569) Uşaqlarda mədənin yuyulmasına əks göstəriş nədir?
A) Dərman zəhərlənməsi
B) Spirtlə zəhərlənmə
C) Mədə qanaxması
D) Qida zəhərlənməsi
E) Perekislə zəhərlənmə
Müxtəlif mənşəli zəhərlənmələrdə, kəskin qastritdə - uşaqda tez-tez qusma , qaytarma olan hallarda ilk yardım mədənin yuyulmasıdır. Mədə qanaxması zamanı mədənin yuyulması əks göstərişdir.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 91
570) Yeni doğulmuşun dərisinin ilkin təmizlənməsi necə aparılır?
A) 70%-li spirtlə
B) Furasilinlə
C) 5%-li kalium permanqanatla
D) Steril bitki yağı ilə
E) 2%-li yodla
Yeni doğulmuşun dərisi çox zərif və incə olduğu üçün tez zədələnə bilir. Ona görə yeni doğulmuşun dərisini steril bitki yağı ilə təmizləmək məsləhətdir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 60
Dostları ilə paylaş: |