Şəkil 4.31. a) halında xarici sahənin intensivliyi böyükdür, b) xarici sahənin qiyməti a)-ya nəzərən kiçikdir, c) və d) hallarında kristalda sərbəst qütblər yoxdur.
4.31-ci şəkildə ferromaqnit maddənin ideallaşdırılmış şəkildə domen strukturu göstərilib. Oxlar maqnitlənmə vektoru -in istiqamətlərini göstərir.
Domen nəzəriyyəsi ferromaqnitdə qalıq maqnitlənmənin olmasını izah edir. Ferromaqnit maddə maqnit sahəsinə daxil edilərkən onun domenləri sahə istiqamətində yönəlir. Domen sərhədləri arasında sürtünmə qüvvəsi olduğundan, xarici maqnit sahəsinin intensivliyini azaldarkən onlar əvvəlki vəziyyətini tamamilə ala bilmirlər və nəticədə qalıq maqnitlənmə alınır. Ferromaqnetizmin düzgün izahı kvant mexanikasında verilir.
Müəyyən edilmişdir ki, bəsit maddələrdə ferromaqnetizmin yaranması üçün ödənilməlidir. Burada d- qəfəs sabiti, R-spini kompensə olunmamış elektron orbitinin radiusudur.
Hər bir ferromaqnit maddə üçün elə bir temperatur vardır ki, bu temperaturdan yuxarı temperaturda ferromaqnit paramaqnitə çevrilir. Bu temperatura Küri temperaturu deyilir. Ferromaqnit maddənin maqnit qavrayıcılığı Küri-Veyss qanunu ilə müəyyən olunar (şəkil 4.32).
(4.17.3)
Burada Tk – Küri temperaturudur. c – maddənin növündən asılı olan sabitdir.
Dostları ilə paylaş: |