Fakültə:İqtisad İxtisas: Mühasibat uçotu və audit Kurs



Yüklə 31,91 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü31,91 Kb.
#44496
  1   2   3   4   5
referat 3495


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ

Fakültə:İqtisad

İxtisas:Mühasibat uçotu və audit

Kurs:II

Qrup:A

Şöbə:əyani

Fənn:Müəssisə iqtisadiyyatı

S Ə R B Ə S T İ Ş

Tələbə:Nurlan Məmmədov

Müəllim:Maisə Abbasova

Naxçıvan 2013

Mövzu:Müəssisədə məhsulun satışında ticarət vasitələrinin rolu.



Plan:

Giriş


1.Müəssisələrin satış siyasəti

2.Müəssisələrdə marketinq və kommersiya siyasəti

3.Müəssisə məhsulunun satışında vasitəçilərin rolu

Giriş

Bazar münasibətləri şəraitində işləyən firma və müəssisələrin mənfəət əldə etmələrində və ümumiyyətlə, iqtisadi inkişaflarında marketinq fəaliyyətinin müstəsna əhəmiyyəti vardır.

Kökü ingiliscə market sözündən gələn marketinq anlayışı bazar və satış sferalarında fəaliyyət mənasına daha uyğundur. Lakin marketinq fəaliyyətinin bu cür izahı natamamdır, bəsitdir, çünki marketinqin əhatə dairəsi bazarla məhdudlaşmır. O, habelə, istehsal və bazar sferalarının qarşılıqlı əlaqələrinin mərkəzində dayanır və həmin əlaqələrin səmərəliliyi və optimallığının müəyyən edilməsində əhəmiyyətli rol oynayır. Marketinq ümumi nəzəri baxımdan müəssisənin təsərrüfatçılıq fəaliyyətinin bazar qanunları əsasında idarə edilməsi konsepsiyasıdır.Müəssisə özünün marketinq fəaliyyətini istehlakçının bu və ya digər tələbatını ödənilməsi naminə deyil – bundan öncə özünün istehsal imkanlarını genişləndirməklə öz maraqlarını təmin etmək üçün həyata keçirir.Müəssisə miqyasında marketinq fəaliyyəti istehlakçıların suverenliyi şəraitində cəmiyyətin müəyyən etdiyi sosial etik normalar əsasında, azad rəqabətə söykənən və qarşılıqlı faydalanmaq naminə əmtəələrin mübadiləsidir, sahibkarlıq fəaliyyətidir.

Satışın tədqiqi sistemində onun forma və metodları, satışın hər bir kanalının rolu və səmərəliliyi aydınlaşdırılır, satış xərclərinin miqdarı, anbar və digər xidmət binalarının yerləşdirilməsi sistemi müəyyənləşdirilir və s.Satışın tədqiqində ənənəvi, eləcə də yeni satış formalarının və kanallarının axtarılıb tapılmasının təkmilləşdirilməsi üzrə işlər aparılır və tövsiyyələr hazırlanır. Satış sferasının tədqiqində reklamların təşkili və tələbatın formalaşması problemlərinə də xüsusi diqqət yetirməlidir. Əmtəələrin reallaşdırılmasında bölgü kanalları müstəsna rola malikdir. Belə ki, bölgü siyasətinin formalaşmasında, əmtəələrin məqsədli potensial alıcılara çatdırılmasında, yəni əmtəələrin irəlilədilməsində bu kanalların əhəmiyyəti əvəzedilməzdir. Bununla yanaşı, məhsulların bölgü kanallarının düzgün və optimal variantda seçilməsi, həll edilməsi və idarə edilməsi çox mürəkkəb problemlərdən hesab edilir. Çünki, bu, yəni seçilmiş «bölgü kanalı» bilavasitə marketinq sferasında olan digər məsələlərin həllinə təsir edir. Məhz buna görə də, ümumiyyətlə, satış siyasətinin formalaşması, o cümlədən də «bölgü kanallarının» seçilməsi prosesi marketinq kompleksinin əsas elementlərindən biri hesab edilən məhsulun istehlakçıya kimi çatdırılması prinsipindən istifadəyə əsaslanır.




Yüklə 31,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin