– Yuxarı siniflərlə ekskursiya – Sinifdəki norma və qaydaların birgə yaradılması – Məktəb mövzusunda oyunlar – Adaptasiya trenniqləri və s.
Məktəbə yeni daxil olan uşaq mühitə öyrəşməkdə müəyyən vaxta qədər çətinlik çəkəcəkdir. Lakin düzgün yanaşma olduqda tezliklə uşaqdakı həyəcan, narahatlıq aradan qalxacaqdır.Burada həm müəllimin, həm valideynin, həm də məktəb psixoloqunun rolu böyükdür. Bağçaya gedən uşaqlar çox vaxt evdən, valideyndən ayrı qalmağa alışdığı üçün məktəbə gələndə o qədər də çətinlik çəkmir. Lakin 6-7 yaşa kimi yalnız ev şəraitində böyümüş uşağın birdən-birə mühitini dəyişməsi onda həyəcana səbəb olur. Bu da normal haldır.