316) Enterit hansı orqanın xəstəliyidir?
A) Soxulcanabənzər çıxıntının
B) Yoğun bağırsağın
C) 12 barmaq bağırsağın
D) Düz bağırsağın
E) Nazik bağırsağın
“ Entero” latınca nazik bağırsaq deməkdir , “it” şəkilçisi isə iltihabı bildirir.
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 347. Bakı. “Təbib“1998
317) Xroniki enterit zamanı hansı qrup preparatların təyini məsləhət deyil?
A) Disbakteriozu aradan qaldıran probiotiklər
B) Patogen floranı zəiflədən antibakterial dərmanlar
C) Antibiotiklər
D) Vitaminlər
E) Həzm fermentləri
Geniş təsir spektrli antibiotiklər xroniki enterit zamanı işlədilmir, çünki bu preparatların disbakteriozu gücləndirmək təhlükəsi mövcuddur.
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ;V.Q.Kukes ;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 353. Bakı. “Təbib“1998
318) 27 yaşlı qadın göbək ətrafında yeməkdən 3-4 saat sonra başlanan küt ağrılar , qarının köpməsi , qarında güclü qurultu, gün ərzində 3-4 dəfə çoxlu miqdarda duru nəcis ifrazı, halsızlıq ,yorulma, arıqlama , südə qarşı tolerantlığın pozulması şikayətləri ilə feldşerə müraciət edib. Anamnezdən məlum olur ki , bu simptomlar xəstəni 2 ildir narahat edir, ədavalı ,istiotlu qida qəbulundan sonra halı pisləşir. Feldşer hansı xəstəlikdən şübhələnməlidir?
A) Kəskin qastrit
B) Mədə xorası
C) Kəskin pankreatit
D) Mədə xərçəngi
E) Kəskinləşmə mərhələsində olan xroniki enterit
Xroniki enterit zamanı ağrılar küt və ya spastik xarakter daşıyıb ,əsasən göbək ətrafında lokalizasiya edir. Qarnın palpasiyası zamanı göbəkdən bir qədər sola və yuxarı , nazik bağırsağın müsariqəsi boyunca ağrıların olması , xəstənin südə davamsız olması, xəstəliyin kəskin və ədavalı yeməklərdən sonra kəskinləşməsi və gün ərzində 3-4 dəfə çoxlu nəcis ifrazı diaqnozu təsdiqləyir.
Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.348. Bakı. “Təbib “1998
Dostları ilə paylaş: |