925) Nə vaxt doğan qadın güc verməməlidir?
A) Çiyinlər doğularkən
B) Təpə qabarları doğularkən
C) Döl başının xarici fırlanması zamanı
D) Döl başı (ənsə) doğulandan sonra
E) Ciftin ayrılma əlamətləri müsbət olduqda
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина» Москва, 1985
926) Şreder üsulu ilə ciftin ayrılma əlamətini yoxlamaq üçün nə etmək lazımdır?
A) Uşaqlıq dibinin hündürdə durma səviyyəsinin dəyişilməsini müəyyən etmək
B) Qadına nəfəs almasını təklif etmək
C) Qasıq üzərindən ovucun kənarı ilə bir qədər basmaq
D) Göbək ciyəsinin pulsasiyasını yoxlamaq
E) Qadına gücənmək təklif etmək
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина» Москва, 1985
927) Doğan qadının çəkisi 80 kq olduqda, doğuş zamanı fizioloji qan itirmənin yuxarı sərhəddi qadının çəkisinin neçə faizini təşkil edir?
A) 5%
B) 0,3%
C) 2%
D) 0,7%
E) 1%
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина» Москва, 1985
Dostları ilə paylaş: |