30. Buxar maşını və lokomobilin maşinisti İşin xüsusiyyəti. 3-cü dərəcə Gücü 30 kVt-a qədər olan buxar maşını və lokomobilə xidmət, maşının işlənilə hazırlanmasında sürətinin tənzimlənməsi, işə salınması və dayandırılması. Qazan odluğunun yandırılması və istiliyin yanma prosesinin tənzimlənməsi. Qazanın su ilə qidalandırılması. Nəzarət-ölçü cihazlarına əsasən lokomobilin qazanında təzyiqə nəzarət. Qazanın təmizlənməsi, maşın və köməkçi mexanizmlərin hissələrinin təmizlənməsi. Buxar maşının və lokomobilin işində olan nasazlıqları aşkar etmək və aradan qaldırmaq.
Bilməlidir: buxar maşını, lokomobil və köməkçi avadanlığın quruluşunu və hərəkət prinsipini; istilik texnikası haqqında əsas məlumatları; buxar maşınının və lokomobilin işə salınması və dayandırılması qaydalarını; qazanların armaturunu və boru kəmərlərinin sxemini; buxar qazanlarına xidmət üzrə qazan nəzarəti qaydalarını; buxar qazanlarının təmizlənmə üsulunu; avadanlığın işində ortaya çıxan nasazlıqları və onların aradan qaldırılması üsullarını; nəzarət-ölçü cihazlarının quruluşunu.
4-cü dərəcə: gücü 30 kVt-dan yuxarı olan buxar maşını və lokomobilə xidmət zamanı.
31. Vaqonboşaldıcının maşinisti İşin xüsusiyyəti. 2-ci dərəcə Vaqonların verilməsi və vaqonboşaldıcısının qurulmasında vaqonitələyicilərin və elektrik bucurqadların idarə olunması və boşaltdıqdan sonra onların yığışdırılması. Avtoqarmaqların pazlanması. Sıxıcı qarmaqların yerində oturması üzərində müşayiət. Vaqonun boşaltmaya hazır olduğu haqda maşinistə siqnal verilməsi. Vaqonun qalan yükdən təmizlənməsi. Vaqonboşaldıcıya giriş zamanı işıqforların arxasınca qapıların və lyukların bağlanılması. Mexanizmlərin təmizlənməsi və yağlanması. Kanatların dəyişdirilməsində və təmir işlərinin aparılmasında iştirak.
Bilməlidir:vaqonitələyənlərin və elektrik bucurqadların işləmə prinsipini; yerli siqnalizasiyanı; vaqonların qoyulma qaydalarını; sürtkü materiallarının növlərini; dəmir yollarında siqnalizasiya üzrə təlimatı.