Фаиг Абдуллайев



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə4/19
tarix31.01.2017
ölçüsü6,46 Mb.
#6978
1   2   3   4   5   6   7   8   9   ...   19
часть  Зангезура,  но  на  их  предложение  отозвались 
местные  беки  и  ханы  в  лице:  I )   Аслан-бека  Султанова, 
2)  Худабахыш-бека  Султанова  3)  Исрафил-бека 
Султанова,  4)  Бейбут-бека  Султанова,  5)Султан-бека 
Султанова,  6)Шахсувара-бека  Каланта-рова,  7)  Дадаш-
бека  и  8)  Гусали-Кули  бека  Бабабекова,  8)  Джабраил-
бека  Абдуллабекова,  10)  Мамеда  Али  бека  Алибекова, 
кулаки  11)  Аббас  Самедова,  12)  Исмаиль  Паша  ог.,  13) 
Гусейн,  14)  Бор  Гаджи  Салман  ог.,  15)  Ферадж-Салман 
ог.,  16)  Гасан  Мамед  ог.,  вышеназванные  беки,  ханы, 
кулаки, терроризуют нашу работу и всеми силами хотят 
связаться  с  дашнаками  и  совершенно  уничтожить 
Советскую власть. 
До  тех  пор  пока  не  будут  арестованы  контр-
революционеры  перечисленные  здесь,  дашнаки  будут 
выкапывать  хлеб  из  мусульманского  района  из  этих 
базаров  и  будет  продержаться  до  нового  урожая,  у 
дашнаков сейчас нет абсолютно хлеба и их надежда это 
мусульманский  хлеб,  т.к.  вообще  мусульмане  живут 
нанизовьях и всегда у них урожай бывает больше чем у 
армян,  необходимо  для  создания  внутренней  вспышки 
поднятия  восстания  в  армянских  частях,  совершенно 
прекратить связь с дашнаками, т.к. большинство мирных 
крестьян армян сейчас хочет мира с одной стороны из за 
хлеба,  с  другой  стороны  хочет  освободится  от  дашнакс- 
кого ига которое насильно мобилизует их и отправляет в 
стороны Эравань. (Ново-баязет). 
Необходимо  также  отметить,  что  в  последнее  время 
случаи  воровства  и  грабежа  в  мусульманском  районе 
стали  ежедневными  явлениями  т.к.  все  административ- 
ные  должности  занимают  мусаватисты  под  маской 
советских работников. 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
81
Многие  милиционеры  и  сельские  ревкомы  с 
наступлением  советской  власти  до  сих  пор  ни  одной 
копейки  не  получают,  начальник  уезд  милиции  Аслан-
бек Султанов, все что получает из Шушы раздает своим 
ближним, которые, его поддерживают. Из вышеизложен- 
ного  необходимо  вывести  следующее:  необходимо  от- 
править в мусульманскую, часть Зангезурского уезда 200 
красноармейцев  и  арестовать  всех  руководителей  по 
указанию  уездкомпартии,  ныне  загнанного  в  подполье. 
(Назар  Гайдаров,  Савалан  Ширинов,  Байрамов,  Кери- 
мов), и всеми мерами прекратить связь с Герусом впредь 
до советизации Армянской части Зангезурского уезда. 
10.04.1921 г. 
 
Bu arxiv sənədinin tərcüməsi aşağıdakı kimidir: 
Savalan Şirinovdan 
24 mart 1921-ci ildə Gorusdan, Daşnak hökuməti 
tərəfindən  Eyvazlı kəndinə   aşağıdakı tərkibdə nümayəndə- 
lər gəlmişlər: 1) Nikalay Osipov, 2) milis rəisi Lazr və beş 
nəfərlik milis işçiləri təklif kimi bildirdilər ki, daşnak 
hökumətinin Zəngəzur qəzasındakı müsəlman  əhaliyə qarşı 
heç bir etirazı yoxdur. Onların mübarizəsi  yalnız bolşevik- 
lərə  qarşıdır və elə bu baxımdan da ticarət etmək üçün birgə 
bazarların yaradılmasını təklif edirlər. Daşnak hökuməti təklif 
etdi ki, müsəlman rayonunda yaşayan bütün erməni kommu- 
nistləri təcili olaraq həbs edilərək  onlara təhvil verilsin. 
Bu təklifə cavab olaraq biz, müsəlman partiyaçılar Nəzər 
Heydərov, Savalan Şirinov, Oruc Babayev, Qara İlyasov 
bildirdik ki, heç vəclə onlarla danışıqlara girmək istəmirik,  
daşnaklar Sovet Hökumətini qəbul etmədikləri  üçün birgə 
bazarların açılmasına razı deyilik və Bakıdan razılıq  əldə 
edilməzsə onların Zəngəzurun Erməni tərəfinə keçmələrinə 

