726) Şüa yanıqları zamanı ilk tibbi yardım necə başlanılır?
A) Şüalanmış sahə aseptik sarğı ilə örtülür
B) Şüalanmış sahə çoxlu miqdarda soyuq su ilə yuyulur
C) Şüalanmış sahənin üzərinə məlhəm qoyulur
D) Zərərçəkənə ürək dərmanları verilir
E) Zərərçəkənə ağrıkəsici öreparat verilir
Dəri şüalandıqda qızarmış və qıcıqlanmış sahə çoxlu miqdarda su ilə yuyulur,sonra isə dozimetr ilə radiasiyanın dərəcəsi ölçülür.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 120
727) Yalnız bir sarğı otağı varsa yaraların sarınma ardıcıllığı necə olmalıdır?
A) Əvvəl irinli sonra təmiz yaralar sarınır
B) Təmiz və irinl yaralar eyni vaxtda sarınır
C) Irinli yaralar palatada sarğı əməliyyatından keçirilir
D) Əvvəlcə təmiz sonra isə irinli yaralara sarğı əməliyyatı aparılır
E) Ardıcııllığa riayət olunmur
Bütün təmiz aseptik yaraların sarğısı təlimata uyğun olaraq əvvəlcə aparılır. Sonra isə irinli yaralar sarınır. İşin axrında dezinfeksiya işlərindən sonra bakteriosid lampa ilə şüalandırılır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 45
Dostları ilə paylaş: |