. Со стороны их обоих были предложе-
ния примкнуть к ним. Соединение с дашнаками задержи-
вается по видимому враждой с последними, а с
Фаиг Абдуллайев____________________________________
102
персидскими ханами пока связались широкой спекул-
яцией.
Необходимо принять самые решительные меры к
восстановлению Советской Власти. Местное население
имеет представление о Советской Власти лишь по рабо-
те Особых Отделов Красной Армии. Большинство
населения превратилось в беглецов и разбойников, из за
того, что агенты Особых Отделов пугали и клеймили их
словом «контрреволюционеры». Названные контрре-
волюционерами переправлялись в Персию и частенько
делали набеги на свои же селения. Многие из кулаков и
местных беков служа проводниками Красной Армии в
дашнакской Армении создали себе репутацию хороших
честных работников и даже пожалуй хороших коммунис-
тов. Указанные лица, владея русским языком, легко
могли создать себе это положение. Имея вражду к
армянам вообще, они с готовностью проводили красные
войска в армянские селения и, после прохождения
красной армии, занимались грабежами, обогащалась за
счет беднейшего класса армянских селений. По уходе
Красной армии, эти лица, вошедшие в доверие ваенкомов
и ответственных работников, посланных из центра,
заняли ответственные посты в уезде. Таким образом , в
уезде создалась так называемая Советская Власть из
беков и кулаков, которые по прежнему /по мусаватски/
проводили власть в стране. В итоге всего партийные
работники и беднейшее крестьянство были в большом
загоне. По рассказам нынешнего ответственного секре-
таря компартии, тов. Назара Гейдарова все полит-
работники собирались несколько раз эвакуироваться и
вели работу как в подполье. К приезду моему в
Кубатлинском уезде частичные успехи дашнаков и
циркулирующие провокационные слухи врагов Советс-
___________________Зянэязур асланы–Аслан бяй Султанов
103
кой Власти заставили разоренные селения, бросая остат-
ки своего имущества эвакуироваться в соседние уезды.
Мой приезд нейтрализовал создавшееся положение и
население возвращалось в свои селения.
В уезде милиции абсолютно не имеется. Милиционе-
ры не получая за 10 месяцев жалованья, принуждены
были продать своих коней, домашний скарб и превра-
тились форменно и босую команду. Представители мили-
ции заявляли мне, что подобное положение заставляет
их самых заниматься грабежом и разбоем. В милицию
записались почти все беки и кулаки ясно для того, чтобы
беречь от «подводной» повинности своих коней и
называться советскими работниками. Начальник уездной
милиции, Аслан бек Султанов лихой стрелок и враг
армян. Начальником участковой милиции назначен
Исфандяр Бек Ходжаганский, бывший беглец. Предрев-
комом состоял Худабахыш Бек Султанов, по профессии
учитель. Помощником начальника милиции 4-го участка
тоже уезда Али Бек Хораманский. Руководителем
партийных работ в уезде был одно время Мухтар Байра-
мов, взяточник, интригант, не имеющий партийного
стажа и даже не зачисленный в партию.
Вот, в общем характерная картина, представляющая
советское и партийное строительство. Худабахыш-Бек
Султанов, по рассказам партийных товарищей был арес-
тован по наговору Мухтара Байрамова за то что, услы-
шав о прибытии в село армян и подозревая в них
дашнаков, потребовал у них предьявления мандатов.
Был отпущен через полтора месяца по требованию
комитета партии Кубатлинского уезда и по выяснении не
виновности. Контрреволюционером его назвать нельзя.
Он без условно не коммунист, но из него может выйти
хороший работник.
Фаиг Абдуллайев____________________________________
104
Azərbaycan Respublikası Baş Milli Dövlət Arxivi,
Fond 410, siyahı 1, iş 98, vərəqə 5
___________________Зянэязур асланы–Аслан бяй Султанов
105
Aşağıdakı sənədin təhlili göstərir ki, akademik Püstə
xanım Əzizbəyovanın “Ailə şərəfi” kitabında 12-ci
səhifəsində göstərdiyi kimi Lenin Nərimanovu hələ Bakını XI
ordu işğal etməmişdən bir neçə gün əvvəl qəbul edərək onu
qiyabi olaraq Azərbaycan İnqilab Komitəsinin sədri təyin
etmişdir. Bu zaman Nərimanov öz üzərinə Zəngəzurun,
Qarabağın və Naxçıvanın ermənilərə verilməsi kimi
cinayətkar öhdəlik götürmüşdür. əks halda ona bu vəzifəni
verməzdilər. Nərimanovun da içərisindəki hakimiyyət
ehtirasını söndürmək üçün başqa yolu yox idi.
Sənəddə göstərilir ki, Zəngəzuru iyunun axırında ləğv
etmək, təcili hərbi əməliyyata başlamaq, Meqrinin tutulması
üçün təcili tədbirlər görmək. Bəyannamədə Dağlıq
Qarabağın erməni hökumətinə mənsub olduğunu göstərmək.
Zəngəzuru və Kürdüstanı ləğv etmək.
Фаиг Абдуллайев____________________________________
106
Sənədin tərcüməsi aşağıdakı kimidir:
Azərbaycan Respublikası Президент Апаратынын Ишляр
Идарясинин Siyasi Sənədlər Arxivi.
Fond 1, siyahı 2, iş 105. vərəq 48-51
Partiyanın Mərkəzi Komitəsinə
Surəti:
Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərima-
nova
Kommunist Partiyası Ali İqtisad Şurasının sədri yoldaş
Mirzə Davud Hüseynova
29 may 1921-ci il.
Məlumat Qeydləri
Ümumazərbaycan Sovetlər Qurultayına seçki keçirmək
üçün mənə tapşırılan Qaryagin, Şuşa və Qubadlı qəzalarını
gəzib dolanarkən partiya sovet quruculuğu ilə bağlı aşağıda-
kıları müəyyənləşdirdim:
Bir sözlə demək olar ki, bu qəzaların heç birində sоvet
hakimiyyəti tam olaraq bərqərar olmayıb. Azacıq da olsa
Qaryagin və Şuşa qəzalarında sovet hakimiyyətinin möv-
cudluğu hiss olunsa da Qubadlı qəzasında sovet hakimiy-
yətinin varlığından söhbət belə gedə bilməz. Qubadlı qəzası
daşnaklarla həmsərhəd bir yerdə olduğundan tam olaraq
unudulmuş bir yer təsiri bağışlayır. Soyuq camaatı dəhşətli
dərəcədə sınağa çəkir, aclıq və səfalət hökm sürür. Ərzaq və
çörək tapılmır, manufaktura, neft, duz və başqa şeylər yox-
___________________Зянэязур асланы–Аслан бяй Султанов
107
dur. Hakimiyyətsizlik qəzadakı həyatı dəhşətli bir vəziyyətə
gətirib çıxarıb. Soyğunçuluq, qulldurluq və başqa cinayət
hallarının həddi-hüdudu yoxdur. Bu vəziyyətdə yaşayan əha-
li hər an daşnaklara və ya İran xanlarına sığınmağa hazırdır.
Hər iki tərəfdən də bu barədə təkliflər alınıb. Daşnakların
birləşmə təklifini düşmən olduqları üçün birmənalı olaraq
rədd ediblər. Lakin İran xanları ilə hələlik geniş ticarət
əlaqələri etməkdədirlər.
Sovet Hakimiyyətinin tam olaraq bərpa olunması üçün
təcili tədbirlər görmək lazımdır. Yerli əhalinin nəzərində
Sovet Hakimiyyəti Qızıl Ordunun xüsusi şöbələrinin işi
təsəvvüründən uzağa getmir. Xüsusi şöbələrin əhaliyə “əks-
inqilabçı” hədə-qorxusunun nəticəsi olaraq yerli camaatın
əksər hissəsi qaçağa, quldura çevrilib. Əksinqilabçı adlandırı-
lanlar İrana keçirlər və tez-tez qaçaq yolla öz kəndlərinə baş
çəkirlər. Yerli mülkədarların və bəylərin çoxu Qızıl Ordunun
daşnak Ermənistanına qarşı hücumuna bələdçilik edərək özlə-
rinə yaxşı hörmət, ad-san, etibarlı işçi və yaxşı kommunist
imici qazana biliblər. Rus dilində sərbəst danışa bilən bu
adamlar özləri üçün bu imici çox asanlıqla qazana biliblər.
Ermənilərlə qatı düşmən olan bu bəylər böyük məmnuniy-
yətlə qızıl ordunun erməni kəndlərinə hücum etməsinə
bələdçilik ediblər. Qızıl Ordu aldıqları yerlərdən çəkildikdən
Фаиг Абдуллайев____________________________________
108
sonra onlara bələdçilik edən adamlar kəndləri qarət və talan
etməklə kasıb erməni kəndlərinin əhalisi hesabına varlanır-
dılar.
Qızıl Ordu hissələri Zəngəzurun ərazilərini tərk etdikdən
sonra bu adamlar mərkəzdən göndərilən hərbi komissarların
və məsul şəxslərin etibarını qazanaraq qəzada rəhbər vəzifə-
ləri tutublar. Bununla da qəzadakı sovet hakimiyyəti yerli
bəylərdən və mülkədarlardan (müsavat hakimiyyəti dövründə
olduğu kimi) ibarət adamlardan təşkil olundu. Nəticədə
partiya işçiləri və kasıb kəndlilər böyük təhlükə altında
qalmışlar. Qəza kommunist partiyasının hazırkı məsul katibi
Nəzər Heydərovun dediklərinə görə bütün partiya işçiləri bir-
neçə dəfə başqa yerə köçmək və gizli fəaliyyətə keçmək məc-
buriyyətində qalıblar. Daşnakların və Sovet hakimiyyətinin
düşmənləri tərəfindən yayılan təxribat xarakterli şaiyələrin
yayılması məcbur edirdi ki, talan olaraq müflis olmuş əhali
var-yoxunu ataraq qonşu qəzalara köçsün, mənim Qubadlı
qəzasına gəlməyimin nəticəsi olaraq vəziyyət sabitləşdi və
əhalinin köçünün qarşısı alındı, əhali öz əvvəlki yurd-
yuvasına qayıtdı.
Qəzada milisin fəaliyyəti demək olar ki, görünmür. Son on
ay ərzində əmək haqqı almayan milis işçiləri atlarını, ev
əşyalarını satmağa məcbur olur, müflis olmuş bir komandaya
___________________Зянэязур асланы–Аслан бяй Султанов
109
çevrilirdilər. Milis işçilərinin nümayəndələri mənə bildirdilər
ki, yaranmış vəziyyət onların özünü də soyğunçuluq və talan-
çılıq etməyə vadar edir. Milis orqanlarına qəbul olunanlar
demək olar ki, bəylərdən və mülkədarlardan ibarətdir. Bunun-
la da onlar sudan duru çıxmaq və özlərini sovet işçiləri kimi
qələmə vermək məqsədi güdürlər. Qəza milis idarəsinin rəisi
Aslan bəy Sultanov, sərrast atıcı və ermənilərin düşmənidir.
Qəza milis idarəsinin sahə müvəkkiləri şöbəsinin rəisi
vəzifəsinə İsfəndiyar bəy Hocaxanski təyin edilmişdir, o,
keçmiş qaçaqdır. Qəza inqilab komitəsinin sədri Xudabaxış
bəy Sultanov təyin edilmişdir, peşəsi müəllimdir. Qəza milis
idarəsini rəisinin köməkçisi, 4-cü sahənin rəisi Əli bəy Xora-
manskidir.
Rüşvətxor, araqarışdıran, partiya stajı olmayan, hətta
partiya sıralarına daxil olmayan (müəl: Mirzə Muxtar Bayra-
mov bir müddət Qəza kommunist Partiyasına rəhbərlik
etmişdir. Partiya üzvü olmaya-olmaya).
Partiya və sovet quruculuğunun qısa mənzərəsi belədir:
Mirzə Muxtar Bayramovun böhtanı ilə həbs olunan Xudaba-
xış bəy Sultanov Partiya yoldaşlarımızın dediklərinə görə
ermənilərin kəndə gəlməsindən xəbur tutub, onların arasında
daşnakların ola biləcəyindən şübhələnərək onlardan mandat
tələb edib, mandatları aldıqdan və gələnlərin şəxsiyyəti
Фаиг Абдуллайев____________________________________
110
müəyyən edildikdən sonra isə onların fəaliyyətinə maneçilik
törədilməyib. Ay yarımdan sonra Mirzə Muxtar Bayramovun
və ona sadiq qüvvələrin şəri və böhtanı üzə çıxıb, Xudabaxış
bəy Sultanovun günahsızlığı sübuta yetirilib və Qubadlı
qəzası partiya komitəsinin tələbi ilə həbsdən azad edilib.
Onu əksinqilabçı adlandırmaq olmaz. Sözsüz ki, o kommu-
nist partiyasının üzvü deyil, ancaq ondan yaxşı işçi çıxar...
Bu oyunların və təşkil edilmiş donos kampaniyasının hara-
dan və nə üçün təşkil olunduğunu dəqiqləşdirmək üçün gəlin
hadisələrin xronoloji ardıcıllığına bir daha nəzər yetirək;
Dostları ilə paylaş: |