Фаиг Абдуллайев____________________________________  
 
82
imkan verilməyəcək. Lakin onların təkliflərinə  aşağıdakı 
bəylər və xanlar can-başla razılıq verdilər:  1) Aslan bəy 
Sultanov; 2) Xudabaxış bəy Sultanov; 3) İsrafil bəy Sultanov; 
4) Behbud bəy Sultanov; 5) Sultan bəy Sultanov; 6) Şahsuvar 
bəy Kələntərov;  7) Dadaş  bəy;  8) Hüsəli-Qulu bəy Bababə-
yovlar,  9)Cəbrayıl bəy Abdullabəyov;  10)Məmmədəli bəy 
Əlibəyov, mülkədarlar;  11) Abbas Səmədov;  12)  İsmayıl 
Paşa oğlu;  13) Hacı Salman oğlu;  15)  Fərəc Salman oğlu;  
16)  Həsən Məmməd oğlu. Adları  çəkilən bəylər, xanlar, 
mülkədarlar bizim işlərimizə mane olur, bütün gücləri ilə 
daşnaklarla birləşməyə çalışır,  tamamilə Sovet Hökumətini 
məhv etməyə səy göstərirlər. 
Adları  çəkilən  əksinqilabçılar həbs olunmayanadək daş- 
naklar müsəlman rayonlarından çörək tapacaq, məhsul 
yığımına qədər özlərini aclıqdan çıxara biləcəklər. Hal-
hazırda daşnaklar çörək sarıdan qıtlıq içindədirlər və bütün 
ümidləri müsəlman çörəyinədir. Qeyd etmək istəyirdim ki, 
müsəlman əhalisi hər zaman münbit ərazilərdə yaşayıblar və 
ermənilərlə müqayisədə torpaqdan  bol məhsul götürə bilirlər. 
Erməni tərəfində daxili qiyamların başlanmasının qarşısını 
almaq üçün daşnaklarla bütün əlaqələri kəsmək qaçılmazdır. 
Demək lazımdır ki, erməni  əsilli dinc əhali  bir tərəfdən bir 
qarın çörək, digər tərəfdən də daşnaklardan qurtulmaq üçün 
sülh və sakitlik arzulayırlar. Onları zor gücünə toplayaraq 
İrəvana (Yeni-bəyazidə) göndərirlər . 
Onu da qeyd etmək yerinə düşər ki, müsəlman ərazilərdə 
oğurluq və soyğunçuluq hallarının baş verməsi adi hal almış- 
dır. Demək olar ki, bütün rəhbər vəzifələri tutan adamların 
hamısı sovet işçisi maskası altında fəaliyyət göstərən keçmiş 
müsavatçılardır. 
Bir sıra milis işçilər və  kənd inqilab komitəsinin işçiləri 
bir qəpik  əməkhaqqı belə hökumət tərəfindən ala bilmirlər. 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
83
Qəza milis idarəsinin rəisi Aslan bəy Sultanov  Şuşadan aldı- 
ğı  pulların hamısını onu dəstəkləyən  yaxınlarına paylayır. 
Qeyd olunanlardan aşağıdakı  nəticəni çıxarmaq lazımdır: 
təcili olaraq Zəngəzur qəzasının  müsəlman hissəsinə 200 nə- 
fərdən ibarət qızıl ordu əsgərlərini göndərmək və  gizli fəaliy- 
yətə  sıxışdırılmış  qəza partiya komitəsinin rəyi  əsasında 
bütün rəhbər vəzifəsi tutanları həbs etmək lazımdır.  
Nəzər Heydərov, Savalan Şirinov, Mirzə Muxtar Bayra- 
mov və Kərimov...  
Gorusla olan bütün əlaqələri Zəngəzurun Erməni hissə- 
sində sovetləşmə bərqərar olanadək kəsmək lazımdır. 
10.04.1921 
 
