ferromaqnetiklər və onlarin xarakteristik xassələri
Elə maddələr vardır ki, bunlar hətta xarici sahə olmadıqda da maqnitlənmiş halda olurlar. Özünün ən görkəmli nümayəndəsi olan dəmirin adı ilə bağlı olan bu maddələr ferromaqnetiklər adlanır. Belə maddələrə Co, Ni, Gd, onların xəlitə və birləşmələri aiddir. Bu maqnetiklərin maqnitlənməsi dia- və paramaqnetiklərin maqnitlənməsindən 10 10 dəfə böyükdür. Zəif maqnetiklərdə maqnitlənmə vektorunun qiyməti xarici maqnit sahəsinin intensivliyindən xətti asılıdır. Ferromaqnetiklərdə bu asılılıq mürəkkəbdir (şəkil 4.27). Bu asılılıq əsas maqnitlənmə əyrisi adlanır. Qrafikdən görünür ki, olduqda maqnitlənmə doyma halına çatır. Əsas maqnitlənmə əyrisi asılılığnda 0 – 1 əyrisi ilə təsvir olunmuşdur (şəkil 4.28). Yada salaq ki, kimi təyin olunur. Ona görə də doyma halında induksiya vektoru intensivliyinin artması ilə xətti artır. Çünki doyma oblastında olur.
Dostları ilə paylaş: |