591) Qanköçürmədən sonra tibb işçisi hansı göstəricilərə fikir verməlidir?
A) Nəbzə, A/T, diurezə və temperatura
B) Diurez və temperatura
C) Nəbz və arterial
D) A/T və temperatura
E) Nəbz və temperatura
Qan köçürmə qurtardıqdan sonra xəstə 2 saat uzanmalı,A/T, nəbz, diurezə və tempratura nəzarət ilk 4 saatda ciddi aparılmalıdır.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 352) N.P.Paleyev Bakı-1991
592) Hansı mərhələ infeksiyalaşmış yaranın 1-ci fazanı əks etdirir?
A) Epitelizasiya
B) Çapıqlaşma
C) Dehidratasiya
D) Regenerasiya
E) Hidrotasiya
İnfeksiyalaşmış yaranın birinci fazası hidrotasiya, ikinci fazası isə dehidrotasiya adlanır. Hidrotasiya fazasında damarların genişlənməsi, qızartı, ödem, ağrı, damar keçiriciliyinin pozulması, toxumaların infiltrasiyası baş verir.
Ədəbiyyat:Ümumi cərrahlıq. B.X.Abasov Bakı-1987. (səh 317)
Dostları ilə paylaş: |