**** 
Bu sənədin arxasınca adları çəkilən məruzəçi  Savalan Şi- 
rinov  və onun əqidə qardaşları Nəzər Heydərov, Mirzə Mux- 
tar Bayramov, Kərimov və qeyri kommunistlərin hansı  əxla- 
qın sahibləri olduğunu sübut etmək üçün  sizə 1982-ci il 21 
yanvar №9 (5806) “Sovet Kəndi” qəzetində Teymur Miralı- 
yevin Savalan Şirinovdan götürdüyü müsahibəsindən bəzi 
məqamları    təqdim etməyi lazım bilirik. Bu o vaxta təsadüf 
edir ki, Aslan bəy Sultanovun xaincəsinə  qətlə yetirildiyi 
vaxtdan hələ ki 53 il ötüb, o tarixin canlı şahidləri olan insan- 
ların çoxu sağdır, ictimai rəy reallıqları daha çox və 
dolğunluğu ilə  qəbul edir. Arxivlər hələ ki, xalqın üzünə 
bağlıdır. Bütün ömrünü əqidəsizliyə  və  Zəngəzurun  əldən 
verilməsi kimi tarixi xəynətlərə imza atmağa sərf edən 
adamlar hələ ki, at oynadır. Amma ən böyük hakimin zaman 
olduğunu unudanlar həyatlarının ən böyük səhvini edirlər. 
Müsahibəyə nəzər salaq, amma yuxarıdakı məruzəni yad- 
dan çıxarmamaq şərti ilə... 

Фаиг Абдуллайев____________________________________  
 
84
Savalan Şirinov müsahibəsində qeyd erdir ki, elə 1921-ci 
ilin aprel ayında (məruzəni də 1921-ci iln 10 aprelinə edib)  
daşnak generalı Nijde (müəl: eyni zamanda daşnak hökuməti- 
nin başçısı) Qubadlı Rayonunu Gorusla birləşdirmək üçün 
Eyvazlı kəndində konfrans təşkil etdi.  Buraya Qubadlı rayo- 
nun varlıları öz nümayəndələrini göndərmişdilər. Dəstəmizə 
konfransın işini pozmaq tapşırılmışdı. Kəndliləri səfərbərliyə 
almaqla konfransın işini pozduq. May ayında daşnaklar bizim 
dəstəyə qarşı 200 nəfərlik silahlı quldur göndərdilər Tarovlu 
və Zeyvə  kəndləri  ətrafında vuruşmalar oldu. Rayon milis 
idarəsinin rəisi Aslan Sultanov da bizim köməyimizə gəlmiş- 
di Daşnaklar geri çəkildilər. Qızıl Ordu hissələri də köməyi- 
mizə  gəldilər. 1921-ci ilin iyunun 5-də  Zəngəzur mahalı 
daşnaklardan birdəfəlik təmizləndi və orada sovet hakimiy- 
yəti quruldu. 
Qeyd: Bu yerdə arxivdən  əldə etdiyimiz məruzə ilə 
Savalan  Şirinovun müsahibəsini analiz etmək yerinə düşər. 
Məruzənin müəllifi Savalan Şirinov qeyd edir ki, Aslan bəy 
Sultanov və yerli bəylər, xanlar, mülkədarlar erməni daşnak- 
larının səsinə  səs vermiş, var gücləri ilə onlarla birləşmək 
arzusunda idilər və  sovet hökumətini məhv etmək istəyirdi- 
lər. Müsahibədə isə Savalan Şirinov qeyd edir ki, daşnak 
generalı Nijdenin 200 nəfərlik quldur dəstəi ilə mübarizəyə 
qəza milis idarəsinin rəisi Aslan bəy Sultanov da öz qüvvələri 
ilə köməyə gəlmişdir. Buradan maraqlı bir sual çıxır ortalığa: 
partiya təşkilatının özlərinin təbiri ilə desək,  gizlinə 
sıxışdırıl-mış üzvlərinin hansı  hərbi gücü ola bilərdi ki, 
təpədən dırnağa qədər silahlanmış  və öz dövrünün müasir 
silahlarına yiyələnmiş Nijde hökumətinə qarşı  çıxa  bilsin? 
Əlbətdə ki, o dövrdə ölkənin milis idarəsi Xalq daxili İşlər 
Komissarlığı adı altında fəaliyyət göstərirdi və xalq arasında 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
85
NKVD adı ilə tanınırdı. Aslan bəy Sultanov da Qəza milis 
idarəsinin rəisi olmaqla XDİK-nın qəzadakı ən yüksək rütbəli 
nümayəndəsi-rəisi idi. Sənədlərdən məlumdur ki, o vaxtlar 
XDİK-nın tabeçiliyinə atlı milis dəstələri və başqa hərbi 
birləşmələr daxil idi. Aslan bəyin özünün də tabeçiliyndə atlı 
dəstələr və  hərbiləşdirilmiş miilis nəfərləri var idi. Bundan 
başqa onun özünün yaratdığı könüllü hərbi dəstələr də var idi 
ki, birbaşa onun komandirliyi altında fəaliyyət göstərirdi. Bu 
dəstələrin üzvləri arasında adları dillər əzbəri olan, illər boyu 
daşnaklara qan udduran Lətiflə Kərim kimi qəhrəman oğullar 
da var idi. Arxiv sənədi olan məruzə ilə  adı çəkilən qəzetdə 
verilən müsahibini tutuşdurduqda tarixi həqiqətlərin necə 
xaincəsinə təhrif olunduğu diqqətdən yayınmır. Və bu yerdə 
istər istəməz adamın ağlından belə bir sual keçir: görəsən 
bütün bunları bu şəkildə qələmə verməkdə məqsəd nə imiş?  
Arxiv sənədlərindən bizə məlumdur ki, 1920-ci ilin dekabr 
ayında Zəngəzurun Ermənistana verilməsini zəruri hesab 
edən və  həmin sənədə imza atan xainlər tam əminliklə 
bilirdilər ki, Aslan bəy Sultanov onların  nəinki Azərbaycan 
xalqına və onun gələcəyinə qarşı etdikləri tarixi xəyanətdən 
gec-tez  xəbər tutacaq və o zaman  bu xəyanətin cəzası ağır 
olacaq. Bu qorxu və xof altında yaşamaq asan deyildi. Onlar 
qarşına bir məqsəd olaraq qoymuşdular ki, nə olursa olsun 
hökumətdə bir yer ala bilsinlər və  gələcəklərini təmin 
etsinlər. Tarixi sənədlər  göstərir ki, həmin dövrdə onların 
əlində heç bir imkan və səlahiyyət olmayıb. Əllərindən gələn 
bircə şey olub ki, təmiz və qəhrəman insanları nə yolla olursa 
olsun ləkələyərək aradan götürmək, yəni Zəngəzurun veril- 
məsinə qarşı  çıxan hər kəsi – o vaxtkı  qəza rəhbərlərini- 
aradan götürmək.  Bu yerdə qeyd etmək istəyiərm ki, o vaxt 
Qəza inqilab komitəsinə  də Aslan bəy Sultanovun doğma 

Фаиг Абдуллайев____________________________________  
 
86
əmisi oğlu, gözəl ziyalı, müəllimlik  təhsilini Qori seminari- 
yasında almış,  əqidəsinə    və millətinə sadiq Xudabaxış  bəy 
Sultanov rəhbərlik edirdi. Qubadlı  qəzasında ilk rus-tatar 
məktəbinin yaradıcısı, Qori seminariyasını Üzeyir Hacıbə- 
yovla   birlikdə bitirən və yaxın dostluq əlaqələri olan Həsən 
bəy Sultanov da Xudabaxış bəyin dosdoğmaca qardaşıdır. 
1921-ci ilin sonunadək Qubadlı  qəzasında fəaliyyət 
göstərən Qəza  İnqilab Komitəsi - yəni yerli hökumət Aslan 
bəy Sultanovun Qarabağın və  Zəngəzurun fövqəladə kom- 
missarı olduğu dövrdə  ən çox etibar etdiyi əqidə qardaş- 
larından ibarət yaratdığı yerli  hakimiyyət idi. Bu faktı Milli 
Dövlət Arxivində  fonд 27, siyahı 1, iş 17, səhifə 57 qrifi 
altında qorunan arxiv sənədi  də təsdiq edir.   
Savalan  Şirinovun yuxarıda adı  çəkilən müsahibəsindən 
bəzi məqamları diqqətinizə çatdırmaq  istəyirəm:  
“Mayın 25 Gəncəyə daxil olduq. İyunun 5-nə kimi davam 
edən vuruşmalardan sonra şəhəri müsavatçılardan  azad etdik.  
Müsavatın rəhbərləri baş götürüb qaçdılar. Onların bəzilərini 
gizləndikləri yerdə tutduq. Bəziləri arvad paltarı geyinib qa- 
dınların arasında gizlənmişdilər. Onları  zərərsizləşdir-dikdən 
sonra Zəngəzur mahalına-daşnaklarla mübarizəyə göndəril- 
dik. Gorusda Semyonovun komandanlıq etdiyi 28-ci diviziya- 
nın əsgərləri ilə birləşdik...” 
Bu faktları ürək coşqunluğu ilə dilə  gətirməkdən 
çəkinməyən Savalan Şirinov yəqin xidmətində olduğu Sovet 
hakimiyyətinin sarsılmaz olduğunu düşünürdü. Tarixi 
gerçəkliyin və quruluşun dəyişməsi ilə tarixdə gizli olan bir 
çox məqamların üstünə çəkilmiş qaranlıq pərdələr də çəkilib 
getdi. Tarix bir daha sübut etdi ki, öz müstəqilliyinə, 
azadlığına xəyanət edən insanların son aqibəti elin qınağıdır. 
Bundan ağır isə cəza ola bilməz. 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
87
 
**** 
Aradan dörd ay keçir və 1921-ci il avqust ayının 8-də 
Savalan Şirinov mərkəzə başqa bir məlumatı ötürür. 
Azərbaycan Respublikası Prezidenti aparatının Siyasi 
sənədlər arxivi. Fond 1, siyahı 2, iş 105. qrifi altında qorunan 
sənədlə tanış olduqda diqqəti çəkən faktlarla qarşılaşırıq. 
Məlumatda qeyd olunur: 
Gorusdakı daşnaklar tərəfindən Sovet  hakimiyyətinin ək- 
sinə güclü təbliğat aparılır. Bütün erməni kommunistlərin 
həbs edilərək onlara təhvil verilməsi təklifi ilə çıxış edən nü- 
mayəndə heyəti gəlmişdir. Onlar müsəlman rayonlarında bol- 
şeviklərə qarşı birlikdə mübarizə aparmaq və yerli bazarların 
təşkil olunması ilə bağlı təkliflərlə çıxış etmişlər. 
Bəylər və mülkədarlar daşnakların  təkliflərinə  səs verdi- 
lər və onlarla birləşərək sovet hakimiyyətinə qarşı birgə 
mübarizə aparmağa razılıq verdilər. Qatı əksinqilabçıların ad- 
ları məlumdur. Milis işçiləri və digər məsul işçilər müsavatçı- 
lardır, sovet işçiləri maskası altında gizləniblər. Qəza Kom- 
munist Partiyasının bütün üzvlərinin qərarı  və  tələbi ilə 200 
nəfərdən ibarət qızıl ordu əsgəri göndərilsin və bütün əks- 
inqilabçı rəhbər işçilər həbs edilsin.  
Əsas: Zəngəzurun Qubadlı qzəasından gəlmiş Savalan 
Şirinovun məlumatı. 
Əlavə: Savalan Şirinovun təqdim etdiyi siyahıya  əsasən 
əksinqilabçıların adları. Sənədin arxa tərəfinə baxılsın. 
Qatı əksinqilabçıların siyahısı 
(Zəngəzurun Qubadlı qəzasından gəlmiş Savalan Şirinov-
un məlumatı.) 

Фаиг Абдуллайев____________________________________  
 
88
Aslan bəy Sultanov 
Xudabaxış bəy Sultanov 
İsrafil bəy Sultanov 
Behbud bəy Sultanov 
Sultan bəy Sultanov 
Şahsuvar bəy Kələntərov–Nəzər Heydərov yazır: “Bəhlul 
Əfənli ilə  Şahsuvar bəy Kələntərovdan xahiş etdik Nijdenin 
Aqarakdakı planını pozsun” 
Dadaş bəy 
Hüseynqulu bəy Bababəyov 
Cəbrayıl bəy Abdullabəyov 
Məməddəli bəy Əlibəyov 
Abbas Səmədov 
İsmayıl Paşa oğlu 
Hüseyn 
Hacı Salman oğlu 
Fərəc Səməd oğlu 
Həsən Məhəmməd oğlu 
Əsli ilə düzdür. 
MK –nin Təşkilat şöbəsini təlimatçısı  
 
