Faydalı qazıntılar, mineralogiya və petroqrafiya



Yüklə 494,98 Kb.
səhifə8/28
tarix23.01.2023
ölçüsü494,98 Kb.
#80346
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   28
Faydalı mühazirə (yeni proqram)-1

Torium-Torium nüvə enerjisini almaq üçün bir mənbə kimi işlədilir. Əsasən monasitdən ixrac edilir. Toriumun klarkı - 8 • 10-4 % - dir. Urandan 2,7 dəfə artıqdır.
Torium yer qabığının yuxarı qatlarında, əsasən də qranit təbəqəsində cəmləşir. Xüsusi minerallar əmələ gətirmir. Lakin bununla belə maqmatik, (monositdə, zirkonda, qranit və siyenitlərdə), peqmatit, maqmadan sonrakı yataqlarda hətta sənaye əhəmiyyətinə malik səpintilərinə rast olunur.
Dəniz və allüvial səpintiləri köklü monosit yataqlarının aşınması nəticəsində əmələ gəlir ki, onlar da başlıca əhəmiyyət kəsb edirlər.
Nadir elementlər-Bu qrupa daxil olan elementlər şərti olaraq nadir elementlər adlandırılır. Müasir dünyamızda bu qrupa daxil olan metalların tətbiqi sahələri minlərlədir.
Sirkonium - yüksək keyfiyyətli poladların istehsalında tez (iti) kəsən alətlərin, reaktiv mühərriklərin hazırlanmasında aşqar metal kimi işlədilir. Onun oksigenli birləşməsi oda davamlı xüsusi material kiıni istifadə olunur. (ərimə temperaturu 3000° - yə yaxındır)
Hafnium - aşqarlama işlərini və onun müdafiyəsi üçün lazım olan reaktorlarda işlədilir. Hafnium çətin əriyən xəlitələrin hazırlanmasında əvəz edilməz bir metaldır. (aşqar metal kimi)
Niobium - paslanmayan poladların istehsalında, yüksək kəsicilik qabiliyyətinə malik xüsusi xəlitələrin hazırlanmasında (əlvan və nadir metallarla qatışığı) istifadə edilir. Hətta onlann kəsicilik qabiliyyəti almazın kəsicilik qabiliyyətinə yaxın olur.
Tantal xüsusiyyətlərinə görə niobiuma yaxındır. Amma möhkəmliyinə və ərimə qabiliyyətinə görə niobiumdan daha üstündür

Sirkoniumun klarkı 1.7∙10-2 % , Hafniumun klarkı 3∙10-4 % , niobiumun klarkı 2∙10-3 % , tantalın klarkı isə 2,5∙10-4 %- dir.


Yataqların tipləri-Kolumbit, monosit və sirkonium səpinti halında qranitlərdə və qələvi süxurlarda yerləşir. Peqmatitlərdə, metasomatik karbonatitlərdə hidrotermal mənşəli yataqlarda təzahür edir. Karbonatit və səpintiləri (elüvial, delüvial, allüvial, dəniz) üstün əhəmiyyətlidir. Bəzi yataqlarda niobium boksitlərdə yüksək konsentrasiyaya malik olur.
Berillium - Müasir dünyamızda berill əsasən atom texnikasında neytron mənbəyi kimi işlədilir. Təyyarələrin,ballistik raketlərin,kosmik və sualtı kəmərlərin əsas hissələrinn hazırlanmasında, müxtəlif məmulatların səthlərinin örtülməsində istifadə olunur. Mislə, alüminiumla, nikellə, kobaltla və s. ilə xəlitələri möhkəmliyi ilə seçilir. Belə xəlitələr yüksək elastikliyə və elektrik keçirmə qabiliyyətinə malik olur.
Klarkı 3.8∙10-4 % arasındadır.
Əsas mineralları aşağıdakılardan ibarətdir :Berill - (10 - 14 % BeO); Helvin - (10 - 14 % BeO); Fenakit - (40 - 45 % BeO); Xrizoberil - (15 - 20 % BeO);

Yüklə 494,98 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin