IV Fəsil. Təbii biosenozlarda qrip viruslarının sirkulyasiyası.
133
İnsan
populyasiyasında
qrip
infeksiyasına
müntəzəm
epidnəzarət
Azərbaycanın subtropik zonasında aparılan ekoloji tədqiqatlar və epidemik
ştammların formalaşmasının mümkün nöqtəsi kimi uzlaşırdı (şək.20).
Bundan başqa, Azərbaycan ərazisində qışlayan quşların müxtəlif
populyasiyaları arasında biosenotik əlaqələrin genişliyi həmin zonanın viruslarının
təbiətdə dəyişməsi tendensiyasını aydınlaşdırmaq məqsədilə virusların biosferdə
qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi, təbiətdə virus populyasiyası genofondu
haqda təsəvvürlərin genişlənməsi üzrə faktiki materialın alınmasının vacib
olduğunu hesab etməyə əsas verirdi.
Bununla əlaqədar olaraq qrip viruslarının təbii biosenozlarda, xüsusən
Qızılağac qoruğunda (subtropik zona), gümüşü qağayıların yuva koloniyalarında
(Bakı Arxipelaqının Gil adasında), Bakı şəh. Xəzəryanı zonada bir sıra quşçuluq
fermalarında və heyvandarlıq təsərrüfatlarında sirkulyasiyasının öyrənilməsinə dair
tədqiqatlar aparılmışdır.
4.1.Vəhşi və ev heyvanlarından alınan materialın yığılma yerinin
xarakteristikası
.
Qızılağac qoruğu Xəzər sahilində Azərbaycanın cənubi-şərqində yerləşir.
Qızılağac qoruğunun iqlimi şimali-qərbdə yerləşən quru iqlimə malik geniş
Kür-Araz ovalığının, qərbdən – Talış dağları sisteminin , Şərqdən – Xəzər
dənizinin geniş su məkanının təsiri altında yaranır.
Bu qədər müxtəlif iqlimli zonaların birbaşa qonşuluqları qoruğun iqlim
şəraitinə bəzi xüsusiyyətlər verir.
134
Belə ki, qoruğun çox da böyük olmayan ərazisində (88 min ha) şimaldan
cənuba doğru yağıntıların artması və havanın temperaturunun əhəmiyyətsiz
dərəcədə azalması müşahidə edilir.
Ümumiyyətlə, qoruğun iqlimi isti mülayim-isti, subtropiklərə məxsus
yumşaq qışlı, isti yaylı və bol yağıntılı kimi xarakterizə oluna bilər.
Havanın orta illik temperaturu 13-14 ºC arasında dəyişir, ən isti ayların (iyul,
avqust) maksimal temperaturu 43ºC-ə çatır.
Ən soyuq ayın orta temperaturu -3 ºC-dən +18 ºC-ə qədərdir.
Bəzən havanın temperaturunun soyuması davamlı olur – iki aya qədər.
Qoruğun heyvanlar aləmi.
Qoruğun onurğalı heyvanları 23 növ məməlilərdən, 270 növə yaxın
quşlardan, 12 növ sürünənlərdən, 47 növ balıqlardan ibarətdir.
Su quşlarının qışlaması.
Qızılağac qoruğuna məşhurluq gətirən su quşlarının onun ərazisində
qışlamasıdır.
Burada qışlayan ördək, qaz, qu quşları Qərbi Sibirin şımalında, Cənubi
Uralda və Şimali-Qərbi Qazaxıstanda yuva qururlar.
Su quşlarının növ tərkibi müxtəlifdir. Bura zonalara, boz qazlar, çay
ördəkləri və s. uçub gəlir.
Onlar qışlayan quşların əsas hissəsini təşkil edirlər.
135
Qoruğun su hövzələrinin müxtəlif ekoloji şəraiti orada qışlayan quşların
tərkibinin müxtəlifliyinə səbəb olur.
Böyük Qızılağac Körfəzi, ekoloji şəraitin müxtəlifliyi ilə xarakterizə olunur.
Praktik olaraq bura qoruqda rast gələn bütün su və su ətrafı quşların yaşayış
mühitidir.
Onun dərin, mərkəzi hissəsində ördəklər, balıq yeyən quşlar- pelikanlar,
qağayılar suya baş vurmaqla yem tapırlar. Daha dayaz yerlərdə qu quşları
yığışırlar.
Sahil ətrafı dayazlığı çay ördəkləri və flaminqolar (qızıl qazlar) tutur.
Sərçəkimilər dəstəsindən olan quşlardan sığırçınlara, boz qağayı və çöl
şanapipiyinə rast gəlmək olar. İçməli su hövzəsinə çevrilmiş Kiçik körfəz yeknəsək
şəraiti ilə fərqlənir - dərin yerdə qamışlıq yoxdur, dayaz yerdə sahilə yaxın
qamışlıqdır.
Kiçik körfəzdə suya baş vurmaqla özünə yem tapan quşlar qışlayır.
Suda üzən quşların qışlama dövründə sayı sabit olmur. Çox hallarda bir – iki
gün ərzində bu rəqəm bir neçə dəfə dəyişir.
Şimal rayonlarından gələn soyuq dalğa quşları cənuba doğru yerdəyişməyə
məcbur edir.
Qoruq üçün çöl quşlarının da qışlaması xarakterikdir: turac, boz qarğa, çöl
şanapipikləri və s.
Yırtıcı quşların növ tərkibi müxtəlifdir.
Kür çayından Lopatin körfəzinə su verən magistral kanalın dambasında
durna, kəkilli şanapipiklərə, sərçə dəstələrinə rast gəlmək olur.
136
Qoruğun yay ornitokompleksində ilk növbədə avarayaqlı quşların yuva
koloniyaları nəzərə çarpır.
Qızılağac qoruğunda yuva salan və ya onun ərazisində qışlayan quşların
qışlama yerləri müxtəlif növ quş populyasiyaları arasında sıx biosenotik əlaqələrin
olduğunu göstərir, bu isə Qızılağac qoruğunun infeksiya ocağı kimi əhəmiyyətini
yüksəldir.
Quşların miqrasiyası dövrünü qeyd etmək lazımdır: quşların qoruğa gəlməsi-
martın ortalarında, qoruqda yuvalama- iyun, qoruqdan uçub getmə-oktyabr-noyabr
aylarıdır.
Gil adası.
Gümüşü qağayı-Azərbaycan hüdudunda Xəzərin Cənubi-Qərbində sahil
zolağında yuva salan çoxsaylı quşlardan biridir.
Hazırada bu quşların güclü yuva koloniyaları Gil adasında qalmışdır. Yaz
köçməsi fevraldan başlayır. Uçuş yolu Qızılağac qoruğundan keçir. Gil adasında
qağayılar martın ortalarında meydana çıxır və həmin ayın son günlərində cütlüklər
yuva tikməyə başlayır.
Balaların yumurtadan çıxma prosesi yalnız iyunun əvvəllərində sona çatır.
İyunun ortalarına, isti dövrdə balalar suya keçir. İyulun ilk günlərində
onların demək olar ki, hamısı uçmağa qabildirlər, ayın ortasında isə - adadan uçub
gedirlər.
137
Yuva salmış qağayılar bütün dəniz sahili boyu uçurlar və çayın mənsəbində
toplaşırlar.
Bu yerlərdə qağayıların yüksək sayı avqusta qədər davam edir, sonra azalır,
oktyabrda isə köçəri quşların şimal populyasiyasının hesabına yenidən artır.
Soyuqların düşməsi ilə qağayıların sayı çox olur. Qış vaxtı o, materiklə sıx
əlaqədardır, su hövzələrini Mil-Qarabağ, Şirvan, Muğan düzlərinin və Qobustan
rayonlarının quşuna çevrilir, Bakı ş. üzərindən qağayıların uçub getməsi müşahidə
olunur.
Əsas qışlama yeri- dəniz sahili, keçmiş Sarı su adası rayonudur.
Ev quşları və heyvanlarından material götürülən quşçuluq fermaları və
heyvandarlıq təsərrüfatları Azərbaycanın müxtəlif rayonlarında və Bakı ş. Xəzər
dənizi sahili ətrafında yerləşir.
İnsandan A/H1N3/ qripi virusunun rekombinant ştammı alınan (III fəsilə
bax) Hövsan kəndi Abşeron yarımadasının cənub sahilində yerləşir.
Ştammın populyasiyaya gətirilməsini, bəlkə də A/H1N3/ qripi virusunun
atipik formalaşmasını fərz edən bir sıra faktorları qeyd etmək lazımdır.
Hövsan kəndi rayonundan suda üzən quşların köçmə yolu keçir.
Suda baş vuran ördəklərin uçuşu (qışlama yeri kimi) dəniz sahili ilə
əlaqədardır.
Qışlama yerləri aşağıdakı rayonların dəniz sahilindədir: Lənkərandan keçmiş
Kirov körfəzinin şimal sahillərinə qədər, Kürün mənsəbində, Ələt sahilində-
Sanqaçal, bütün Abşeron yarımadasını və Siyəzən rayonunda Dəvəçi limanından
cənuba doğru böyük sahəni əhatə edir.
138
Qazların və digər quşların qışlama yerinə keçməsi demək olar ki, çay
ördəklərində olduğu kimidir.
Fərq yalnız ondadır ki, Dəvəçi limanından uçuş yelpikvari istiqamətdə
gedir.Virusun gətirilməsi vəhşi quşlar vasitəsilə aşağıdakı zəncir üzrə mümkündür:
Quano, dəniz su mühitinin yoluxması, sahilətrafı qurşaqda heyvan və
insanlar.
Ev heyvanları və quşları təsərrüfatlarında kənd əhalisinin çoxluğu
rekombinasiyanı imkan verən biosenotik əlaqələr üçün əsas momentdir. Bundan
başqa, Bakı ş. və Hövsan kəndi yerləşən Abşeron yarımadasının təbii iqlim
şəraitinin əsas faktorunu qeyd etmək lazımdır. Bu, şimal və cənub küləklərinin
üstünlük təşkil etdiyi külək rejimidir. Cənub sahilətrafında (Hövsan kəndi) şimali-
qərb küləkləri üstünlük təşkil edir, özü də soyuq dövrdə daha güclü olur.
Qeyd edilən fakt külək faktorunun, xüsusən mussonların kəskin respirator
virus infeksiyalarına təsiri haqda ədəbiyyat materialını (ədəbiyyat xülasəsinə bax)
nəzərə alsaq maraq doğurur.
4.2. Vəhşi quşların və piyada komplekslərin ekoloji tədqiqatlarının nəticələri.
4.2.1. Vəhşi quşların zərdabında at, donuz, quş və eləcə də insan (H10)
viruslarına qarşı antitellər.
Təbiətdə qrip virusları genofondu haqda təsəvvürləri genişləndirmək
məqsədilə Azərbaycan Respublikası təbii biosenozlarında sirkulə edən virusların
spektrinin müəyyən edilməsi üçün vəhşi quş və heyvanların zərdabında heyvan və
139
insanların A qripi virusları antigenlərinə qarşı antitellərin təyini üzrə kəşfiyyat işi
aparılmışdır.
Öyrənilən heyvanların spektri su-suətrafı və quru komplekslərinin oturaq və
köçəri quşlardan ibarət idi (Cədvəl 12).
Müşahidə dövründə vəhşi quş və heyvanların 27 növünün 581 fərdi tədqiq
edilmişdir.
Tədqiqatın nəticələri biosenozun bütün tədqiq olunan üzvlərinin zərdabında
A qripi viruslarına qarşı geniş spektrli antihemaqqlütininlərin (H1H2) olduğunu
müəyyən etdi.
Vəhşi quşların zərdabında quş qripi viruslarına qarşı antitellərlə yanaşı at,
donuz, insan qripi virusları antigenlərinə qarşı antitellərin olması faktı maraq
doğurur.
Quşların A qripi viruslarına qarşı antihemaqqlütininlərin daha əhəmiyyətli
orta –həndəsi titri (OHT) tədqiqatın payız-qış dövründə müəyyən edilmişdir.
Məsələn, 1977-ci ilin iyununda A qripi virusunun Gil adasında gümüşü qağayılar
arasında sirkulyasiyasında OHT-3,3 olduğu halda, 1977-1983-cü illərin payız
dövründə qağayıların arasında virusun sirkulyasiyası intensivləşmiş və OHT-5,3-ə
çatmışdır. Bu isə payızda quşların yeni yoluxmuş partiyasının qoruğa qışlamağa
gəlməsi yayda yumurtadan çıxan balaların yoluxması ilə nəticələnən yuva qurması
ilə izah edilir.
Gil adasında olan gümüşü qağayılarda və Qızılağac qoruğundan olan
tısbağalarda А/лошадь/Майами/1/63/H3N8 qripi virusunun antigeninə qarşı
140
antitellərin olması Qızılağac qoruğundan olan vağların qan zərdabında
A/крачкa/Ю.Африка/61/H5N3/, А/индюк/Англия/63/H7N34/, А/буревестник/
Австралия/72/H6N5 antigenlərinə qarşı antitellərin olması və qurbağalarda
А/буревестник/Австралия/72/H6N5 virusuna qarşı antitellərin olması diqqəti
cəlb edir (şək.22).
Quşların zərdabında A/крачкa/Ю.Африка/61/H5N3/ antigeninə qarşı
identik antitellərin müayinə edilmiş 9 növ quşlardan 6 növündə tapıldığını qeyd
etmək lazımdır:
А/индюк/Онтарио/68/H8N4/-ə
qarşı
quşların
5
növündə,
А/индюк/Висконсин/66/H9N21/
-
quşların
6
növündə,
А/цыпленок/Германия/«N»/49/H10N7/
-
quşların
6
növündə,
А/утка/Украина/1/63/H3N8/
-
quşların
5
növündə,
А/буревестник/Австралия/1/72/ - quşların 6
növündə.
Populyasiyalar arasında qarşılıqlı əlqaə baxımından materik ördəklərinin
zərdabında A/свинья/Айова/25/30/H1N1/-ə qarşı antitellərin tapılması (şək.21,22)
və 1977-1983-cü illərin yay-payız dövründə qağayılarda insanın qrip virusuna
qarşı antitellərin xüsusilə zəngin spektri faktı maraqlıdır (şək.22).
1977-1983-cü illər ərzində tədqiq olunmuş Qızılağac qoruğu və Gil adası
vəhşi quşlarının və heyvanlarının növləri. Cədvəl 12
№ Quş və heyvanların adı
Tədqiq olunmuş
fərdlərin sayı
Azərbaycan dilində adı
Latınca adı
141
1
Sarı vağ
Ardecla ralloides
40
2
Misir vağı
Bubulcus ibis
5
3
Ağ vağ
Ardea alba
12
4
Kiçik ağ vağ
Ardea alba
10
5
Kürən vağ
Ardea purpurea
2
6
Podiceps cristatus L.
2
7
Podiceps ruficollis
2
8
Materik ördəyi
Anas plathyrhynchos
6
9
Ördək
Nycticorax nycticorax
50
10 Gümüşü qağayı
Larus argentasus
124
11 Qaşqaldağ
Fulica etra
206
12
Merops supercilliosus L.
2
13 Kiçik baklan
Phalacrocorax pygmenus
40
14
Circus acruginosus
3
15 Göl qağayısı
Larus ridibundus
1
16 Su qaranquşu
Sterna hirundo
10
17
Bitaurus stellaris
1
Cədvəl 12-nin davamı
18 Qırmızıbaş ördək
Aythya ferina
20
19
Plegadis falcinellus L.
10
20
Anas querquedule
3
142
21 Qarğa
Corvus corone cornix
8
22 Sığırçın
Sturnus vulgaris
10
23 Adı qarğa
Pica pica pica L.
4
24 Göyərçin
Streptopelia decaocto
2
25 Tülkü
Vulpes vulpes L.
1
26 Göl qurbağası
Rana ridibunda saharica Blgr. 4
27 Xəzər tısbağası
Clemmys caspica Emel.
3
Cəmi:
581
Gümüşü qağayılar arasında qrip viruslarına qarşı antitellərin tapılmasının ən
böyük tezliyi 1982, 1983-cü illərin payız dövründə və 1979-cu ilin yay dövründə
müşahidə olunurdu (şək.22).
A qripi viruslarının müxtəlif illərdə təbii biosenozlarda sirkulyasiyasının
qeyri-bərabər intensivliyi, güman ki, infeksiyanın populyasiyanın həssas qatlarının
miqdarından asılı olaraq impulslarla yayılması ilə izah olunandır.
1978-ci ilin may, iyun aylarında Azərbaycanın həmin ərazisində, yəni
Qızılağac qoruğunda aşağıdakı quşların zərdabı tədqiq edilmişdir: qarğa, göyərçin,
qağayılar.
Vəhşi quşların populyasiyasında quş, donuz, insan qripi viruslarının davam
edən sirkulyasiyası qeyd edilmişdir.
143
1978, 1979-cu illərin iyununda А/цыпленок/Германия/«N»/49/H10N7/
qripi virusunun Gil adasından olan qağayılar arasında sirkulyasiyası qeyd
olunmuşdur (şək 22). At qripi virusunun А/лошадь/Майами/1/63/H3N8/ qağayılar
və Qızılağac qoruğuun başqa vəhşi quşları arasında sirkulyasiyası davam edirdi.
İnsan qripi viruslarının vəhşi quşlar arasında geniş sirkulyasiyası faktı
maraqlıdır.İnsan populyasiyasında xüsusi aktuallığa malik A/CCCP/090/77/H1N1/
qripi virusu ştammının OHT=5,3 idi. А/Виктория/3/75 qrip virusu ştammının
sirkulyasiyası OHT =8,1-lə ifadə edilmişdir.
Qızılağac qoruğunda 1979-cu ilin yanvar, aprel və iyun aylarında, qışlayan
quşlardan, quşların yuvalamağa uçub gəldiyi dövrdə və balaların yumurtadan
çıxması dövründə materialın götürülməsi həyata keçirilmişdir.
1979-cu ildə tədqiq olunan quşların spektri baklanlardan; apreldə
ördəklərdən, iyunda baklanlardan, gümüşü qağayılardan, vağlardan ibarət idi.
1979-cu ildə A qripi viruslarının əvvəlki illərə nisbətən daha geniş spektrli
vəhşi quşlar arasında daha intensiv sirkulyasiyası qeyd olunmuşdur.
А/цыпленок/Германия/«N»/49/H10N7/ qripi viruslarının daha çox artmış
sirkulyasiyası qeydə alınmışdır (OHT =5,3-6,9). Müsbət tapıntıların yüksək faizi
həm də А/утка/Украина/1/63/H3N8/, А/индюк/Массачуссетс/65/H6N2/,
А/утка/Англия/56/H11N6/ qripi viruslarında qeydə alınmışdır.
1979-cu ildə insan virularının vəhşi quşlar arasında sirkulyasiyasının
xüsusən zəngin spektrini qeyd etmək lazımdır.
A/H1N1/ və A/H3N2/ qripi viruslarının artmış sirkulyasiyasını xüsusən qeyd
etmək lazımdır.
144
İnsanın aktual qrip viruslarına qarşı üzə çıxarılan antitellərin yüksək titri
köhnə ştammlara qarşı (A/ФМ/1/47/, A/PR/18) antitellərin üzə çıxarılması ilə
uzlaşırdı. Bu isə onların quş populyasiyalarında qorunub saxlanmasının
mümkünlüyünü güman etməyə əsas verir.
1979-cu ildə virusların biosenozlarda xüsusilə intensiv sirkulyasiya etdiyi və
xüsusən А/цыпленок/Германия/«N»/49/H10N7/ qripi virusu antigeni ilə əlaqədar
seroloji tapıntıların faizinin artdığı dövrdə biz КRХ xəstələnmiş uşaqdan
А/Баку/900/79/H10N7/
qripi
virusu
ştammını
aldıq.
Bu
ştamm
А/цыпленок/Германия/«N»/49/H10N7/ qripi virusuna yaxın qohumdur.(III fəslə
bax).
1979-cu ilin yanvarında qışlayan baklanların zərdabında antitellər demək
olar ki, tamamilə yox idi. Ancaq 1979-cu ilin aprelində, yəni tədqiqatın yaz
dövründə ördəklərin qan zərdabının seroloji tədqiqi quşların virus infeksiyasının
geniş spektri ilə yüksək dərəcədə yoluxmasını üzə çıxardı.
Yəqin ki, quşların (ola bilər ki, yoluxmuş) yuva qurmağa uçub gəlməsi,
quşların kontaktını və infeksiyanın qorunmasını təmin edən faktordur.
Tədqiqatın həmin dövründə, yəni 1979-cu ilin iyununda bala quşların,
məsələn ördəklərin və kürən vağların, kiçik ağ vağların müxtəlif dərəcədə
yoluxmuş olması faktı maraqlıdır.
Virusların təbiətdə sirkulyasiyasında tülküdə insan qripi viruslarına qarşı
1:20-dən 1:80-ə qədər titrdə antitellərin olması (OHT =5,3) maraq doğurur (şək
22).
145
Üzə çıxarılmış bu fakta əlavə olaraq 1979-cu ilin iyununda Gil adasında
qağayılarda insan qripi viruslarına qarşı antitellərin geniş spektrini qeyd etmək
lazımdır. 1980-cı ilin iyununda kiçik vağlarda A/индюк/Онтарио/6 və
А/индюк/Массачуссетс/65 qripi viruslarına qarşı 1:10-1:20 titrində antitellər
tapılmışdır. OHT =3,33 və 5,4 (müvafiq olaraq).
Beləliklə, 1977-1980-cı illər ərzində su və su yanı kompleksin köçəri və
qışlayan quşlardan sonuncuları əhatə etməklə, yaz dövründə - yuvalamağa uçub
gələn quşlardan və yay dövründə - bala quşlar və yetkin fərdlərdən materialın
götürülməsi ilin müxtəlif fəsillərində həyata keçirilmişdir.
Subtropiklər zonasında, Qızılağac qoruğunda və Gil adasında aparılan
tədqiqatların nəticələri quşların heyvan və insan mənşəli A qripi virusları ilə
yoluxmasininnın geniş spektrini müəyyən etdi.
Bütünlükdə, A/H1N1/ qripi viruslarının 1978-ci ilin yay dövrü və 1979-cu
ilin qış dövründə sirkulyasiyasını; 1979-cu ilin yaz-yay dövründə A/H3N2/ qripi
viruslarının sirkulyasiyasının intensivliyinin əhəmiyyətli dərəcədə yüksəlməsini
(1979-cu ilin aprelində və 1979-cu ilin iyununda) qeyd etmək lazımdır. İnsan qripi
virusları ilə yanaşı A/H10N7/ qripi virusunun sirkulyasiyasının yüksək səviyyəsi
xüsusən 1979-cu ilin yanvar və aprelində qeyd olunmuşdur. A/H3N8/ qripi
viruslarının 1979-cu ilin yanvarından aprelinə qədər geniş surətdə yayılmasını
qeyd etmək lazımdır.
Qızılağac qoruğunda və Gil adasında 1981-1983-cü illər ərzində vəhşi
quşların populyasiyasında qrip infeksiyasının seroloji, virusoloji cəhətdən tədqiqi
davam etdirilmişdir.
146
Müayinə edilən quşların spektri kiçik baklanlardan, sarı vağlardan,
göyərçinlərdən, ördəklərdən və s. ibarət idi.
HALR-da А/утка/Украина/1/63/H3N8 və А/буревестник/Австралия/1/72/
H6N5 antigenlərinə qarşı antitellərin çox da yüksək olmayan titri (müvafiq olaraq
OHT-8,1 və 6,8) müəyyən edilmişdir.
İnsan mənşəli antigenlərlə HALR-da A/Хабаровск/77, A/Texac/1/77,
A/Шклявер/48, A/Нью-Джерси/76/ mənfi nəticələr alınmışdır. 1981-ci ilin may,
sentyabr və dekabr aylarında vəhşi quşların qan zərdabının heyvan və insan
mənşəli qrip virusları antigeninə qarşı tədqiq olunması davam etdirilmişdir.
1981-ci ilin mayında Qızılağac qoruğundan olan vəhşi quşların zərdabının
tədqiqi zamanı bir sıra quşlarda identik antitellərin olduğu müəyyən edilmişdir.
Məsələn: A/лошадь/Прага/56/H7N7 qripi virusuna qarşı kiçik baklanlarda
və sarı vağlarda müvafiq olaraq OHT =5,7 və 4,8 eləcə də göyərçində (OHT=6,3)
1:40- 1:80 titrində antitellər müəyyən edilmişdir. Qaşqaldaqlarda və su
qaranquşlarında sentyabrda heyvan mənşəli A qripi viruslarına qarşı identik
antitellər müəyyən edilmişdir. Bundan başqa, insan viruslarına qarşı antitellərin
olması maraq doğurur:
A/Виктория/3/75, А/Шклявер/48 viruslarına qarşı su qaranquşlarında
OHT=5,3 və 4,3 –dur. Su qaranquşları geniş yaşayış yeri diapazonuna və kontakta
malikdirlər. Bu isə yəqin ki, onların insan populyasiyası ilə əlaqəsini təmin edir
(şək.21).
147
1981-ci ilin iyununda Gil adasında bala qağayılardan 10 zərdab sınağı
götürülmüş və heyvan mənşəli qrip viruslarının 9 antigeninə qarşı tədqiq
edilmişdir.
А/свинья/Айова/15/30 antigeninə qarşı antitellər 2 halda OHT =3,33 titri
ilə, 1 halda А/буревестник/Австралия/1/72/H6N5/ (OHT=3,33) qripi virusu
antigeninə qarşı müəyyən edilmişdir.
1981-ci ilin dekabrında HALR-da Qızılağac qoruğunun vəhşi quşlarından
alınmış 35 qan zərdabı heyvan və insan mənşəli qrip viruslarının 15 antigeninə
qarşı tədqiq edilmişdir. Bu zaman qaşqaldaqlarda həm heyvan, həm də insan
mənşəli qrip virusları antigenlərinə qarşı antitellərin (titr 1:320-ə qədər) daha
zəngin spektri müəyyən edilmişdir.
İnsan qripi virusları antigenlərinə qarşı daha yüksək titrli antitellər
A/Бразилия/11/78/H1N1/
virusuna
OHT=4,4,
A/Бангкок/1/79/H3N2/,
A/Texac/1/77/ qarşı müəyyən edilmişdir.
H1N1 antigen formuluna malik, insan cəmiyyətində sirkulyasiyaya 1977-ci
ilin noyabrında başlamış qrip virusuna qarşı antitellərin müəyyən edilməsi maraq
döğurur. Bu, onunla əlaqədardır ki, həmin zonada analoji formulaya malik virus
ştammı Gil adasından olan bala qağayıdan ayrılmışdır – A/серебристая
чайка/Баку/843/79 H1N1 qripi virusu A/Бразилия/11/78- ə yaxın qohum olan
H1N1 epidemik ştammının analoqudur.
Elə həmin dövrdə də qağayılarda A/CCCP/090/77/H1N1 (OHT -3,33),
A/ФM/1/47H1N1 (OHT-3,33), A/Texac/1/77/H3N2 (OHT-5,3) viruslarına qarşı
antitellər müəyyən edilmişdir (şək.22).
148
1982-ci ildə Qızılağac qoruğunun vəhşi quşlarının qaşqaldaq, baklanlar və s.
ibarət spektri tədqiq olundu.
Tədqiqatlar ilin qış (yanvar, dekabr), yaz (mart) və payız (oktyabr) dövründə
aparılmışdır.
Qeyd etmək lazımdır ki, 1982-ci ilin martında vəhşi quşların zərdabında qrip
viruslarına qarşı antitellər tamamilə yox idi, ancaq payız-qış aylarında (yüksək titrli
antitellər 1:320-ə qədər OHT-5,7) qaşqaldaqda A/утка/Англия/56/H11N6
virusuna qarşı müəyyən edilmişdir.
Həmin ştammın sirkulyasiyası həmin dövrdə, yəni 1982-ci ilin yanvarında
qırmızıbaş ördəklərdə də qeyd olunmuşdur (titr 1:20-dən 1:80-ə qədər; OHT -5,3).
Qaşqaldaqlarda həmin ayda A/крачка/Ю.Африка/61/H5N3/ virusuna qarşı 1:160
titrində antitellər tapılmışdır (OHT -7,3) (Şək 22).
Həmin ilin dekabrında göstərilən virusun qaşqaldaqlar və qırmızıbaş
ördəklər arasında sirkulyasiyası 1:20- 1:40 titrində (OHT=4,0 və 5,3) qeyd
olunmuşdur (şək 21, 22).
At
qripi
viruslarının
qaşqaldaqlar,
qırmızıbaş
ördəklər
arasında
sirkulyasiyasını xüsusi qeyd etmək lazımdır. А/лошадь/Прага/56/H7N7/ qripi
virusunun sirkulyasiyası 1:40 titrində qeyd olunmuşdur (OHT=5,3 və 4,9).
Tədqiq olunmuş quşların zərdabında heyvan və insan qripinə qarşı H1-H2
antihemaqqlütininlərin geniş spektrinin olduğunu qeyd etmək lazımdır.
İlin payızında, oktyabrda A/лошадь/Прага/56/H7N7/ qripi virusunun
(OHT=4,3) kiçik balkanlar arasında, A/буревестник/Австралия/1/72/H6N5
(OHT=4,5)
və
A/индюк/Висконсин/66/H9N2,
qaşqaldaqlar
arasında
149
sirkulyasiyası qeydə alınmışdır. Bu sirkulyasiya 1982-ci ilin dekabrında da 1:80
titrində (OHT =4,9) davam edirdi.
Elə həmin dövrdə Gil adasından olan qağayılar arasında sirkulyasiya edən
virusların analoji spektrini qeyd etmək lazımdır. Bu isə uçuş yolları Qızılağac
qoruğu üzərindən keçən, Gil adasında yuvalayan qağayıların qarşılıqlı əlaqəsini
göstərir.
Bu zonada 1983-cü ilin iyununda davam edən tədqiqatlar nəticəsində vəhşi
quşların zərdabında yüksək titrli antitellərin (1:20-ə qədər) olduğu üzə çıxmışdır.
Beləliklə, 26 zərdabı insan və heyvan qripi viruslarının 19 antigeni üzrə tədqiq
edərkən
aşağıdakı
antigenlərə
qarşı
antitellər
üzə
çıxmışdır:
A/крачка/Ю.Африка/61/H5N3/ antigeninə qarşı – ağ vağlarda 2 halda titr 1:4, 1:8
olmaqla, ördəklərdə titr 1:16, А/индюк/Массачусетс/65/H6N2 antigeninə qarşı-
ağ vağda titr 1:4 olmaqla, ördəklərdə 7 halda titr 1:4 –dən 1:16 –ya qədər olmaqla
A/лошадь/Майами/63/H3N8/ antigeninə qarşı – 4 ördəkdə 1:4-dən 1:16-ya qədər
titrlərdə.
Tədqiq olunmuş 3 tısbağada yüksək titrli antitellərin olduğunu qeyd etmək
lazımdır: 1-ci tısbağada A/крачка/Ю.Африка/61/H5N3/ antigeninə qarşı 1:20
titrində antitellər (OHT=4,3), digər 2 tısbağada – А/индюк/Онтарио/68/H8N4
antigeninə qarşı 1:20 və 1:40 titrlərində (OHT =4,8) antitellər tapılmışdır.
İnsan qripi virusu antigenlərinə qarşı antitellər üzə çıxmamışdır, bu ola bilər
ki, tədqiqatın dövrü ilə, yəni əhalinin qriplə xəstələnməsinin çox da yüksək
olmayan səviyyəsi ilə izah edilsin. Bu zaman quşların kontakt vasitəsilə yoluxması
ehtimalı azdır.
150
1983-cü ilin oktyabrında həmin zonada tədqiqatların davam etdirilməsi
nəticəsində insan qripi viruslarının heyvan qripi virusları ilə yanaşı sirkulyasiya
etməsinin seroloji təsdiqi alınmışdır.
Yuxarıda göstərilən quşlardan alınmış 18 zərdab heyvan və insan qripi
viruslarının 15 antigeninə qarşı HALR-da seroloji tədqiq edilmişdir. Bu zaman
heyvan qripi viruslarına qarşı antitellər 1:80 titrində və insanın A qripi viruslarına
qarşı antitellər 1:40 titrində bütün tədqiq edilən quş növlərinin zərdabında
tapılmışdır. А/свинья/Айова/15/30 və А/Нью-Джерси/76 qripi viruslarının
gümüşü qağayılar, ördəklər arasında geniş sirkulyasiyasını (OHT =4,7) qeyd etmək
lazımdır.
Yuxarıda qeyd olunan faktik material əvvəllər 1977-1980-cı illərdə vəhşi
quşların zərdabında tək quş qripi viruslarına qarşı deyil, eləcə də at, donuz və insan
qripi viruslarına qarşı antitellərin olması haqda məlumatları təsdiq edir.
Antihemaqqlyütininlərin (H1, H3, H4, H6, H10, H11) geniş spektri
qaşqaldaqlarda müvafiq olaraq orta-həndəsi titrlərdə 4,7; 5,1; 6,1; 4,8; 3,3; 5,2; 5,9;
üzə çıxmışdır.
Həmin dövrdə antihemaqqlütininlərin spektri (H1, H3, H4, H8, H10)
gümüşü qağayılarda, demək olar ki, analojidir.SQT (5,6; 5,4; 5,9; 5,4; 5,9;).
Ördəklərdə antihemaqqlütininlər H1, H3, H4 tapılmışdır. OHT=5,6; 5,3;
6,3;.
Qoruğa yaxın zona (Lənkəran ş.) insanlarının zərdabında heyvan qripi
viruslarına qarşı yüksək titrli antitellərin olması və virusların geniş spektri maraq
doğurur.
151
Antihemaqqlütininlərin xüsusən zəngin spektri 1983-cü ilin mart və
oktyabrında üzə çıxmışdır: H1, H3, H4, H5, H6, H7, H8, H9, H10, H11.
Yuxarıda qeyd olunan fakt həmin zonanın, xüsusən Lənkəranın insan
populyasiyasının ov mövsümündə (kişilər) və quşların təmizlənməsi anında
(qadınlar və uşaqlar) quş populyasiyası ilə kontaktın olması ilə izah olunur.
Bundan başqa, əhalnin ev quşları –ördəklər, qazlar Kiçik və Böyük körfəzin
sahilində bilavasitə vəhşi ördəklərlə, baklanlarla, qaşqaldaqlarla kontaktda olurlar.
Yuxarıda qeyd olunan populyasiyadakı qarşılıqlı əlaqə və virusların növ
spesifik səddi aşması insanlarda heyvan qripi viruslarına qarşı antitellərin olmasını
güman ki, təmin edir.
Beləliklə, alınan faktiki material insan və heyvan qripi virusları arasında
qarşılıqlı əlaqənin olması, heyvanların insanlardan yoluxması imkanı və quşların
qrip virusları ilə yoluxması halları haqda məlumatları daha da zənginləşdirdi.
Qrip virusunun antigen variasiyaları spesifikasına ekoloji nəzarətin məntiqi
nəticəsi, virusun təbii rekombinant ştammının Bakı ş. ətrafında kəskin respirator
xəstəlikli 6 yaşlı uşağın qanından 1982-ci ildə alınması oldu. Bu, virusların təbii
şəraitdə rekombinasiyasının mümkünlüyünün təsdiqi idi (eksperimentdə in vitro
şəraitində müəyyən olunmuşdur).
Təbii rekombinantın alınması A qripi viruslarının yeni ştammlarının
yaranması haqda hipotezlərdən birinin təsdiqinə müəyyən təkan verdi; qeyd etmək
lazımdır ki, insandan A/H1N3/ qripi virusunun qeyd olunan rekombinantının
dünyada ilk müəyyən epidemik potensiala malik yeni ştammların əmələ gəlməsinə
imkan verən iqlim və epidemik şəraitdə baş verdi:
152
Həmin uşaq ölkənin cənubunda Xəzər dənizi sahilində Abşeron
yarımadasında yerləşən qəsəbədə yaşayırdı. Uşağın çoxuşaqlı ailəsinin yardımçı
təsərrüfatında çoxlu quşlar (toyuqlar), qoyunlar və itlər olduğu qeydə alınmışdır.
Bundan başqa, qeyd etmək lazımdır ki, təbii rekombinant ştammın insandan
alınması ştammın insan orqanizmində nəinki adaptasiyasına, eləcə də
formalaşmasına imkan verir.
Vəhşi quş və heyvanların 27 növünün 581 fərdinin tədqiqi nəticəsində vəhşi
quşların zərdabında quş qripi virusları ilə yanaşı at, donuz, insan qripi viruslarınnın
antigenlərinə qarşı antitellərin olması faktı üzə çıxmışdır.
Vəhşi quşlarda antihemaqqlütininlərin geniş spektrinin olması (H1-H11)
qeydə alınmışdır, bu isə həmin Qızılağac qoruğundakı virusoloji tapıntıları təsdiq
edir.
A qripi virusunun epidemik cəhətdən ştammlarının vəhşi quşlar arasında
intensiv sirkulyasiyası onların insan populyasiyasında epidemik yüksəlməsi
dövründə üzə çıxarılmışdır. Bu A/Бразилия/11/78/H1N1/ virusunun yaxın
qohumu olan H1N1 epidemik ştammının analoqu olan A/серебристая
чайка/Баку/843/78/H1N1 qripi virusunun ayrılması ilə təsdiq olunurdu.
1977-1979-cu illərdə vəhşi quşlarda antitellərin spektrinin və üzə çıxma
tezliyinin müqayisəsi ilin payız-yaz dövründə müsbət nəticələrin yüksək tezliyini
müəyyən etdi.
A qripi viruslarının təbii biosenozlarda müxtəlif illərdə sirkulyasiyasının
intensivliyinin qeyri-bərabəliyi, çox güman ki, infeksiyanın populyasiyadakı həssas
qatların sayından asılı olaraq impuls şəklində yayılması ilə izah olunandır.
153
Vəhşi quşların zərdabında keçmiş insan populyasiyası üçün qeyri-aktual olan
qrip viruslarına qarşı antitellərin olması üzə çıxmışdır. Bunu onların təbii qatlarda
qorunub saxlanması və sonradan insan populyasiyasına gətirilməsi kimi
qiymətləndirmək lazımdır.
Qoruğa yaxın zonanıın (Lənkəran ş.) insanlarının zərdabında heyvan qripi
viruslarına qarşı antitellərin (H1-H11) yüksək titri OHT-6,3-ə qədər) üzə
çıxarılmışdır.
Yuxarıda qeyd olunan fakt həmin zonanın insan populyasiyası ilə quş
populyasiyası arasında kontaktın olması ilə izah olunur. Populyasiyaların qarşılıqlı
əlaqəsi, növ spesifik baryerin dəf edilməsinin mümkünlüyünü, insanlarda heyvan
qripi viruslarına qarşı antitellərin olmamasını, görünür təmin edir.
Bakı ş. sahilətrafı zonada xəstə uşaqdan A/H0Nav2/-H1N3/ qripi virusnun
təbii rekombinant ştammının alınması Azərbaycan Respublikası ərazisində qrip
viruslarının antigen variasiyalarının spesifikliyinin ekoloji müşahidəsinin məntiqi
nəticəsidir.
4.2.2. Heyvan və insanların A qripi viruslarının vəhşi quşlardan və ətraf
mühit obyektlərindən izolyasiyası.
3 növ quşdan Hav2Neq2/H10N8/ antigen formuluna malik A qripi
viruslarının ayrılması A qripi viruslarının növ spesifikliyinin geniş diapazonunun
inandırıcı təsdiqi idi:(Cədvəl 13,14).
1. А/кваква/Баку/766/79/H10N8
2. А/болотный лунь/Баку/773/79/H10N6
154
3. А/лысуха/Баку/799/79/H10N8/.
Qızılağac qoruğu Kalinov limanının torpağından A qripi virusları ştammının
alınmasını qeyd etmək lazımdır: A/почва/Баку/1239/80/H10N8/ ştammına A qripi
virusunun biosferdə sirkulyasiyası tam zəncirində ayrı halqa kimi baxmaq olar
(cədvəl 15,16).
Seroloji nəticələr Gil adasından olan qağayılar İnsan populyasiyası üçün
1977-1980-cı illərdə epidemik cəhətdən aktual olan A/CCCP/090/77 ştammı
A/серебристая чайка/Азербайджан/843/78/H1N1 A qripi virusunun alınması ilə
təsdiq olundu (cədvəl 17,18,).
İdentifikasiyanın nəticələrinə görə ştamm H1N1 antigen formuluna malikdir
və A/CCCP/090/77 epidemik ştammın analoqudur.
A/Бразилия/11/78 ştammına qarşı monoklonal antitellərdən istifadə etməklə
izolə edilmiş ştammın antigen strukturunun öyrənilməsi onun antigen cəhətdən
A/CCCP/090/77 və A/Бразилия/11/78 epidemik qrip virusları ilə qohumluğunu
təsdiq etdi (cədvəl 19).
Yuxarıda qeyd edilən ştammların identifikasiyası D.İ.İvanovski adına
virusologiya institutunun virusların ekologiyası şöbəsində b.e.n. İ.A.Myasnikova
və b.e.n. S.S.Yamnikova ilə birgə aparılmışdır.
İzolə edilmiş ştammların identifikasiyası üçün qrip virusnun etalon
ştammlarına qarşı özündə hemaqqlütinin və neyraminidazanın bütün növlərini
saxlayan refleks-zərdabların tam dəstəsindən istifadə edilmişdir.
А/кваква/Баку/766/79,
А/Болотный
лунь/Баку/773/79,
А/лысуха/Баку/779/79 qripi virusları ilə HALR.
|