429) İsitqacın yerli təsiri hansıdır?
A) Bədəni soyudur, iltihabı prosesin sorulmasına kömək edir
B) Damarı daraldır.
C) Dərini oyadır, qan dövranını yaxşılaşdırır
D) Qan dövranını yaxşılaşdırır,iltihabı prosesin sorulmasına kömək edir
E) Qanaxamanı dayandırır.
İsidqac bədəni isidir, damarı genişləndirir. Qan dövranını yaxşılaşdırır. İltihabı prosesin sorulmasına kömək edir.
Ədəbiyyat: “Tibb bacısının məlumat kitabı” Bakı 1994 səh 60
430) Spazmofiliya qıcolması zamanı ilkin təcili yardım hansıdır?
A) Naşatır spirti ilə qıcıqlandırılır, havaya çıxarılır
B) Ürəyin qapalı masajı aparılır
C) Antibiotik vurulur
D) Ürək dərmanları verilir
E) Süni tənəffüs və oksigen verilir
Spazmofiliya zamanı qıcolma baş verərsə xəstəyə təcili yardım göstərilməlidir.: naşatır spirti iylətmək, sünii tənəffüs vermək, qıcolma əleyhinə preparatlardan istifadə etmək lazımdır.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ”Bakı 2008 səh 35
Dostları ilə paylaş: |