Elmi idrak: onun forma və metodları
•
Dünyanın dərk edilməsi prosesi
özünün ən yüksək ifadəsini elmdə
tapır. Elm-insan fəaliyyətinin tarixən
qərarlaşmış, gerçəkliyin dərk
olumnasına və onun praktiki
dəyişdirilməsinə yönəldilmiş
formasıdır. Bütövlükdə elmə üç
baxımdan yanaşmaq olar: elm eyni
zamanda həm bilik sistemi, həm
mənəvi istehsal, həm də bunların
əsasında həyata keçirilən praktiki
fəaliyyətdir. Elmin predmeti nə
tədqiq olunur, metodu isə necə
tədqiq olunur sualına cavab verir.
Gerçəkliyin və ictimai praktikanın keyfiyyət müxtəlifliyi insan
təfəkkürünün çoxplanlı xarakterini və elmi idrakın müxtəlif
sahələrini muəyyən edir. Elm təkcə insan şüurundan kənarda
mövcud olan predmet və hadisələri, hərəkət və qarşılıqlı təsirin
müxtəlif tiplərini və formalarını deyil, həmçinin onların şüurdakı
inikasını, insanı, onun zəngin və təkrarolunmaz mənəvi
dünyasını da ehtiva edir
İnsan idrakının əsas formalarından olan elm bir sıra sosial funksiyalara Malikdir.
Sabit və dəyişilməz qalmayan bu funksiyalar elmin özü kimi tarixən müvafiq
təkamülə uğrayaraq inkişaf etmişlər. Müasir elmin üç sosial funksiyası xüsusi
qeyd edilməlidir:
Elmin mədəni-dünyagörüşü funksiyası
Elmin mədəni-dünyagörüşü funksiyası
göstərir ki, empirik və nəzəri biliklər
sistemi olmaq etibarilə elm bir tərəfdən
mədəniyyətin, digər tərəfdən isə
dünyagörüşünün tərkib hissəsinə
çevrilərək ictimai şüur formaları
içərisində xüsusi status qazanmışdır
Elmin bilavasitə məhsuldar qüvvə
olmasından irəli gələn funksiyası
Hazırda elmin bilavasitə məhsuldar qüvvəyə
çevrilməsilə əlaqədar olaraq qazandığı funksiya
da onun başlıca xüsusiyyətlərindəndir. Elmin bu
funksiyası sosial həyatın və insan fəaliyyətinin
bütün sahələrində aydın nəzərə çarpan müasir
elmi-texniki tərəqqinin miqyas və tempi ilə
bağlıdır. İstehsalın genişlənməsi və
ictimailəşməsilə əlaqədar olaraq istehsal
prosesində elmin rolu artmış, praktiki olaraq hər
şey, hər bir proses elmin predmetinə çevrilmişdir
Elmin sosial qüvvə olmasından irəli
gələn funksiyası
Müasir elmi-texniki tərəqqi
dövründə elm özünün üçüncü
funksiyasını kəsb edərək
böyük sosial qüvvəyə
çevrlimişdir. Bu funksiyası ilə
elm əslində sosial inkişaf
prosesinə qoşulmuşdur
Elmi idrak metodu anlayışı və onların bölgüsü
•
Metod yunan sözü olub ("melodos") hərfi mənası yol, tədqiqat, şərh üsulu mə'nasına uyğun gəlir. Metod məqsədə
çatmaq - gerçəkliyin dərk olunmasına və onun praktiki dəyişdirilməsinə nail olmaq üçün istifadə olunan üsullar ilə
insanların nəzəri və praktiki fəaliyyətini tənzimləyən müəyyən prinsiplərin məcmusudur.
•
. Analiz və sintez, induksiya və deduksiya, eksperiment, abstraktlaşdırma, ideallaşdırma və s. Elmi idrakın ümumi
metodlarıdır. . Analiz və sintez, induksiya və deduksiya, eksperiment, abstraktlaşdırma, ideallaşdırma və s. Elmi
idrakın ümumi metodlarıdır. Elmi idrakm ümumi metodlarının da təsnifatı mühüın əhəmiyyət kəsb edən fəlsəfi
məsələlərdəndir. Biliyin öz aralarında qarşılıqlı əlaqələnən empirik və nəzari səviyyələrinə uyğun olaraq elmi
idrakın ümumi metodlarını üç qrupa ayırmaq olar:
1. Biliyin yalnız empirik səviyyəsində tətbiq olunan empirik tədqiqat metodları: müşahidə, müqayisə, ölçmə,
eksperiment;
2. Biliyin yalnız nəzəri səviyyəsində tətbiq olunan nəzəri tədqiqat metodları: ideallaşdırma, formallaşdırma,
aksiomatik metod, abstraktdan konkretə yüksəlmə metodu
3. Biliyin həm empirik, həm də nəzəri səviyyəsində tətbiq olunan empirik-nəzəri tədqiqat metodları: analiz və
sintez, induksiya və deduksiya, modelləşdirmə, tarixi və məntiqi, abstraktlaşdırma və s.
