Fakültə:İqtisad İxtisas: Mühasibat uçotu və audit Kurs



Yüklə 31,91 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü31,91 Kb.
#44496
1   2   3   4   5
referat 3495

Pərakəndə ticarət: istehlakçılara satılan şəxsi və ailəvi istifadə üçün nəzərdə tutulan malların və xidmətlərin dəyərliliyini artıran bütün sahibkarlıq fəaliyyətinin məcmusundan ibarətdir.

Pərakəndə ticarət – şəxsi istifadə üçün nəzərdə tutulmuş, istehlakçılara malları və xidmətləri satan kompaniyalar, obyektlər və s. ibarətdir ki, onlar istehsal və alıcıları birləşdirən, bölgü kanallarında sonuncu halqadır. İstehsal firmaları malları hazırlayır, topdan və pərakəndə ticarətlə məşğul olan firmalara satır.

Firmanın istehsal-kommersiya fəaliyyətinin idarə edilməsində marketinqin müstəsna rolu və əhəmiyyəti vardır,çünki o , firmanın funksiya və vəzifələrinin bütün tərəfləri ilə sıx surətdə əlaqədardır və qarşılıqlı təsirdədir ;marketinq firmalarda funksiyalararası əlaqələndirmə vəzifələrini də yerinə yetirdiyindən digər idarəetmə strukturları ilə müqayisədə onlardan bir pillə yüksəkdə dayanır.

Qabaqcıl idarəetmə metodlarından biri olan marketinqdən təsərrüfatçılıq praktikasında istifadə olunması istehlakçıların tələbatına uyğun gələn məhsullar istehsalına imkan verməklə satış bazarlarını genişləndirməyə şərait yaradır.Marketinq idarə edilməsi prosesi bazar imkanlarının təhlilindən, məqsədli bazarın seçilməsindən, marketinq kompleksinin işlənib hazırlanmasından və marketinq tədbirlərinin həyata keçirilməsindən ibarətdir.

Məhsul müəssisədən istehsalçıya qədər uzun bir yol keçir : qablaşdırılır,nəql edilir , anbarlara yığılır ,istehlak məntəqələrinə çatdırılır , satış yerlərində yerləşdirilir və nəhayət,alıcılara satılır. İstehsalçıdan istehsalçıya qədər əmtəənin hərəkəti ilə əlaqədar proseslərin həyata keçirilməsi müəyyən xərc tələb edir ki , buna da tədavül xərcləri deyilir . Qeyri-mərkəzləşdirilmiş idarəetmə strukturuna malik olan iri sənaye müəssisələrində,adətən,ticarət-satış fəaliyyətini həyata keçirmək məqsədilə xüsusi şöbə-marketinq şöbəsi,kiçik müəssisələrdə isə marketinq qrupları fəaliyyət göstərirlər.Bu şöbə və qrupların əsas vəzifəsi müəssisənin bütün istehsal bölmələri üzrə istehsal-təsərrüfat və satış fəaliyyətini əlaqələndirməkdən ibarətdir.Bu şöbənin tərkibində funksiyaları aşağıdakı məsələlərin öyrənilməsi üzrə müxtəlif bölmələr ola bilər:bazar konyunkturasının kompleks öyrənilməsi;marketinq proqramının işlənib hazırlanması;satışın təşkili;reklamlaşdırma;texniki xidmət və s.

Marketinq şöbəsi aşağıdakı prinsiplər əsasında yaradılır:



  1. funksional prinsip üzrə təşkil - ən geniş yayılmış prinsiplərdən biridir.Bu halda marketinq üzrə mütəxəssislər marketinq fəaliyyətinin müxtəlif funksiyalarını həyata keçirirlər. Marketinq şöbəsinin funksional prinsip üzrə təşkilinin əsas üstünlüyü idarəetmənin sadəliyindədir.Lakin müəssisənin əmtəə çeşidi (nomenklaturası) və bazarlarının sayı artdıqca,bu prinsip öz əhəmiyyətini itirir. Çünki ayrıca götürülmüş hər bir bazar və yaxud əmtəə çeşidi üçün xüsusi proqramlar işləyib hazırlamaq həm çətinləşir, həm də çoxlu vaxt tələb edir.Bundan əlavə,şöbənin hər bir işçisi yalnız ona həvalə olunmuş iş üçün məsuliyyət daşıdığından marketinq fəaliyyətinə görə ümumi fəaliyyət onlar arasında bölünür;

  2. coğrafi prinsip üzrə təşkil zamanı ticarət agentləri xidmət etdikləri ərazidə yaşadıqlarından öz müştərilərini(alıcılarını) daha yaxşı tanıyırlar,səfərlərə çox az vaxt və vəsait sərf etməklə daha səmərəli işləyə bilirlər;

  3. əmtəə istehsal prinsipi üzrə təşkil-geniş əmtəə çeşidi, yaxud müxtəlif markalı malları olan müəssisələrdə yaradılır. Marketinq şöbəsinin əmtəə istehsalı prinsipi üzrə təşkilində bütün əmtəələrin istehsalına əmtəə nomenklaturası üzrə müdir rəhbərlik edir,özünün konkret əmtəəsinin buraxılışına cavabdeh olan əmtəə üzrə müdir müstəqil surətdə fərdi istehsal proqramlarını işləyib hazırlayır,onların yerinə yetirilməsinə və nəticələrinə nəzarət edir,lazım gələrsə,bu proqramlarda müəyyən düzəlişlər aparır. Əmtəə istehsalı prinsipi üzrə təşkil o halda özünü doğruldur ki, müəssisənin buraxdığı məmulatlar hazırlanma texnologiyasına və iqtisadi təyinatına görə bir-birindən köklü surətdə fərqlənir və ya bu əmtəələrin növləri o qədər çoxdur ki, marketinqin idarə edilməsinin funksional təşkili bütün bu nomenklaturanın öhdəsindən gələ bilmir.

  4. bazar prinsipi üzrə təşkil- müxtəlif bazarlarda çoxlu sayda alıcılar,onların müxtəlif adət və zövqləri olduğu hallarda məqsədəuyğundur.Bu zaman bazar işləri üzrə müdir ayrı-ayrı bazarlar üzrə bir neçə menecerin fəaliyyətinə rəhbərlik edi.Hər bir bazar üzrə müdir isə satış və digər funksional fəaliyyət növləri üçün perspektiv və cari proqramların işlənib hazırlanmasına rəhbərlik edir və onun üçün müəyyən məsuliyyət daşıyır.


Yüklə 31,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin