Fakultə: Magistratura və Doktorantura İxtisas


İnnovasiyaların obyektini müəyyənləşdirən problemlər



Yüklə 71,84 Kb.
səhifə4/7
tarix29.12.2021
ölçüsü71,84 Kb.
#48898
1   2   3   4   5   6   7
Müasir pedaqoji texnologiyalar

3. İnnovasiyaların obyektini müəyyənləşdirən problemlər

Cəmiyyət inkişaf etdikcə , hər hansı sahədə olduğu kimi , pedaqoji sahədə də yeni-yeni tələblər irəli sürülür. Bu isə pedaqoji prosesi təkmilləşdirməyi, yeni məzmun, forma və metodları tətbiq etməyi zəruri edir.

Pedaqoji proses pedaqoji sistemdə baş verir .Pedaqoji sistem komponentlərin sabit və möhkəm birliyidir.Əgər bu birlikdə baş verən yeniliklər müəyyən edilmiş həddi keçərsə, onda sistem dağılar, onun yerində başqa xassələri olan yeni sistem əmələ gələr.Hər hansı pedaqoji sistemin sturukturu bir-birilə qarşılıqlı əlaqədə olan elementlərin məcmusundan ibarətdir.Bura daxildir: şagirdlər, təlim və tərbiyənin ümumi və xüsusi məqsədləri ,təlim və tərbiyənin məzmunu ,təlim və tərbiyə ptosesi, müəllimlər, texniki təlim vasitələri ,təlim və tərbiyənin təşkili formaları, təlim,təhsil-tərbiyə prosesinin idarə olunması, təlim və tərbiyə prosesinin texnologiyası, təlim və tərbiyə prosesinin nəticələri.

Pedaqoji sistem texnologiyasız ola bilməəz. Texnologiya olan yerdə keyfiyyət də olur.Keyfiyyət pedaqoji sistemin imkanlarını müəyyən edir və o müəyyən mənada idarəetmədən asılıdır.Təlim və tərbiyə prosesinin məhsuldarlığı pedaqoji sistemin təkmilləşdirilməsi ilə bağlıdır.Pedaqoji sistemin təkmilləşdirilməsi iki yolla həyata keçirilir: a)intensiv yol , b) ekstensiv yol

İntensiv yol (fransız sözü olub “intensif” sözündən götürülmüşdür, mənası “gücləndirmək”, “ məhsuldarlığı artırmaq” deməkdir) pedaqoji sistemin inkişafını daxili ehtiyatlar hesabına həyata keçirməyi nəzərdə tutur.

Ekstensiv yol (latın sözü olub “extensivus” sözündən götürülmüşdür, mənası “genişləndirmək “, “ uzatmaq“ deməkdir) isə pedaqoji sistemin inkişafı üçün əlavə investisiyaların, yeni vasitələrin, avadanlıqların, texnologiyaların, kapital qoyuluşuna və s. cəlb edilməsinə əsaslanır.

Pedaqoji sistemin intensiv və ekstensiv yollarını birləşdirmək ( innovasiyaları inteqrasiya etmək) həmin sistemin istifadə olunmayan ehtiyatlarının diqqətlə tədqiq olunmasını tələb edir.Pedaqoji sistemin səmərəliliyini bu yolla yaxşılaşdırmaq olar.

İnnovasiyaların obyekti aşağıdakı problemlərdir:



  1. Təlim və tərbiyə fəaliyyətinin motivasiyasını öyrənməyə, oxumağa olan marağı) necə yüksəltmək

  2. Öyrənilən materialın həcmini necə artırmaq

  3. Təlimin sürətini necə artırmaq

  4. Vaxt itkisini necə aradan qaldırmaq və s.

Pedaqoji prosesdə yeniliklərin miqyası müxtəlif ola bilər: müəyyən bir metodu , yeni iş texnologiyaları tətbiq etmək , yaxud təhsil- tərbiyə sistemini yeniləşdirmək daxildir.

Respublikamızda hazırda təhsil sahəsində islahatlar aparılır , təhsilin maddi bazasında təhsil və tərbiyə işinin məzmununda , metodikasında, müəllim-şagird münasibətlərində ,idarəetmədə böyük dəyişikliklər baş verir.

Pedaqoji sistemdə innovasiyaların esas istiqamətləri aşağıdakılardan ibarətdir:

1) Pedaqoji prosesin humanistləşdirilməsi

2) Əməkdaşlıq pedaqogikasının tətbiqi

3) Təlim-tərbiyə prosesinin fərdiləşdirilməsi

4) Təhsil və tərbiyə işinin məzmununun genişlənməsi

5) Təlim-tərbiyə sisteminin optimallaşdırılması

6) Təhsilin dunya standartlarına uyğun qurulması və s.


Yüklə 71,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin