Alüminium - bu elementin yüksək mexaniki möhkəmliyə malik olması, yüngül olması, oksidləşməyə davamlılığı, yaxşı elektrik keçirmə qabiliyyətinə malik olması və s. xüsusiyyətləri onun həyatımızda çox geniş yer tutmasına imkan yaratmışdır. Onun mislə, manqanla, maqneziumla xəlitəsi - düraliminium, silisiumla qatışığı (xəlitəsi) - siluin - mühüm əhəmiyyət kəsb edir. Boksit – Al istehsalı üçün əsas filiz saydır.
Alüminium - təbiətdə geniş yayılmış metaldır. Onun klarkı 7,45 % - dir. 250 - yə yaxın minralları məlumdur. Lakin onlardan bir neçəsi sənaye əhəmiyyəti kəsb edir:
Bömit və diaspor - Al2O3 H2O (85 % Al2O3), Hidrargilllit (hibbsit) - Al2O3 3 H2O (64 % Al2O3), Andaluzit, disten (tianit) və sillimanit - (63 % Al2O3), Alunit – KAl3 (S04)2 (OH> (37 % Al2O3)6, Nefelin Na(AlS04) (34 % Al2O3), Leysit - K (AlSi2O6) (23,5 % Al2O3), Kaolinit - Al(Si4O10) (OH)8 (40 % Al2O3) Genetik tipləri. Yalaqlan əsası 2 qrupa bölünür : qalıq yataqları və çökmə yataqları.
Qalıq yataqlarına ABŞ-da, Hindistanın rnərkəzi hissəsində, Braziliyada, Qvineyada, Kanada və s ölkələrdə rast gəlinir.
Çökmə yataqları Macarıstanda, Fransada, Post Sovet məkanında, Kola yarımadasında və s. geniş yayılıb (Boksit yataqları).
Azərbaycanda alunit yatağı Daşkəsəndə yerləşir və Gəncə yaxınlığında onun böyük alüminium zavodu fəaliyyət göstərir.
Qalay - qədim zamanlardan insanların istifadə etdiyi ilk metallardandır. Qalaydan həm təmiz, həm də xəlitələrin hazırlanmasında istifadə olunub. Hal - hazırda qalay bürünc, babbit, tez əriyən xəlitələrin hazırlanmasında, lehimləmə işlərində, konserva bankalarının hazırlanmasında istifadə edilən ağ dəmirin (tənəkə) istehsalında istifadə olunur.
Malayziya, Indoneziya və Boliviya ölkələri qalayın əsas istehsalçıları sayılır.
Klarkı - 0,0006 % - dir. Sənaye əhəmiyyətinə malik əsas və yeganə mineralı - kassiteritdir SnO2 (78,6 % Sn). Digər nisbətən geniş yayılmış mineralı stannindir - Cu2S FeS SnS2 Genetik tipləri:
Qalay saxlayan peqmatitlər özündə kassiteritlə yanaşı litium, tantal, niobium, bəzən də beril saxlayır. Peqmatit yataqlarına Nigerdə, ABŞ-da, ÇXR-da, Boliviyada və Rusiyada təsadüf olunur.
Hidroteımal yataqları -yüksək, orta və alçaq temperatur şəraitində formalaşa bilir. Əsas formasiyaları : kassiterit - kvars və kassiterit - sulfid formasiyalarıdır.
Yataqları Rusiyada, Boliviyada, Çində və s. ölkələrdə var.
Səpintiləri olduqca geniş yayılıb və qalayın əsas istiehsal mənbəyi hesab olunur.
Dünyadakı qalay istehsalının ümumilikdə 75 % -i (Rusiyasız) səpintilərdən alınır. Yataqları İndoneziyada, Malayziyada və Tailanddadır.