169) İnfeksion endokardit əsasən hansı xəstəliyin fonunda inkişaf edir?
A) Ürəyin aortal qüsuru
B) Mitral qapaq çatmamazlığı
C) Mitral stenoz
D) Kardiomiopatiya
E) Sol mədəciyin postinfarkt anevrizması
Ədəbiyyat: В.И. Маколкин, С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва, 1989
170) Sadalanan xroniki infeksiya ocaqlarından hansı infeksion endokarditin inkişaf etməsində rol oynayır?
A) Xroniki rinit
B) Xroniki parkreatit
C) Xroniki xolesistit
D) Xroniki sistit
E) Xroniki tonzillit
Ədəbiyyat: В.И. Маколкин, С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва ,1989
171) Kimlər daha çox infeksion endokarditlə xəstələnir?
A) Uşaqlar
B) Qocalar
C) Gənc qadınlar
D) Gənc kişilər
E) Klimaks dövrünü yaşayan qadınlar
Ədəbiyyat: В.И. Маколкин, С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва, 1989
172) Ürək qapaqlarının zədələnməsi ilə yanaşı subfebril temperaturun olması, EÇS-nin artması və emboliyalar hansı xəstəliyin göstəricisidir?
A) Revmokardit
B) Tromboflebit
C) Ürək qüsuru
D) İnfeksion endokardit
E) Miokardit
Ədəbiyyat: В.И. Маколкин, С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва ,1989
Dostları ilə paylaş: |