F.Ə. Sadıxova
Qrip viruslarının
Azərbaycan ərazisində ekologiyası
Bakı – 2009
2
AZƏRBAYCAN RESPUBLİKASI
SƏHİYYƏ NAZİRLİYİ
Bakı şəhəri
“20” noyabr 2009-cu il
29 saylı kollegiyasının
qərarı əsasında təsdiq
edilsin
-
“Qrip viruslarının Azərbaycan ərazisində ekologiyası” (monoqrafiya)
Müəllif: Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
institutunun “Epidemiologiya və mikrobiologiya kafedrasının müdiri, t.e.d.,
ə.e.x. prof. F.Ə.Sadıxova
Rəyçilər:
ATU-nun “Epidemiologiya” kafedrasının müdiri, t.e.d.,
ə.e.x. prof. İ.Ə.Ağayev
ATU-nun “İctimai sağlamlıq və səhiyyənin təşkili ”
kafedrasının dosenti, t.e.d., V.N.Vəkilov
3
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutu
Sadıxova Fərxəndə Əmir qızı əməkdar elm xadimi, tibb elmlər
doktoru, professor.
Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun
mikrobiologiya və epidemiologiya kafedrasının müdiri.
4
Sadıxova F.Ə.
Sad.20. “ Qripp viruslarının Azərbaycan ərazisində ekologiyası (monoqrafiya),
Bakı, “Təbib”, 200 , 196 səh.
F.Ə. Sadıxovanın monoqrafiyası qripp viruslarının
Azərbaycan ərazisində ekologiyasına həsr edilib.
İSBN Б-8035-0039-0
Sad.410804030 99, elansız
T 038 (062)
“ Təbib”, 200 -ci il
İş Q.M.Musabəyov adına QƏBO ET VM və G institutunun respirator
viruslar laboratoriyasında virusların ekologiyası şöbəsi ilə kompleks halında, eləcə
də SSRİ TEA-nın D.İ.İvanovski adına Virusologiya İnstitutunun qripp
laboratoriyasında yerinə yetirilmişdir.
Müəllif SSRİ TEA akademiki D.K.Lvova və RSFSR-in əməkdar elm
xadimi, professor mərhum L.Y.Zakstelskayaya dəyərli elmi məsləhətlər və qoyulan
məsləhətlərin həllində dəstək olduqları üçün səmimi minnətdarlığını bildirir.
5
MÜNDƏRİCAT.
Giriş--------------------------------------------------------------
Fəsil 1 Qrip virusunun ekologiyası--------------------------
1.1. Qrip üzrə dünyada situasiya-----------------------
1.2. A qripi virusunun təbii dəyişgənliyi və
onu aydınlaşdıran nəzəriyyələr-------------------
1.3.
A qripi virusunun antigen dəyişgənliyi
və onu epid proseslə əlaqəsi.
1.4.
A qripi virusunun insan cəmiyyətindən
kənar sirkuliyasiyası haqda məlumatlar
və heyvan və insan yoluxduran qrip
viruslarının əlaqələri ------------------------------
1.5.
Qrip virusunun vəhşi və ev quşları arasinda
sirkulayasiyası--------------------------------------
1.6.
Donuz qripi virusunun heyvanlardan
alınması---------------------------------------------
1.7.
İnsan qripi viruskarının donuzlardan
alınması--------------------------------------------
1.8.
Heyvanların insan qripi virusları ilə
Yoluxması-----------------------------------------
1.9.
Heyvan qripi viruslarının yoluxma
qabiliyyəti-----------------------------------------
1.10 Müxtəlif yaşlı insanların qan zərdabında
heyvan qripi virusuna qarşı anticismlərin
spektri--------------------------------------------
1.11 İnsan və hər bir höv heyvan viruslarının
digər növ heyvanlar üçün patogenliyi və
insanların qriplə xəstələnməsinin alovlanması
ilə epizotiyalar arasında əlaqə----------------------
6
1.12 A tipli heyvan viruslarının yayılması
və xarici mühitə qarşı davamlılığı------------------
1.13 Heyvan və insanı yoluxduran qrip
viruslarının antigen əlaqəsi: rekombinasiyala---------
Fəsil 2 İnsan populyasiyasında və heyvanlar
aləmində qrip infeksiyası üzərində
epidnəzarətin materialları və metodlar
haqda ümmumi məlumat-----------------------------
2.1 Seroloji tədqiqatların metodları.---------------------
2.2 Qrip viruslarının ayrılması və identifikasiyası---------
2.3 İnsan və quş qripi viruslarının antigen və
Bioloji xüsusiyyətlərinin öyrənilməsi metodları---------
2.4 Nəticələrin ststistik işlənilməsi-----------------------------
Fəsil 3 1977-1984-cü illər ərzində Bakı ş. də
qrip və digər kəskin respirator xəstəliklər(KRX)
üzrə epidemik situasiyanın xarakteristikası----------------------
3.1 KRX, o cümlədən qriplə xəstələnmənin
analizi. Sikulə edən virusların spektri-------------------
3.2 Tədqiqat dövründə qrip viruslarına qarşı
populyasiya immuniteti-----------------------------
3.3. İnsan populyasiyasında qeyri-standart qrip
viruslarının meydana çıxması-------------------------
3.3.1 İnsanların atipik ştamlarının izolyasiyası
və autentikliyin və ştamların xüxusiyyətlərinin
tədqiqi.
3.3.2 Seroloji tapıntılar: İnsanlarda heyvan
viruslarına qarşı antitellər------------------------------
Fəsil 4 Təbii biosenozlarda qrip viruslarının
sirkulyasiyası-----------------------------------------------
4.1 Vəhşi və ev heyvanlarından alınan materialın
7
Yığılma yerinin xarakteristikası-----------------------
4.2 Vəhşi quşların və piyada komplekslərinin
ekoloji tədqiqatlarının nəticələri
4.2.1 Vəhşi quşların zərdabında at, donuz, quş
və eləcədə insan(H10) viruslarına qarşı
antitellər-------------------------------------------------
4.2.2 Heyvan və insanların A qripi viruslarının
vəhşi quşlardan və ətraf mühit obyektlərindən
izolyasiyası--------------------------------------------
4.3 A qripi viruslarının ev heyvanları və quşları
Arasında sirkulyasiyası haqda seroloji məlumatlar---
4.3.1 İribuynuzlu qaramalda, donuzlarda və
ev quşlarında(toyuqlarda) quş, at, donuz
və insan qripi viruslarına qarşı antitellərin
olması---------------------------------------------
4.3.2 Epidemik və epizotik proseslərin qarşılıqlı
əlaqəsi---------------------------------------------
4.3.3 2006-2007-ci illər ərzində Azərbaycan
Respublikası ərazisində qripin monitorinqinin
vəziyyəti və problemləri----------------------------
Əlavə---------------------------------------------------------
8
GİRİŞ
Dünyada qrippin fundamental və tətbiqi tədqiqatları üzrə olan nailiyyətlər
qripp epidemiyalarının qarşısının alınmasını təmin etmir.
Göstərilən xəstəliklərin spesifik profilaktikası və müalicəsi A qrippi
viruslarının unikal dəyişkənliyi mexanizmi aydın olmadığı üçün hələ də öz həllini
tapmamışdır.
Hazırda A qripi viruslarının variabelliyinin əsasları haqda olan 2 hipotez
faktiki məlumatlarla təsdiq olunmalıdır.
Yuxarıda qeyd olunan hipotezlərə görə şiftin yaranmasının səbəbləri
aşağıdakılardır:
1.
İnsan qripi virusu ştammının mutasiyası.
2.
İnsan ştammlarının heyvan və ya quş ştammları ilə rekombinasiyası və ya
hibridləşməsi.
Birinci hipotezə əsasən antroponoz nəzəriyyəsinin tərəfdarları (Fransis,
1960;Davanport, 1960,1977; Smorodinsev, 1969,1975, Qolubuv və b., 1978,
Belyakov, 1979) epidemik ştammların insan populyasiyasında fasiləsiz
mikrosirkulyasiyanı və onların gizli persistensiyası nəticəsində aktivləşmiş
ştammların insan populyasiyasında periodik olaraq epidemik yayılmasını fərz
edirlər.
Digər konsepsiyaya əsasən epidemik ştammlar təbiətdə geniş yayılmış
heyvan və insan qripp virusları genlərinin rekombinasiyası nəticəsində
(Podçernyayeva 1973, Jdanov və b., 1978, Lvov 1979,1982) quşlar və
9
məməlilərin müxtəlif populyasiyalarında rekombinant virusların tərkibində
meydana çıxır.(Webster, 1972; Schild, 1978; Schortridge, Webster, 1979,
Schortridge, 1980)
Heyvan virusları genofondunun qrip virusunun pandemik ştamlarının əmələ
gəlməsində mümkün iştirakı haqda konsepsiya güman edir ki, qrip viruslarının
biosferdə sirkulyasiyasının bəzi qanunauyğunluqlarının öyrənilməsi, yəni
onların genetik materialının təbiətdə dövranı haqda faktiki məlumatların
alınması ilə nəticələnən ekologiyasının öyrənilməsi vacibdir.
Virusların ekologiyası haqda danışanda, qeyd etmək lazımdır ki, ekologiya
orqanizmlərin ətraf mühitlə münasibətlərini öyrənən elm kimi, ideal halda
bizim planetdə yaşayan heyvanlar, bitkilər və onların yaşadığı mühit arasında
müxtəlif qarşılıqlı təsiri açmağa və onu dərk etməyə can atır.
Aydındır ki, bu elm hələ belə nəhəng məsələlərin həllindən çox uzaqdadır.
Həm də bu məsələlərin ümumiyyətlə həllinin mümkünlüyü şübhə altındadır!
Buna baxmayaraq insan düşüncəsi geniş və sərhədsizdir!
Bununla əlaqədar olaraq, virusoloqlar virus populyasiyalarının digər
canlıların populyasiyası ilə qarşılıqlı əlaqəsinin öyrənilməsində müxtəlif ekoloji
şəraitlərdə geniş epidemioloji tədqiqatlar tətbiq edirlər. Aydındır ki,
orqanizmlərin yaşadıqları mühitlə əlaqəsi tam dolğunluğu ilə yalnız təbii
mənbələrdən alınmış materiallarda öyrənilə bilər.
________________________________________________________________
Müəllif qeydi:”Ekologiya” terminini ilk dəfə məşhur alman bioloqu Hekkel
10
1958-ci ildə iki yunan sözünün birləşməsindən yaradaraq istifadə etmişdir.
Tərcüməsi “yaşayış yeri” deməkdir.
Bununla əlaqədar olaraq qrip infeksiyalarının spesifikasının ekoloji və
epidemioloji cəhətdən kompleks şəkildə öyrənilməsi üçün tədqiqatların qrip
virusunun pandemik ştammlarının çoxalması meydana çıxmasının güman
edilən ocağı sayılan Cənub –Şərqi Asiya şəraitinə iqlim-coğrafi cəhətdən oxşar
təbii şəraitlərdə aparılması məqsədəuyğundur. Bu baxımdan ekoloji
tədqiqatların subtropik zonalı və bir sıra ekoloji xüsusiyyətləri olan
Azərbaycanda aparılması düzgündür. Azərbaycan zəngin və müxtəlif bitki və
heyvanat aləminə malik mülayim iqlim şəraitində yerləşir. Şimal və cənub
sərhədləri dağ silsilələri ilə əhatələnir. Qərbdə o, digər respublikalarla
əlaqəlidir. Azərbaycanın şərq sərhədini Xəzər dənizi yuyur. Bu sərhəd boyunca,
sahildə-Abşeron yarımadasında Bakı və əhalisi sıx olan, heyvandarlıq
təsərrüfatı bol olan bir sıra şəhərətrafı zonalar yerləşir.
Azərbaycanın daha çox nəzərə çarpan xüsusiyyətlərinə:
Azərbaycanda 9 coğrafi-iqlim zonasının, xüsusən Lənkəran rayonunda
Qızılağac qoruğu ərazisində qışlayan, oturaq və yuvaquran quşların müxtəlif
növlərinin populyasiyaları arasında sıx biosenotik əlaqələrin olması, Abşeron
yarımadasının, o cümlədən özünəməxsus heyvanat aləminə malik planetimizdə ən
böyük balıq su hövzəsi olan Xəzər dənizinin üstündən keçən köçəri quşların yolları
aid edilir(Şək.1).
Xəzərdə suyun duzluluq dərəcəsi onun heyvanlar aləminin qarışıq
yarımdəniz görkəmini şərtləndirir. Dəniz elementlərindən başqa, Xəzərin faunası
11
özündə şirin su formalarının ekoloji cəhətdən müxtəlif növlü qruplarını saxlayır.
Bu xüsusiyyətə görə, Xəzər planetimizdə olan bütün materikdaxili duzlu göllərdən
özünəməxsusluğu və zəngin olması ilə fərqlənir.
Nəzərə almaq lazımdır ki, Abşeron yarımadasının təbii iqlim şəraitlərindən
əsas xarakter amil şimal və cənub küləklərinin üstünlük təşkil etdiyi külək
rejimidir. Onların respirator infeksiyaların aktivləşməsində rolu ədəbiyyat
mənbələrindən məlumdur.
Beləliklə, Azərbaycanın yuxarıda qeyd olunan xüsusiyyətləri (müsbət
temperaturun üstünlük təşkil etdiyi mülayim iqlim, külək rejimi, zəngin quru və
dəniz flora və faunası, sahil zonasından olan insanların ev heyvanları və dəniz
faunası ilə sıx əlaqəsi bir tərəfdən, digər tərəfdən – qida zəncirləri-vəhşi quşlar–
quano-dəniz, dəniz faunası, ev heyvanları və sahil zonalarından olan insanların
şəhərin industrial hissəsinin əhalisi ilə kontaktı) insan və heyvan virusları
arasındakı epidemik və epizootik proseslərin, ekoloji əlaqələrin aydınlaşdırılması
üçün şərait yaradır.
Qeyd olunanla əlaqədar olaraq insan populyasiyasında müntəzəm
epidnəzarət daxil olmaqla kompleks tədqiqatlar və A qripi virusunun yeni antigen
variantlarının meydana çıxması səbəblərinin öyrənilməsində perspektiv olan
ekoloji tədqiqatlar aparılmışdır.
12
Fəsil 1. Qrip virusunun ekologiyası.
1.1. Qrip üzrə dünyada situasiya.
Aparılan
tədqiqatlarda
məqsəd
qripp
virusunun
sirkulyasiyasının
Azərbaycanın müxtəlif biosenozlarında xüsusiyyətlərini, virus populyasiyasının
genofondunun aydınlaşdırılması, təbiətdə A qripi viruslarının dəyişkənliyindəki
tendensiyaların epidemik və epizootik proseslərin qarşılıqlı əlaqəsinin üzə
çıxarılmasıdır.
A qripp viruslarının epidemik ştammlarının quşların və heyvanların müxtəlif
populysiyalarında rekombinant virusların tərkibində rezervasiyasının isbat edilmiş
mümkünlüyünü(Webster R., Schild J. 1978, Schortridge K.,1982(1,2))və
tədqiqatlar dövründə tək-tək halda da olsa quş qripi virusunun insanlardan
izolyasiya edilməsi haqda məlumatlar (Cambell və b., De Lay və b., 1967,
ştamm A/Брешия/Hav
1
N
1
/ (F.Ə.Sadıxova və həmmüəlliflər 1979). A/cücə/
Almaniya/”N”/49/Hav2Neq1/H10 N7/ ştamının oxşarı A/Bakı/900/79/ Hav2
Neq1/ açıq aydın göstərir ki, dərin antigen dəyişikliklərinin səbəblərinin
araşdırılması kimi fundamental məsələnin həlli hazırda epidemiya və
epizootiyaların qarşılıqlı əlaqəsindən, vəhşi quşların toplandığı yerlərdə virusların
sirkulyasiyası xüsusiyyətlərinin üzə çıxarılmasından asılıdır.
Bununla əlaqədar olaraq, qeyd etmək lazımdır ki, indiki zamanda yuxarıda
qeyd olunan fakt A/chick/Scot/59/H5N1/-/Hav5N1/ virusunun sirkulyasiyası ilə
13
əlaqədar qripin dünya üzrə epidsituasiyası və həmin virusun quş və insan
populyasiyasında infeksion patologiyası ilə əlaqədar xüsusi əhəmiyyət kəsb edir.
Hazırda H5 və H7
kimi iki subtipə bölünmüş yüksək patogen quş virusları
arasında H5N1
qrip virusu xüsusi maraq doğurur.
Qripin quşlarda patogenezi maraqlıdır. A qripi ilə quşların yoluxması zamanı
xəstəlik bu və ya digər lokal simptomların olması ilə septik xəstəlik tipi üzrə gedir.
Bu zaman enteritlər quşların yuva qurduqları və yaşadıqları yerdə vəhşi quşların
fekalisi ilə kütləvi surətdə qrip viruslarının ifraz edilməsinə və bununla da
torpağın, suyun çirklənməsinə gətirib çıxarır. Ətraf mühitin çirklənməsi virusların
biosferdə yayılması üçün əlavə faktordur.
İtaliyada, 1878-ci ildə yüksək letallığa malik toyuq xəstəliyindən sonra, quş
qripinin H5N1
yüksək patogen agent tərəfindən törədilən sonrakı sıçrayışı 1959-cu
ildə Şotlandiyada qeydə alınmışdır.
Bundan sonra bütün dünyada cəmi 24 sıçrayış qeydə alınmışdır. Bunlardan
14-ü son onillikdə baş vermişdir.
İnsan və heyvan qripi viruslarının insan populyasiyasına tək-tək hallarda
sirayət etməsi halları ilə gedən paralel sirkulyasiya faktı məlumdur.
Virusların çoxu insanlarda viruslu konyunktivit formasında yüngül xəstəlik
törədir. Sonra sağalma gedir. H5N1 virusu müstəsnalıq təşkil edir.
1997-ci ildə toyuqlar arasında bir neçə ay sirkulə etdikdən sonra virus
mutasiyaya uğradı və fövqəladə yüksək patogenlik qazandı: toyuqlar arasında ölüm
100% təşkil edirdi.
14
Paralel olaraq insanlar arasında H5N1 qrip virusunun sirkulyasiyası fiksə
olundu: 18 hal qeydə alınmışdı, onlardan 6-sı ölümlə nəticələndi.
1997-ci ildə belə patogen formada peyda olan virus 2003-cü ilə qədər üzə
çıxmadı.
2003-cü ildən indiyə qədər H5N1 virusu ilə törənən quş qripinin bir sıra
ölkələrdə: Çin, Koreya, Vyetnam, Yaponiya, İndoneziya, Kamboca və s.-də
növbəti sıçrayışaları qeydə alındı. Qeyd olunan sıçrayışların coğrafiyası yeni
epidemik qrip virusunun Cənub-Şərqi Asiya ölkələrində və Okeaniyada yaranması
haqda nəzəriyyəni bir daha təsdiq etdi. Çünki burada əhalinin sıxlığı və heyvan
populyasiyasının bolluğu köçəri vəhşi quşların uçuş yolları ilə uzlaşır.
Sıçrayışlar zamanı Asiyada 3 ay ərzində 120 mln. ev quşu tələf oldu.
Bununla yanaşı, vəhşi quşlar arasında A/H5N1/ qrip virusunun patogen
xüsusiyyətlərinin üzə çıxması faktı müəyyən edildi. Qeyd olunan virusun
miqrasiya edən vəhşi quşlar arasında sirkulyasiyası virusun ətraf mühitdə, xüsusən
ev quşları arasında, su quşlarını yoluxdurmaqla suda və suətrafı komplekslərdə
yayılması faktoru xüsusi maraq doğurmuşdu və H5N1 ştammlarının sirkulyasiyası
ilə əlaqədar virusoloji tədqiqatlar kifayət qədər geniş miqyasda miqrasiya edən
vəhşi quşların ölümünü üzə çıxartdı. Bu virusu böyük məsafələrə yayan köçəri
vəhşi quşların, o cümlədən su quşlarının epidemik əhəmiyyətini qeyd etmək
lazımdır.
Onları A qripi virusunun bütün subtipləri üçün təbii rezervuar kimi
qiymətləndirmək olar.
15
Beləliklə, bu tapıntılar, yəni H5N1 virusunun nəinki ev quşlarından, həm də
vəhşi su və suətrafı komplekslərin quşlarından izolyasiya edilməsi virusların
təbiətdə dövranı kimi məlum faktı təsdiq edir.
Hadisələrin sonrakı inkişafında bir sıra Avropa ölkələrində: Almaniya,
Belçika, Fransa, Böyük Britaniya, eləcə də ABŞ-da H5N1 quş qripi virusunun
vəhşi və ev quşları arasında törətdiyi xəstəliklər qeydə alındı və izolyasiya edildi.
Ancaq bu ölkələrdə insanların yoluxması halları qeydə alınmamışdır.
ÜST-ün məlumatlarına görə, A/H5N1/ virusunun insanlar arasında törətdiyi
təsdiq edilmiş xəstəlik halları 2002-ci il üçün 318-dir, onlardan 192-si (60%)
ölümlə nəticələnmişdir.
Ekologiyanın və insaların xəstəliklərinin dəyişilməsi haqda bir yerdə
yığılmış məlumatlar, eləcə də törədicinin özünün dəyişilməsi H5N1 ştammının
pandemik virus kimi formalaşmasının mümkünlüyünü güman etməyə əsas verir.
2006-cı ildə Azərbaycan ərazisində də A/H5N1/ quş qripi virusları ilə
insanların yoluxmasının 8 klinik halı qeydə alınmışdı. Bunlardan 5-i letal nəticə
verdi.
Ancaq, infeksiyanın insandan insana keçməsi halı qeydə alınmamışdır.
Epidemioloji tədqiqatlar yoluxmuş və ölmüş insanların bu regionda ölü vəhşi qu
quşları ilə kontaktını üzə çıxartdı.
Bu fakt quş qripinin insan populyasiyasına gətirilməsi və növ spesifikliyi
baryerinin tək bir halda aradan götürülməsinin nümunəsidir.
16
Bununla əlaqədar qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində, xüsusən
H5N1 virusu ilə xəstələnmə halları qeydə alınan Salyan ərazisində vəhşi quşların
uçuş yolları vardır.
Azərbaycan özünün iqlim-coğrafi parametrlərinə görə unikal regiondur. Belə
ki, bu parametrlər Cənub –Şərqi Asiyanın təbii iqlim parametrləri ilə eynidir.
Qızılağac qoruğu əhalisinin sıx yaşadığı məntəqələrdə çoxlu sayda heyvandarlıq
təsərrüfatları olan Abşeron yarımadası, vəhşi köçəri quşların, o cümlədən su
quşlarının qışlaq yerləri olan bir sıra adalar, müxtəlif populyasiyaların qarşılıqlı
əlaqəsi, insan və heyvan qripi viruslarının ekoloji əlaqələri üçün optimal şərait
yaradır.
İnsanların yüksək pandemik potensiyaya malik H5N1 ştammı ilə
yoluxmasının təsdiqi xüsusi əhəmiyyət kəsb edir və pandemiyanın mümkün
inkişafı nöqteyi-nəzərindən həyəcan siqnalıdır.
1.2. A qripi virusunun təbii dəyişkənliyi və onu aydınlaşdıran
nəzəriyyələr.
Müasir virusoloji metodların köməyilə qrip virusunda daim antigen
dəyişkənliklərinin baş verməsi faktı müəyyən edilmişdir. Bunun da son nəticəsi
epidemiya və ya pandemiyanın etioloji səbəbi olan virusun yeni növünün əmələ
gəlməsidir.
17
Dərin antigen dəyişkənliyinin mexanizmi aydınlaşdırılmamışdır, bu da
hazırda
epidemiya
və
pandemiyaların
yaranmasını,
onların
rasional
diaqnostikasını, xüsusən qripə qarşı effektiv vaksinoprofilaktikanı çətinləşdirir.
Antigen strukturundakı dəyişkənlik nəticəsində yaranan virus qrip
epidemiyasının böyük dalğalarını doğurur. Bu baxımdan onun əmələ gəlməsi
mexanizminin aydınlaşdırılması vacibdir.
Dreyfin mexanizminin ümumi qəbul edilmiş açıqlaması seleksiya üçün
münbit şərait yaradan respirator traktın səthi infeksiyası və immunoloji “pressin”
təsiridir.(Burnet F.M, 1955; Fasekas de st., 1973; Hannoun C., 1973).
Yeni pandemik ştammların əmələ gəlməsinə səbəb olan virusun səthindəki
antigenlərin qəfil dəyişməsi- “shift”-in təbiəti haqda vahid nöqteyi-nəzər yoxdur.
“Shift”-in mexanizmini aydınlaşdıran 2 əsas nəzəriyyə vardır:
1.
Pandemik ştammlar-özündən əvvəlki virusun mutasiyasının və ya onların
insan orqanizmində persistent formada qalmasının nəticəsidir.
2. Bu virusların mənbəyi heyvan qripi viruslarının rezervuarıdır.
Birinci hipotezə görə, belə güman edirlər ki, insan viruslarının dəyişilməsi-
immunoloji “pressin” təsiri altında özünəməxsus təkamüldür(Smorodinsev А.А. və
b.; 1978; Belyakov V.L. və b., 1983; Karpuxin Q.İ. və b. 1983).
Digər qrup müəlliflər virusların dəyişkənliyinə ardıcıl mutasiya kimi
baxırlar. Bu mutasiyalar RNT-nin kodunu əvvəl dreyf-variasiyalara qədər, sonra
isə şift-variasiyalara dəyişir(Davenport F., 1977).
İkinci hipotez iki fərziyyədən ibarətdir:
1.
Heyvan və quş virusunun insana birbaşa keçməsinin mümkünlüyü.
18
2.
İnsan qripi virusların dəyişilməsi öncədən mutasiya olunmuş və
populyasiya immunitetinin seleksiya edici təsiri ilə dəyişilmiş insan
ştamlarının heyvan və quş ştamları ilə rekombinasiyası və ya
hibridləşməsi ilə yaranır.
Bu nəzəriyyəyə görə dreyf-variasiyalar genomun nöqtəvi zədələnməsindən
əmələ gələn mutasiyaların nəticəsidir(Palese P., 1980, Both G.W. və b., 1983). Bu
zaman hemaqqlütinində bir sıra dəyişikliklər baş verir(Laver W.G.İtal, 1980),
insan qrip virusunda şift variasiyaları isə insan və heyvan qripi viruslarının iştirakı
ilə gedən rekombinasiyaların nəticəsidir (Zhdanov V.M., Lvov D.K. və b, 1978,
Webster R.G., Gambell H.və b, 1974, Beveridge W.J., 1976,Webster R., Hinshaw
V., 1977, Lvov D.К.).
Birbaşa mutasiya nəzəriyyəsinə qarşı olan etirazlar.
Dostları ilə paylaş: |