Elmi idrakın empirik metodları.
Müşahidə elmi tədqiqatın başlanğıc nöqləsi olub, elmi idrakın müxtəlif sahələrində, o
cümlədən təbiətşünaslıqda geniş tətbiq olunur. Müşahidə obyektin məqsədli və müntəzəm
qavranılması prosesidir. İzlədiyi məqsəd və daşıdığı vəzifədən asılı olaraq müşahidələr elmi və
qeyri-elmi olur. Hərbi işdə, cinayətin təhqiqində, gündəlik həyatda istifadə olunan qeyri-elmi
müşahidədən fərqli olaraq elmi müşahidə müəyyən elmi məsələni, problemi həll etmək
məqsədilə aparılır. Elmi müşahidələr əsasında irəli sürülən müəyyən fərziyyələr və ideyalar
son nəticədə qanunların kəşfinə gətirib çıxarır. Məsələn, tixo-bragenin planetlərin hərəkəti
üzərində apardığı elmi müşahidələr, yuxarıda qeyd etdiyimiz kimi, kepler qanunlarının kəşfi
üçün empirik əsas olmuşdur.
Elmi idrakın empirik metodlarından biri də müqayisədir. Müqayisə gerçəkliyin
müəyyən sahəsinə daxil olan cisim və hadisələrin oxşar və fərqli cəhətlərini
müəyyən etməyə imkan verən idraki üsuldur. Müqayisə nəticəsində iki və ya
daha çox obyektin ümumi cəhətləri müəyyən edilir ki, bu da qanunların açılması
yolunda çox mühüm addımdır.
Elmi idrakın məhsuldar metodu olması üçün müqayisə iki əsas tələbə cavab
verməlidir. Əvvəla, o hər cür obyektlər arasında deyil, ancaq obyektiv
ümumiliyə malik olan obyekllər arasında aparılmalıdır. İkincisi, müqayisə
obyektlərin hər cür əlamətləri üzrə deyil, ancaq mühüm və əhəmiyyətli
əlamətləri üzrə aparılmalıdır.
Elmi idrakın müqayisə ilə sıx bağlı olan digər metodu ölçmə adlanır. Bu melod
tarixən onun əsasını təşkil edən müqayisə əməliyyatından irəli gəlsə də, o,
müqayisəyə nisbətən idrakın daha universal və güclü metodudur. Əsası qaliley
və nyuton tərəfindən qoyulmuş müasir eksperimental təbiətşünaslıq məhz ölçmə
metodu sayəsində meydana gəlib inkişaf etmişdir.
Ölçmə etalon və ya ölçü vahidi vasitəsilə hər hansı bir kəmiyyətin (məsələn,
sür'ət, tə'cil, çəki, uzunluq, vaxt və s.) Ədədi qiymətinin təyin edilməsi
əməliyyatıdır. Ölçmə vasitəsilə kəmiyyətin ədədi qiyməti tapılaraq müəyyən
ölçü vahidləri - kiloqram, nyuton, metr, coul, veber və s. İlə ifadə olunur. Ölçmə
eyni keyfiyyəti ifadə edən kəmiyyətlərin ədədi müqayisəsidir. Məsələn, hər
hansı cismin kütləsini ölçərkən əslində biz iki kütləni - cismin və etalonun
kütləsini müqayisə edirik.
Elmi idrakın empirik-nəzəri metodları.
•
İnsanın əqli fəaliyyətinin universal metodlarından biri də abstraktlaşdırmadır. Abstraktlaşdırma
metodunun mahiyyəti cisimlərin qeyri-mühüm xassə, münasibət və əlaqələrindən fikrən sərfnəzər
edilməsindən, bu cisimlərin tədqiqatçını maraqlandıran bir və ya bir neçə mühüm əlamətinin seçilib
götürülməsindən ibarətdir.
•
Elmi idrakın empirik-nəzəri metodları içərisində analiz və sintez xüsusi yer tutur.
•
Analiz öz məzmunu etibarilə hər hansı tamı, yaxud mürəkkəb hadisəni fikrən öz tərkib hissələrinə,
elementlərinə, ayırmaq və onlardan bəzilərini seçib götürmək üçün istifadə olunan üsul və
qanunauyğunluqların məcmusudur. Sintez isə cismin ayrı-ayrı hissə və elementlərini fikrən bir tam
halında birləşdirməyə imkan verən üsul və qanunauyğıraluqların məcmusudur. Sintez prosesində tamı
təşkil edən hissələrin hər birinin yeri və rolu dəqiq müəyyən edilirinsanın əqli fəaliyyətinin universal
metodlarından biri də abstraktlaşdırmadır. Abstraktlaşdırma metodunun mahiyyəti cisimlərin qeyri-
mühüm xassə, münasibət və əlaqələrindən fikrən sərfnəzər edilməsindən, bu cisimlərin tədqiqatçını
maraqlandıran bir və ya bir neçə mühüm əlamətinin seçilib götürülməsindən ibarətdir.
•
Elmi idrakın empirik-nəzəri metodları
içərisində analiz və sintez xüsusi yer tutur.
•
Analiz öz məzmunu etibarilə hər hansı tamı,
yaxud mürəkkəb hadisəni fikrən öz tərkib
hissələrinə, elementlərinə, ayırmaq və
onlardan bəzilərini seçib götürmək üçün
istifadə olunan üsul və qanunauyğunluqların
məcmusudur. Sintez isə cismin ayrı-ayrı
hissə və elementlərini fikrən bir tam halında
birləşdirməyə imkan verən üsul və
qanunauyğıraluqların məcmusudur. Sintez
prosesində tamı təşkil edən hissələrin hər
birinin yeri və rolu dəqiq müəyyən edilir
Elmi idrakın nəzəri metodları
•
Elmi idrakın istifadə etdiyi fikri proseslər içərisində ideallaşdırma xüsusi yer tutur. Nəzəri
tədqiqatın səmərəli üsullarından olan ideallaşdırma abstraktlaşdirma əməiiyyatı ilə üzvi
surətdə bağlıdır. İdeallaşdırma prosesində varlıq "sadələşdirilir", "yoxsullaşdırılır", belə ki,
baxılan halda predmetə xas olan az əhəmiyyətli və ya əhəmiyyətsiz parametrlər, əlamətlər
ixtisar edilib nəzərə alınmır. Bu proses fikri elementlərin, ideallaşdırılmış, nəzəri obyektlərin
yaradılması ilə bağlıdır. Ümumiyyətlə, elmi idrakda gerçəklikdə mövcud olmayan, əməli
həyata keçirilə bilməyən "ideal" obyektlərdən geniş istifadə olunur. "Maddi nöqtə" "ideal qaz",
"sıxılmayan maye", "mütləq bərk cisim", "nöqtəvi yük", "nöqtə", "düz xətt", "müstəvi",
"üçbucaq" və b. Anlayışlar fizika və riyaziyyatda istifadə olunan ideal obyektlərdir.
Gerçəklikdə bu cür obyektlər olmasa da, onların fikrən quraşdırılması mühüm idraki
əhəmiyyət kəsb edir. Bu qəbildən olan obyektlərin quraşdırılması prosesi ideallaşdırma
adlanır.
•
İdeal obyektlərin fikrən quraşdırılması prosesi hökmən şüurun abstraktlaşdırma
fəaliyyətini tələb edir. Mosələn, "mütləq bərk cisim" ideal obyektini yaradarkən
biz real cisimlərin kənar qüvvələrin tə'sirilə deformasiyaetmə qabiliyyətindən
sərfnəzər etmiş oluruq.
•
İdeallaşdırma haqqında yuxarıda deyilənlərdən aydın olur ki, ideal obyektlərin
quraşdırılması prosesində biz hökmən aşağıdakı məqsədlərə nail olmalıyıq:
•
Real obyektləri onlara məxsus bəzi xassələrdən sərfnəzər etməliyik,
•
Bu obyektlərə fikrən qeyri-real, praktiki reallaşa bilməyən hipotetik xassələr
isnad etməliyik.
•
İdrakda ideallaşdırmadan yalnız o hallarda istifadə olunur ki, idrak obyekti
kifayət qədər mürəkkəb olsun. Bu metod əsasında xəyalən yaradılan ideal
obyektlər mürəkkəb proseslərə ilk yanaşma olub, bu sonuncuların obyektiv
qanunauy-ğunluqlarının təxmini olsa da, əks etdirilməsi yolunda atılmış çox
səmərəli bir addımdır.
Ədəbiyyat siyahısı
•
H.M. Hacıyeva, Ə.M. Məhərrəmov,Q.K. İsmayılov, İ.V. Qafarova elmin inkişaf
tariхi və mеtоdоlоgiyası
•
Aydın Əlizadə. «İdrak" kursu üzrə mühazirələr: Fəlsəfə elmləri doktoru Aydın
Əlizadə.
•
Məmmədov Qərib, Xəlilov Mahmud. İdrak və ağıl -Ekoloji atlas. Tərtib edənlər:
Məmmədov Q., Xəlilov M. Məmmədova S. Bakı, kartoqrafiya fabriki, 2009,
səh.8.
İzlədiyinizə görə təşəkkür edirəm
Document Outline - Slide 1
- Mövzu:
- PLAN
- Slide 4
- Slide 5
- Slide 6
- Aristotelin idrak haqta fikirləri
- Slide 8
- Slide 9
- Elmi idrak: onun forma və metodları
- Slide 11
- Slide 12
- Elmi idrak metodu anlayışı və onların bölgüsü
- Slide 14
- Slide 15
- Slide 16
- Elmi idrakın empirik-nəzəri metodları.
- Slide 18
- Elmi idrakın nəzəri metodları
- Slide 20
- Ədəbiyyat siyahısı
- İzlədiyinizə görə təşəkkür edirəm
Dostları ilə paylaş: |