Fakültə : Rtr qrup: 312a5 fb com/cinusoid



Yüklə 0,58 Mb.
səhifə8/14
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#47642
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
referat 4930

Şəkil. 2.5. Şəkil 2.6.

Maksvelin sürətlərə görə paylanma qanunu ideal qaz molekullarının xaotik hərəkətləri üçün doğru olub, istilik tarazlığı halı üçün doğrudur. Bu paylanma qanunu o zaman doğru hesab edilir ki, qaza xarici sahə təsir etməsin. Molekulların sürətlərə görə paylanma qanunu müxtəlif təcrübi üsullarla, o cümlədən Ştern tərəfindən 1920-ci ildə aparılmış təcrübədə müəyyən edilmişdir.

Sərbəst iş №6

ideal və real qazların daxili enerjiləri.coul-tomson effekti

Cismin daxili enerjisi onu təşkil edən hissəciklərin hərəkət və qarşılıqlı təsir enerjisidir. Real qazlarda daxili enerji həm temperaturdan, həm də həcmdən asılı olduğu halda verilmiş kütləli ideal qazın daxili enerjisi yalnız temperaturdan asılıdır. Biratomlu ideal qazın daxili enerjisi



(2.6.1)

kimi təyin olunur. Real qazlarda isə daxili enerji



(2.6.2)

ilə ifadə edilir. Burada m –qazın kütləsi, M- qazın molyar kütləsi, a – qazın növündən asılı olan sabit, V – qazın həcmidir.

İstilikvermə prosesi zamanı cismə verilən və ya ondan alınan daxili enerjinin miqdarına istilik miqdarı deyilir. Cismin daxili enerjisini iş görməklə və istilik mübadiləsi ilə dəyişmək olar.

İndi sistemin daxili enerjisi, sistemə verilən istilik miqdarı və iş arasındakı əlaqəni özündə əks etdirən qanunu müəyyən edək. Bu qanun istilik proseslərində enerjinin saxlanması qanununu daha geniş mənada ifadə edir. Enerjinin saxlanması qanununa uyğun olaraq, sistem bu haldan başqa hala keçərkən onun daxili enerjisinin dəyişməsi (∆U), onun aldığı istilik miqdarı (∆Q) ilə, sistemin xarici qüvvələrə qarşı gördüyü işin fərqinə bərabərdir.



(2.6.3)

Əgər xarici qüvvələr sistem üzərində iş görürsə olduğundan (2.6.3.) ifadəsini



(2.6.4.)

şəklində yazmaq olar. (2.6.3) və ya (2.6.4) ifadələri termodinamikanın I qanununun riyazi ifadələri adlanır.

Sistemə verilən istilik miqdarı sonsuz kiçikdirsə (dQ) və sistemin daxili enerjisinin dəyişməsi də sonsuz kiçik olarsa, onda sistemi gördüyü iş dA-da sonsuz kiçik olar. Onda (2.6.3) ifadəsi

(2.6.5)

şəklində yazıla bilər.

Məlumdur ki, sistemin daxili enerjisi onun halının birqiymətli funksiyasıdır və sistemdə gedən müəyyən prosesdən sonra başlanğıc vəziyyətə qayıtdıqda onun daxili enerjinin dəyişməsi (dU) sıfra bərabərdir və bu səbəbdən daxili enerjinin dəyişməsi tam differensialdır. Qapalı istilik proseslərində görülən iş isə bütün hallarda sıfra bərabər deyil. Bu mənada görülən iş, tam differensial deyildir və bu kimi işarə edilir . Onda (2.6.3)-dən alınır ki, istilik mübadiləsində alınan və ya verilən istilik miqdarı da tam differensial deyildir. Onda termodinamikanın I qanununu daha dəqiq

(2.6.6.)

kimi yazıla bilər.

Termodinamikanın birinci qanunundan aşağıdakı nəticə alınır: elə bir periodik işləyən mühərrik yaratmaq mümkün deyil ki, o xaricdən istilik miqdarı almadan iş görə bilsin. Əgər bu mümkün olsa idi, birinci növ daimi mühərrik yaratmaq mümkün olardı.

Termodinamikanın birinci qanununu müxtəlif izoproses­lərə tətbiq edək.



  1. izoxorik prosesdə V=const olduğundan olur və (2.6.5)-dən alınır. Bu halda sistemdəki istilik miqdarının dəyişməsi yalnız onun daxili enerjisini dəyişir.

  2. izotermik prosesdə T = const və daxili enerjinin dəyişməsi olduğundan olur, yəni bu halda sistemdə istilik miqdarının dəyişməsi, yalnız işin görülməsinə səbəb olur.

  3. izobarik prosesdə P = const olduğundan , yəni, sistemin daxili enerjisinin dəyişməsi həm istilik miqdarı, həm də onun xarici qüvvələr üzərində qazın gördüyü iş hesabına olur.

Sərbəst iş №7


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin