Fakültə- tarix İxtisas- regionşünaslıq (Qafqaz üzrə)



Yüklə 7,38 Kb.
tarix29.11.2023
ölçüsü7,38 Kb.
#169765
TƏQDİMAT 2

Fakültə- Tarix

İxtisas- Regionşünaslıq (Qafqaz üzrə)

Qrup- RQ098

Müəllim- İlqar Məmmədov

Fənn- Siyasi coğrafiya

Tələbə- Əlizadə Namiq

Mövzu-Beynəlxalq təşkilatlar—NATO,BMT,ATƏT,Avropa birliyi

  • Beynəlxalq təşkilat dedikdə, müəyyən məqsədləri həyata keçirmək üçün beynəl­xalq müqavilə əsasında yaradılmış, daimi fəaliyyət göstərən, müvafiq orqanlar sisteminə malik olan, üzv dövlətlərin hüquq və öhdəliklərindən fərqli hüquq və vəzifələrə malik olan dövlətlər birliyi başa düşülür. XIX əsrin ikinci yarısından yaranmağa başlayan beynəlxalq təşkilatların sayı hazırda qeyri-hökumət təşkilatları da daxil olmaqla dörd mindən artıqdır. Beynəlxalq təşkilatlar içərisində BMT, Avropa İttifaqı, Avropa Şurası və ATƏT özünəməxsus yer tutur.
  • BMT (Birləşmiş Millətlər Təşkilatı)- bütündünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılması və dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yaradılmış universal beynəlxalq təşkilatdır.
  • BMT Nizamnaməsi 26 iyun 1945-ci ildə San-Fransiskoda keçirilən konfransda imzalanmış, həmin ilin 24 oktyabrında qüvvəyə minmişdir. 19 fəsil, 111 maddədən ibarət olan bu Nizamnamə hərbi, siyasi, iqtisadi, ekoloji, hümanitar və digər sahələrdə dövlətlərin davranışına dair özünəməxsus məcəllənin işlənib hazırlanmasında müstəsna rola malikdir. Özünü “ədalət və təhlükəsizliyi, iqtisadi inkişaf və sosial bərabərliyi bütün ölkələrdə təmin etməyi qarşısına məqsəd qoyan qlobal bir qurum kimi” təqdim edən BMT-nin hazırda 192 üzvü vardır.
  • Birləşmiş Millətlər termini ilk dəfə Franklin D.Ruzvelt tərəfindən II Dünya müha­ribəsi dövründə işlədilərək 1 yanvar 1942-ci ildə Birləşmiş Millətlər Bəyənna­məsində və Atlantika Xartiyasında rəsmi olaraq istifadə edilmişdir.

BMT 6 əsas orqandan ibarətdir:
Təhlükəsizlik Şurası
Beynəlxalq Məhkəmə və Katiblik.
Qəyyumluq Şurası
İqtisadi və Sosial Şura
Baş Assambleya
  • Avropa İttifaqı - İlk vaxtlar sırf iqtisadi məqsədlərlə yaradıldığına baxmayaraq, Avropa İttifaqı indi siyasi-iqtisadi quruma çevrilmişdir. Avropa İttifaqının təməlini II Dünya müharibəsindən sonra sənaye üçün xüsusilə önəmli iki əsas xammal olan kömür və polad sektorunu gücləndirmək məqsədilə 1951-ci ildə qurulan Avropa Kömür və Polad Cəmiyyəti təşkil edir. Avropa Kömür və Polad Cəmiyyəti 18 aprel 1951-ci ildə Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən qurulmuşdur.
  • Avropa İttifaqının əsası 1951 və 1957-ci illərdə qəbul olunmuş üç müqavilə ilə qoyulmuşdur: Avropa Kömür və Polad Birliyinin yaradılmasına dair 1951-ci il tarixli Paris müqaviləsi, Atom Enerjisi üzrə Avropa Birliyinin yaradılmasına dair 25 mart 1957-ci il tarixli Roma müqaviləsi, Avropa İqtisadi Birliyinin yaradılması haqqında 1957-ci il tarixli Roma müqaviləsi.

Avropa İttifaqının əsas orqanları bunlardır:
Şura
Komissiya
Avropa Parlamenti
Avropa Məhkəməsi.
  • Avropa Şurası - bu beynəlxalq təşkilat Avropa qitəsində ən böyük regional təşkilat sayılır. Əsası 1949-cu ildə on Avropa dövləti tərəfindən qoyulmuş Avropa Şurasının əsas məqsədləri demokratiyanın möhkəmləndirilməsi, insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi, Avropa Şurasına üzv dövlətlərin sosial, mədəni və hüquqi sahələrdəki problemlərinin həllinə birgə səylərlə yardım göstərilməsidir.
  • Avropa şurasının Nizamnaməsi 5 may 1949-ciu ildə Londonda imzalanmış, 3 avqust 1949-cu ildə qüvvəyə minmişdir. 3 fəsil, 12 maddədən ibarət olan bu Nizam­namənin 1-ci maddəsinin “a” bəndinə əsasən Avropa Şurasının məqsədi öz üzvləri arasında onların ümumi mirası olan, iqtisadi və sosial tərəqqiyə imkanlar yaradan ideal və prinsiplərin qorunması və həyata keçirilməsi məqsədi ilə daha sıx birliyə nail olunmasıdır. Nizamnaməyə görə Avropa Şuurasının hər bir üzvü qanunun aliliyini və onun yurisdiksiyası çərçivəsində insan hüquq və azadlıqlarından bütün şəxslərin bəhrələnməsi prinsiplərini qəbul etməli, Şuranın məqsədinin səmimi və səmərəli şəkildə həyata keçirilməsi sahəsində əməkdaşlıq etməlidir.

Avropa Şurasının əsas orqanları bunlardır:


Nazirlər Komitəsi
Parlament Assamb­leyası
Avropa yerli və regional hakimiyyətlər Konqresi
Katiblik
  • ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) - vahid təsis aktı olma­yan, öz fəaliyyətinə 1972-ci ildə dialoq və danışıqlar üçün çoxtərəfli forum kimi başla­yan, özünəməxsus xüsusiyyətlərə malik regional təşkilatdır.
  • ATƏT hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. Mənzil-qərargahı Vyana şəhərində yerləşir.

Ədəbiyyat

  • https://huquqsunas.tr.gg/Beyn%26%23601%3Blxalq-t%26%23601%3B%26%23351%3Bkilatlar-m.ue.st%26%23601%3Bvisind%26%23601%3B-BMT,-Avropa-%26%23304%3Bttifaq%26%23305%3B,-Avropa-%26%23350%3Buras%26%23305%3B-v%26%23601%3B-AT%26%23399%3BT.htm

Diqqətinizə görə təşəkkürlər


Yüklə 7,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin