Fakültə: Beynəlxalq müanasibətlər və regionşünaslıq İxtisas: Beynəlxalq müanasibətlər Kurs: 2 Qrup: 271b fənn: Avropa ittifaqında siyasi inteqrasiya Fənn müəllimi: Hacalıyeva Günel Tələbə: Ramal Məhərrəmov baki-2021



Yüklə 52,69 Kb.
səhifə3/3
tarix07.01.2024
ölçüsü52,69 Kb.
#202954
1   2   3
ai nato

Nəticə
Beləliklə, tərəflər arasında münasibətləri pozan və qarşıdurma səviyyəsinə çatdıran fundamental problemlər həll olunmasa da, Qərb və Rusiya arasında müəyyən yaxınlaşma cəhdlərinin şahidi oluruq. Xüsusilə, Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Rusiyanın narahat olduğu geosiyasi məsələlər nəzərə alınmalı və keçmiş Sovet ölkələri ilə bağlı siyasətdə provokativ addımlardan çəkinilməlidir. Avropada təhlükəsizliyin Rusiya ilə əməkdaşlıq etmədən mümkün olmadığına inanan Makronun fikrincə, Avropa İttifaqı həm Rusiya ilə münasibətləri həm də “beyin ölümü” keçirdiyini iddia etdiyi NATO-nun və transatlantik əməkdaşlığın üzləşdiyi problemləri yenidən nəzərdən keçirməlidir. Bu yanaşma Fransanın, eyni zamanda, ümumilikdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində daha ehtiyatlı siyasət yeritməsinə və Rusiyanı qıcıqlandıracaq addımlardan çəkinməsinə səbəb olur.
Son illərə qədər özünü daha çox “yumşaq güc” və ya “normativ güc” kimi xarakterizə edən və xarici siyasətdə üzləşdiyi çətinlikləri daha çox normativ və iqtisadi rıçaqlarını işə salaraq həll etməyə çalışan Avropa İttifaqı (Aİ) üçün hazırda öhdəsindən gəlməli olduğu çağırış və təhdidlərin bir çoxu onun hazırlaşmadığı qəbildən imtahan suallarıdır. Donald Trampın Prezident seçilməsinə qədər təhlükəsizlik sahəsində böyük ölçüdə transatlantik əməkdaşlığa arxayın olan və özünün hərbi sənayesinə və ordu quruculuğuna etinasız yanaşan Aİ üçün ABŞ ilə yaşanan ziddiyyətlər narahatlıq doğurur. Baxmayaraq ki, son illərdə hərbi quruculuq sahəsində bir çox önəmli addımlar atılıb, lakin qısa zamanda Aİ-nin, özlərinin dediyi kimi, suverenliyə nail olması və ABŞ-dan asılılığı aradan qaldırması real görünmür.
Buna baxmayaraq ki, Avropa İttifaqı hələ ki, Çin ilə münasibətlərdə ABŞ-ın tələblərinə boyun əyməyərək İttifaqın maraqlarına uyğun addım atmağa müvəffəq olub. Doğrudur, bu təhlildə müzakirə edilməyən, amma ABŞ-Aİ-Çin üçbucağında son aylarda xüsusi aktuallıq qazanmış 5G texnologiyasının inşasında İttifaq ABŞ-ın tövsiyə və tələblərini nəzərə alıb, amma hətta bu məsələdə də Vaşinqtonun təzyiqinə qarşı müqavimət göstəriblər. Çinin Avropa iqtisadiyyatı üçün önəmi və İttifaqın ən böyük iqtisadiyyatı olan Almaniya ilə böyük həcmdə ticarət əlaqələri, Avropanı Pekinlə münasibətlərdə ehtiyatlı davranmağa vadar edir. Çinin iqtisadi ekspansiya üsullarını və idarəçilik modelini özü üçün “sistemik rəqib” hesab etsə də, pandemiyanın şiddətləndirdiyi iqtisadi böhran şərtlərində Avropa üçün Çinlə münasibətlər əhəmiyyət kəsb edir.
Avropa İttifaqı Rusiya ilə əlaqələrdə də Vaşinqtonun yürütdüyü siyasi xətti tam dəstəkləmir və daha prinsipial davranmağın lazım olduğunu bildirir. Buna görədir ki, Prezident Trampdan fərqli olaraq Rusiyanı böyük yeddilərin sammitinə (G7) qaytarmaq üçün ilk növbədə Moskvanın Ukrayna məsələsində güzəştə getməsinin və problemin həlli yönündə irəliləyiş əldə olunmasının vacib olduğunu vurğulayır. Lakin, Avropa İttifaqı eyni zamanda Prezident Makronun geosiyasi vizyonuna uyğun şəkildə Rusiyanı onun üçün həyati olan məsələlərdə qıcıqlandırmamağa və ikitərəfli əlaqələrdəki problemlərin həlli üçün dialoqa təşəbbüslər göstərir. Aİ-nin bu yanaşması ona Rusiyanın özünün təsir dairəsi hesab etdiyi keçmiş Sovet ölkələri regionunda və xüsusilə Şərq Tərəfdaşlığı ölkələri ərazisində qətiyyətli beynəlxalq aktor kimi çıxış etməsinə mane olur.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

  1. Vasif Hüseynov, BMTM-in baş məsləhətçisi: “AVROPA İTTİFAQININ XARİCİ SİYASƏTDƏ ÜZLƏŞDİYİ ÇAĞIRIŞLAR VƏ TƏHDİDLƏR” Bakı-2020 s.10

  2. Sinem A.A. , Cihan D.: “NATO-AB İlişkilerinde İşbirliği ve Çatışma Dinamikleri” Uluslararası İlişkiler Dergisi, Cilt 10, Sayı 40 (Kış 2014), s. 131-163.

  3. https://az.m.wikipedia.org/wiki/NATO

  4. https://az.m.wikipedia.org/wiki/Avropa_%C4%B0ttifaq%C4%B

Yüklə 52,69 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin