427) Doğulduqdan sonra yeni doğulma dövrü hansı müddət hesab edilir?
A) 2 ayadək
B) 3 ayadək
C) 4 ayadək
D) 10 ayadək
E) 1 ayadək
Yeni doğulma dövrü təsnifata görə uşaq doğulan gündən 1 aya qədər olan müddətdir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 30
428) Uşaqda raxit xəstəliyinin yaranmasının səbəbi?
A) B qrup vitaminlərinin çatışmazlığı
B) C vitaminin çatışmazlığı
C) A vitamininin çatışmazlığı
D) Dəmir çatışmazlığı
E) D vitamininin çatışmazlığı
Raxit uşaqlar arasında ən çox rast gəlinən xəstəlikdir. Orqanizmdə vitamin D-nin çatışmazlığı nəticəsində kalsium -fosfor mübadiləsinin pozulması baş verir. Kalsium orqanizmə az sorulur ki, nəticədə raxit xəstəliyi əmələ gəlir
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri “Bakı ,2008 , səh 13.
Dostları ilə paylaş: |