Faydalı qazıntılar, mineralogiya və petroqrafiya



Yüklə 494,98 Kb.
səhifə9/28
tarix23.01.2023
ölçüsü494,98 Kb.
#80346
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   28
Faydalı mühazirə (yeni proqram)-1

Litium - ən yüngül element sayılır. Sürtmə yağlarının istehsalında, qələvi akkumlyatorlarda, atom texnikasında, elektronikada, lazer texnikasında, optik şüşələrin istehsalında, foto sahəsində və s. istifadə olunur. Klarkı 2.9∙10-3 %-dir
Litium əsasən spodumen, lepidolit, ambliqonit minerallarından alınır.
Rubidium yə sezium - fotoelementlərdə, günəş batareyalarının, elektron optik dəyişdiricilərinin istehsalında istifadə edilir. Klarkları Cs 3.7∙10-4 %, Rb 1.5∙10-2 %-dir. Bu elementlər kalium duzlarından və seziumun ftorlu karbonatlarından alınır. (Lepidolit, pollusit)
Səpinti elementləri-Bu qrupa indium, qallium, germanium, tallium, kadmium, selen, tellur, skandium və renium daxildir. Son zamanlar bu elementlərə tələbat artdığından, onların hasilatı olduqca artıb (100 və hətta 1000 dəfələrlə)
İndium - cərəyanın germaniumlu düzləndiricilərində istifadə olunur. İndiumun qalayla yaratdığı ərintinin təyyarə şüşələrinin üzərinə çəkilməsi şüşəni donmaqdan qoruyur. O da güzgü örtüklərində işlədilir. Onun əks etdirmə qabiliyyəti gümüşünkindən yüksəkdir. Klarkı 1.4∙10-5%-dir.
Qallium - yüksək şüa sındırma qabiliyyətinə malik şüşələrin istehsalında, radiolampaların və kvars termometrlərinin hazırlanmasmda işlədilir. Kvars termometri +30° - dən +1600° - dək olan hərarəti ölçməyə qadirdir. Klarkı 1.9∙10-30%-dir.
Germanium - yarımkeçiricilərdə,radioelektronikada,infraqırmızı optikada,hesablayıcı texnikada və təbabətdə istifadə edilir. Klarkı 1.4∙10-4%-dir.
Tallium - kənd təsərrüfatı zərərvericiləri üçün zəhərin istehsalında, yarımkeçirici kimi və yüksək sındırma qabiliyyətinə malik şüşələrin hazırlanmasında istifadə edilir. Klarkı 1 ∙10-4%-dir
Kadmium - elektrotexnikada, radiotexnikada və trolley (tramvay, elektrovoz, trolleybus vaqonunda elektrik xətti ilə kontakt saxlamaq üçün qurğu, diyircək) hazırlamaq üçün mislə xəlitənin hazırlanmasında işlədilir. Klarkı 1.3∙10-5%-dir.
Selen və Tellur – yarımkeçiricilərdə, fotoelementlərin hazırlanmasında, dəqiq cihazlarda,radiotexnikada, metallurgiyada, rezin və şüşə sənayesində işlədilir. Selenin klarkı 5∙10-6 %, tellurun klarkı 1 ∙10-6 %-dir.
Renium xüsusi çəkisi 21, ərimə temperaturu 3170°C-yə yaxındır. Elektrik lampaları üçün hazırlanan sapların örtülməsi işində istifadə olunur və termocütdə (2000°-yə kimi), termoelementdə,elektrotexnikada, aviasiyada, raket texnikasında, elektron sənayesində və s. tətbiq olunur. Klarkı 7∙10-8 %-dir.
Bu elementlər bütövlükdə başqa elementlərlə yanaşı olaraq istehsal olunurlar. Məsələn, indium, tallium, germanium və kadmium - tünd rəngli sfaleritdən (marmatit) və bozumtul kleyofandan ahnır. Germanium və qallium - sfaleritdən, daş kömürdən, boksitdən və nefelindən almır.
Tallium - polimetal filizlərinin emalı məhsullarından, sulfat turşusundan alınır.
Renium - molibdenit konsentratından (qismən pirolüzitdən)alınır.

Yüklə 494,98 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin