597) Anaerob infeksiyaların törədiciləri hansılardır?
A) Stafilokokklar
B) Batsillər
C) Rikketsiyalar
D) Klostridilər
E) Streptokoklar
Klostridilər oksigensiz mühitdə yaşayaraq inkişaf edən, spor əmələ gətirən mikroorqanizmlərdir. 4 növü var: Cl. oedematiens, Cl.perfrinqens, Cl. septrcum və Cl. histolyticum. Çox vaxt xəstəliyin inkişafında bu bakteriyaların bir neçəsi iştirak edir.
Ədəbiyyat: Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. (səh 147).
598) Hipertonik imalə üçün natrium-xlorun neçə faizli məhlulu işlədilir:
A) 0.5%
B) 10%
C) 20%
D) 15%
E) 2%
Hipertonik imalə peristaltikanı birdən-birə artırmadan bağırsaqları yumşaldır. Natrium-xlorun 10-li hipertonik məhlulundan ilıq halda 100-200ml imalə üçün işlədilir.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 47) N.P.Paleyev Bakı-1991
599) Mədəyə zond salınarkən nə üçün püskürmə (aerozol) şəklində anesteziya etmək olmaz?
A) Qida borusunun əzələsini yumşaldır
B) Zondu udarkən burula bilər
C) Burunla tənəffüsü çətinləşdirir
D) Yuxarı tənəffüs yollarını çətinləşdirir
E) Udma və qusma refleksini zəiflədir
Anesteziya edici maddə udlağın selikli qişasını və dilin kökünü anesteziya edir, udma aktı pozulduğu üçün zondu udmaq mümkün olmur. Udma və qusma aktı refleksləri olmadığı üçün çox çətinliklər yaranır.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 65) N.P.Paleyev Bakı-1991
Dostları ilə paylaş: |