319) Göstərilənlərdən hansı öd durğunluğuna səbəb olmur?
A) Qida qəbulunun seyrək olması
B) Hamiləlik
C) Az hərəkətli həyat tərzi
D) Piylənmə
E) İdmanla müntəzəm məşgul olmaq
Öd durğunluğu ödün axmasına maneə olduqda yaranır , məsələn hamiləlik,piylənmə zamanı öd kisəsi basılır ödün axması çətinləşir, qida qəbulu seyrək olduqda isə öd kisəsi tam boşala bilmir və bu səbəblərdən öd durğunluğu yaranır.
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 439. Bakı. “ Təbib “ 1998
320) Xoranın hansı ağırlaşması penetrasiya adlanır?
A) Xərçəngə çevrilməsi
B) Qonşu orqana keçməsi
C) Qanaxma verməsi
D) Deşilməsi
E) Çapıqlaşması
Xoranın qonşu orqana keçməsi penetrasiya adlanır. Əsasən xora kiçik piyliyə, mədəaltı vəzə, bəzən qara ciyərə penetrasiya edir.
Ədəbiyyat:Daxili xəstəliklər.F.İ.Komarov;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 326. Bakı.“Təbib“1998
321) 42 yaşlı kişi feldşerə müraciət edib. Obyektiv müayinə zamanı bədən temperaturu 37,3 dərəcə , ümumi vəziyyəti qənaətbəxşdir.Skleralar və yumşaq damaq subikterikdir( zəif sarılıq). Dilin üzəri sarıyaçalan ərplə örtülüdür.Palpasiyada qarnı yumşaq , sağ qabırğaaltı zəif ağrılıdır. Qaraciyər sağ qabırğaaltından 3 sm çıxıb. Dalaq əllənmir.Anamnezə görə 10 il əvvəl kəskin viruslu hepatit keçirib. Xəstəyə ilk olaraq hansı diaqnozu qoymaq olar?
A) Kəskinləşmə mərhələsində olan xroniki hepatit
B) Mədə xərçəngi
C) Qaraciyər sirrozu
D) Kəskin qastrit
E) Kəskin pankreatit
Xəstəyə diaqnoz anamnezə və obyektiv müayinəyə əsasən qoyulur.
Xroniki hepatit müalicəsi tam aparılmadıqda kəskin hepatitdən 6 ay və daha çox sonra meydana gəlir.Anamnezdən bəlli olur ki, xəstə 10 il əvvəl viruslu hepatit keçirib .Obyektiv olaraq qaraciyərin böyüməsi , damağın və skleraların subikterik olması , sağ qabırğa altında ağrı və ağırlıq hissi diaqnozun qoyulmasında mühüm əhəmiyyət kəsb edir.
Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 408. Bakı.“Təbib“1998
322) Feldşer 66 yaşlı xəstə qadına baxmaq üçün evə çağırılıb.Xəstə sağ qabırğaaltında olan , sağ çiyinə , sağ kürəyə vuran güclü ağrıdan , ürəkbulanma və qusmadan şikayət edir. Ağrılar gecə ,qəflətən başlayıb . Axşamüstü yağlı ət yeyib.Belə ağrılar ilk dəfədir baş verir. Palpasiyada sağqabırğaaltı bərk ağrılıdır və həmin nahiyədə əzələlər gərilib.Xəstəyə hansı diaqnozu qoymaq olar?
A) Böyrək daşı xəstəliyi , böyrək sancısı
B) Öd daşı xəstəliyi, qaraciyər sancısı.
C) Qaraciyər çatmamazlığı
D) Kəskin pankreatit
E) Qaraciyər sirrozu
Xəstəyə diaqnoz anamnezə və obyektiv müayinəyə əsasən qoyulur. Ağrının qəflətən , yağlı ət yedikdən sonra başlaması, sağqabırğa altında olması, xəstənin yaşlı qadın olması , ürəkbulanma .qusma diaqnozu dəqiqləşdirməkdə mühüm əhəmiyyət kəsb edir.Belə ki,öd daşı piylənmə və hamiləliklə əlaqədar olaraq qadınlarda daha çox müşahidə edilir. Xəstənin axşamüstü yağlı ət yeməsi öd ifrazını artırıb, bu da öz növbəsində kisədə olan daşı tərpədərək öd axarlarına doğru itələyib ,nəticədə daş mexaniki olaraq ödün axmasına maneçilik törədib, eyni zamanda tutma vaxtı öd axarlarının spazmı kisənin boşalmasını ləngidir və nəticədə sağ qabırğaaltı nahiyədə palpasiyada kəskin ağrı və qarın əzələlərinin gərilməsi baş verir.
Ədəbiyyat:Daxili xəstəliklər.F.İ.Komarov;V.Q.Kukes ;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 445. Bakı. “Təbib“1998
Dostları ilə paylaş: |