PLAN
•
İdrak fəlsəfi təhlilin
predmeti kimi
•
Aristotelin idrak haqta fikirləri
•
Elmi idrak: onun forma və metodları
•
Elmi idrak metodu anlayışı və onların bölgüsü
•
Elmi idrakın empirik metodları.
•
Elmi idrakın empirik-nəzəri metodları.
•
Elmi idrakın nəzəri metodları
İdrak fəlsəfi təhlilin predmeti kimi
İnsanın ətraf aləmdə düzgün istiqamət götürməsi gerçəkliyin
şüurda
yenidən hasil edilməsini, cisim və hadisələrin beyində adekvat
inikasını tələb edir. Öz mahiyyəti etibarilə dünyagörüşü
problemi
olan bu problem idrak nəzəriyyəsi və ya qnoseologiya adlanır. İdrak
nəzəriyyəsi fəlsəfə ilə birlikdə meydana gəlmiş və hər bir fəlsəfi
sistemin ayrılmaz tərkib hissəsi olmuşdur. Qədim yunan fəlsəfəsində
idrakı və onun təbiətini təhlil etməyin əsasını demokrit, platon,
aristotel, epikür, skeptiklər və stoiklər qoymuşlar. Yeni dövrdə
avropada idrak nəzəriyyəsi F.Bekon, R.Dekart, C.Lokk, B.Spinoza,
Q.Leybnits, İ.Kant, D.Didro, G.Hegel, L.Feyerbax tərəfindən inkişaf
etdirilmişdir. Müsəlman şərq ölkələrində isə bir sıra mütəfəkkirlər, o
cümlədən Ə.Bəhmənyar, Ə.Sührəvərdi, E. Miyanəci, Ş. Sührəvərdi,
S. Urməvi, N.Tusi, M.F.Axundov və başqaları idrak nəzəriyyəsinin
zənginləşməsinə öz töhfələrini vermişlər.
İdrak nəzəriyyəsi idrakın mənşəyi və mahiyyəti, biliyin strukturu
və inkişaf
qanunları, onun əsası və meyarı, idrakın pillələri və əsas formaları, elmi
tədqiqatın prinsipləri, metod və üsulları haqqında bütöv bir fəlsəfi təlimdir. Bu
təlim 2 hissədən ibarətdir:
İnikas nəzəriyyə
elmi tədqiqatın
metodologiyasından
Dünyanın prinsip etibarilə dərk edilib-edilməməsi məsələsi insan
fikrini əsrlər boyu özünə cəlb edən ən vacib fəlsəfi məsələlərdən
olmuşdur.
Fəlsəfə tarixində bu suala cavab vermək cəhdi üç əsas istiqamətin
yaranması ilə nəticələnmişdir:
fəlsəfi optimizm, skeptisizm və
aqnostisizm. Optimistlər dünyanın prinsipcə dərk edilənliyini
təsdiq edir,
aqnostiklər əksinə, onu inkar edirlər. Skeptiklər isə
prinsip etibarilə dünyanın dərk olunanlığını inkar etməsələr də,
biliklərin səhihliyinə, həqiqiliyinə şübhə ilə yanaşırlar.