**** 
Maraq doğuran odur ki, Savalan Şirinov hər dəfəsində 
imkan düşdükcə nədənsə əsas olaraq Sultanovları və onların 
yaxın adamlarını hədəf götürərək nə yolla olursa olsun onları 
ləkələməklə aradan götürməyə səy göstərir.  
Faktlar insanın qanını dondurur. Bu həmin dövrdür ki, 
Aslan bəy Sultanov canı  və qanı bahasına Zəngəzurun daş- 
naklardan xilas olması uğrunda gecə-gündüz bilmədən ölüm-
dirim mücadiləsi aparır, bu yolda xalqının xilasından başqa 
heç bir məqsəd güdmür, XI qızıl orduya kömək edir ki, 
Zəngəzurdakı  daşnak hakimiyyətini devirsin. Lakin nədənsə 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
89
onun yerliləri,  əmisi oğlu Çingiz İldırımın birbaşa himayə 
etdiyi, Zəngəzurun ermənilərə verilməsinin zəruriliyini  
primitiv faktlarla əsas götürən (məktəbin, kağızın olmaması)  
Savalan  Şirinovlar və  Nəzər Heydərovlar Aslan bəyin 
varlığından niyə narahat olurdular ki? Əgər onların məqsədi 
və partiya vəzifəsi Azrəbaycanda sovet quruculuğunu təmin 
etmək idisə, Aslan bəy demokratik hökumətin, bu quruluşun 
fəhlə-kəndli quruluşu olmasına inanaraq  bunu partiya 
vəzifəsi olmadan, heç kəsdən əmr və tapşırıq almadan edirdi. 
Bu Aslan bəy üçün bir vətəndaş borcu idi.  
Əgər adı  çəkilən Savalan Şirinov həmin ilin aprel ayında 
Bakıda AKPMK-də etdiyi məruzədə bu insanları əksinqilabçı 
adlandırırdısa, artıq 4 ay sonra, həmin ilin avqust ayının 8-də 
ötürdüyü məlumatda onları daha kəskin, qatı  əksinqilabçılar 
kimi qələmə verirdi. 
Əslinə qalsa Sultanovlar və onların yaxınları Qarabağda 
və  Zəngəzurda Azərbaycançılığı qoruyub saxlamağa çalışan 
ən real güc idi. Daşnak qüvvələri ilə barışmaz olan bu güc 
nədən  mərkəzə  məlumat ötürməkdə maraqlı olan Savalan 
Şirinova və onun əqidə qardaşalına- Nəzər Heydərova,  Mirzə 
Muxtar Bayramova və digərlərinə lazım idi? Ona görə lazım 
idi ki, bu insanlar əvvəldən sonadək bir yol seçmişdilər, o 
yolun adı xəyanət idi.  
Ürək ağrıdan məqamsa odur ki, bu xəyanətkarları  mər- 
kəzdən himayə edən və  təlimatlandıran, ruhlandıran  Çingiz 
İldırım Aslan bəy Sultanovun  əmisi oğlu idi. Başda Nəriman 
Nərimanov olmaqla yerli kommunistlər anlayırdılar ki, Aslan 
bəy və onun əqidə qardaşları  nə  qədər qəza hakimiyyətinə 
rəhbərlik edirlərsə, o vaxtadək Zəngəzurun ermənilərə veril- 
məsi reallaşa bilməyəcək. Ona görə də ilk olaraq həmin qüv- 
vələr Aslan bəyi və onun əqidə qardaşlarını aradan götürmək 

Фаиг Абдуллайев____________________________________  
 
90
üçün hər cür çirkin vasitələrə əl atmağa başladılar. Nə yolla 
olursa-olsun Aslan bəyə qara yaxmaq, onu ləkələmək, 
nüfuzdan salmağa çalışsalar belə Aslan bəyi xalqın ona olan 
inamı və etibarı, bir də mən deyərdim ki, Tanrının nəzərləri 
qoruyurdu. Onun güclü hissiyatı, görmə, eşitmə  və duyma 
qabiliyyətinin qeyri-adiliyi, hərbi sərkərdəlik istedadı, xalqla 
təmasa girə bilməyi, güclü kəşfiyyat qura bilməsi, hər yerdə 
özünün  şəxsi agentlərinin olması (bu agentlər arasında hətta 
erməni keşişinin özü belə var idi və  bəlkə  də adama qəribə 
gəlir ki, Aslan bəy keşişi necə ona işləməyə  cəlb edib) bu 
işlərdə ona kömək edirdi.    
  
**** 
Mərkəzdən idarə olunan və böyük ustalıqla  davam edən 
bu məkrli qarayaxma planı yerli kommunistlərin fəallarından 
olan, vaxtilə cinayət törətdiyi üçün müsavat dövründə  həbs 
olunmuş  və kitabında səhifə 75-də özünün də qeyd etdiyi 
kimi, “qəza mahal pristavının (Aslan bəyin) yanına 25 
strajnik məni qoluqandallı  gətirdi” fikirlərinin müəllifi, öz 
qisasçılıq hisslərini heç zaman boğa bilməyən Nəzər Heydə- 
rov Çingiz İldırımdan aldığı  dəstəklə özünün qisasçılıq, 
Çingiz İldırımın isə qısqanclıq hisslərini ortaya qoymaq üçün 
ən çirkin vasitələrə  əl atmışdır. Nəzər Heydərov Aslan bəy 
Sultanovu ləkələmək üçün əlinə düşən  ən kiçik imkandan 
belə yararlanmaq istəyirdi.  
Azərbaycan Respublikası Siyasi Sənədlər arxivində  
fond 1, siyahı 2, iş 96 qrifi ilə saxlanılan sənəd bu fikirləri 
tam təsdiq edir. 
(müəllif: o vaxt Zəngəzurun və Qarabağın mərkəzi  Şuşa 
şəhərində yerləşirdi) 
 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
91
Azərbaycan  Respublikasının  Prezident Aparatının 
Siyasi Sənədlər Arxivi 
FOND:               1 
SİYAHI:             2 
SAX.VAH.         96 
Зангезурская Уезд Компартия   
Начальнику Шушенского 
Полит-бюро 
 
28 Апрелья 21 год . № 117  
с.Кубатлу. 
Товарищи, 
Мы  местные  коммунисты  находимся  в  оторванной 
полосе ни  кем не  имея   по невозможности тесной связи 
пережили  самые крупные давления и в последние  время  
положение  несколько  раз  ухудшается. 23-го  Марта 
представители    от    дашнаков  прибыли    в  сел.  Эйвазлу 
вызвав  к  себе  нескольких  известных  кулаков  требовали 
открытия дороги. 
 Вопрос  этот    был    поставлен  на  обсуждение  комму 
нистического    сезда 24 марта  в  с.  Кубатлу  и  там    было  
решено  прекратить  всякая  сношения  с  дашнаками  и  для 
выяснения их положения было  возложено на компартию. 
Комитет    партии  заблаговременно  осведомил  народ, 
что, 27-го  сего  марта  будут  отвечать  дашнакским 
представителя в Эйвазлу представители  компартии  но к 
сожалению  народа  в  лице  своих  представителей  и 
считаясь    сцастю  и  представителями  комитета  партии 

Фаиг Абдуллайев____________________________________  
 
92
приступили  к  переговоры    с    дашнаками.  Выбрали 3-х 
представителей  отправили  в  Герусы,  не  дали  возмож- 
ности  представителям  компартии  добиться  от  дашнаков 
каких-либо важных сведений. 
Поэтому  в  подробности  об  их  воззвании  в 
мусульманскую  часть доложено Шушинскому  Комитету 
компартии. Дорога, уже открывается и будет сношение  с 
дашнаками,  так  как  в  распоряжении  местной  власти  нет 
силы прекратить милиция  в полном дезорганизационном 
виде, и во главе милиции как уездной, так и с некоторых 
участков  стоят  те  элементы , которые  преследуютсвою  
цель  и  когда  конечно  во  главе  уездревкома  в  лице 
предсидателья  Султанова стоит беспартийный. 
И  благодаря  которому  все  почти  важнешие      поста 
стоят  из  его  фамилии  и  из  близких  его  родственников, 
все  упормнуть  не  возможно,  в  результате  получается 
такая  распущенность.  Меры  Комитета  партии  против 
этого  хотя  были  приняты,  то  не  удалос  в  Распоряжении  
Комитета  партии  нет  ни  какой  силы  бороться  с 
внутренними  контурами  другой  опоры  не  неимеется  в 
уезде.  Принимая во внимание что положение с каждым 
днем  ухудшается  и  предстоит  гибель  для  коммунистов, 
просим принять меры о дальнейшей нашей судбе. 
ПРИМЕЧАНИЕ:  всех  контуров  перечислить  не  воз- 
можно, когда будет сила тогда уже  они будит известны. 
Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin