Müəllim əsas bilik mənbəyi kimi çıxış edir Ənənəvi təlim Fəal(interaktiv) təlim Digər mənbəlin mövcud olduğunu aşılayır Hafizəyə(yaddaşa ) əsaslanır Təfəkkürə əsaslanır Tədrisdə avtoritar üslub(hökmranlıq) Tədrisdə demokratik üslub Şagirdlər passivdir Şagirdlər fəaldır Monoloji təlim Dioloji təlim(müəllim-şagird, şagird-şagird və şagird-müəllim) Şagirdlər yeni biliyi müəllimin izah və məlumatlarından əldə edirlər Şagirdlər yeni bilikləri tədqiqat zamanı əldə edirlər Hazır əldə edilən biliklərin möhkəmləndirilməsi yolu mənimsə Məsələnin həlli prosesində biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi
Fəal(interaktiv)təlim zamanı müəllimdə lazım ola bilən keyfiyyətlər və davranış xüsusiyyətləri
- müəllimin hər bir şagirdə xüsusi etibar və hörmətlə, fərdi yanaşması
- müəllim və şagirdlərin birgə əməkdaşlığı, onların qarşılıqlı hörmət və etibarı
-şagirdlərin olduğu kimi qəbul edilməsi və onların müəllim tərəfindən daim dəstəklənməsi
-şagirdlərin qabiliyyətlərinə inam
- xeyirxahlıq, cavabların pis və ya yaxşı kimi qiymətləndirilməsindən imtina etmə
-Şagirdlərdə öyrənmə motivasiyası və stimulun yaranması
- onların sinif mühitinə, müəllimin xüsusi həssas münasibətinə uyğunlaşması
Fəal(interaktiv) təlimin mexanizmləri
Mexanizm № 1 Problemli şəraitin yaradılması. Şagirdin qarşısına problem qoyulur(problemli şəraiti yaratmaq) və onun problemi həll etməyə yönəldilməsi nəticəsində idrak fəallığı yaranır. Problem:
-diqqəti cəlb edən və maraqlı olmasına
-müxtəlif fərziyyələr yaratmasına
-müstəqil tədqiqat üçün mümkün olmasına
-şagirdin imkanlarına müvafiq olmasına(onun inkişaf səviyyəsinə uyğun gələn,lakin asan olmayan)
- şagirdə öz bacarığını həyata keçirməyə imkan verən formadatərtib olunmalıdır