422) Tənzimləyici qidalara hansı qidalar aiddir?
A) Meyvə və tərəvəz şirələri, kəsmik, yumurta sarısı
B) Ana südü
C) Sadə qarışıqlar
D) İnək südü
E) Adaptaolunmuş qarışıqlar
Tənzimləyiçi qidalar orqanizmin yağlara , karbohidratlara , zulallara, vitaminlərə olan ehtiyacın ödənilməsi üçün təyin edilir.Bu meyvə və tərəvəz şirəsi, kəsmik, yumurta sarısı və s. ola bilər
Ədəbiyyat: N. Tağıyev Neonatologiya 2007 səh 136
423) Aşağıdakı qidalardan hansı əlavə qidaya aiddir?
A) Ət əzməsi
B) Kəsmik,yumurta sarısı
C) Yumurta sarısı,qatıq
D) Ət bulyonu,kəsmik
E) Sıyıqlar, tərəvəz püresi, qatıq
Sudəmər uşağın 4-5 aylığından sonra artan tələbatını ödəmək uçun əlavə qida təyin edilir . Bu sıyıqlar , tərəvəz püresi ola bilər.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 cтp82
424) Raxit xəstəliyi olan və südə allergiyası olan uşaqlar üçün sıyıqlar necə hazırlanır?
A) Süddə
B) Tərəvəz həlimində və ya suda
C) Düyü həlimində
D) Toyuq bulyonunda
E) Ət bulyonunda
Raxit xəstəliyi zamani sudəmər uşağın mikroelementlərə təlabatı yüksək olduğu uçun , sıyıqlar məsləhət görulür . Südun zulalı obligat allergen olduğu üçün , sıyıglar tərəvəz həlimində və ya suda hazırlanır.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 cтp 80
Dostları ilə paylaş: |