593) Elektrotravmalarda ilk görüləcək vacib tədbir hansıdır?
A) Spazmolitiklər vurmaq
B) Eufillin vurmaq
C) Cərəyanın təsirini kəsmək
D) Aseptik sarğı qoymaq
E) Ağrıkəsici vurmaq
Ən əvvəl cərəyan mənbəyini açmalı (cərəyan altında olan adama ancaq rezin əlcək və uzunboğaz çəkmə geyinmiş halda əl vurmaq olar).
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 573) N.P.Paleyev Bakı-1991
594) Zədələnmələrdə hansı müddət ərzində soyuq qoymaq lazımdır?
A) 3 gün
B) 6 saat
C) 5 gün
D) 1 gün
E) 7 gün
İlk yardım kimi 1 gün əzilmiş yerə sıxıcı sarğı, buz qovuğu, soyuq kompres qoymaq, qansızmanı və ağrını azaltmaq üçün zədələnmiş nahiyyəyə dinclik vermək lazımdır.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 351) N.P.Paleyev Bakı-1991
595) Tetanus əleyhinə zərdabın durulaşdırılmış dəri içi sınağı üçün işlədilən nisbəti:
A) 1:100
B) 1:10
C) 1:500
D) 1:50
E) 1:1000
Tetanus əleyhinə zərdabın vurulma təlimatında göstərilmişdir: Tetanus əleyhinə zərdab Bezredko üsulu ilə 3 sınaqdan sonra əzələ daxilinə vurulur.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. (səh 150).
596) Yarada olan spesifik qoxunu azaltmaq üçün hansı antiseptik məhlul işlədilir?
A) Kalium permanqanat
B) Furasillin
C) Gümüş nitrat
D) Spirt
E) Yod
0.1-0.05%-li kalium-permonqanat məhlulu ilə çürüntülü, irinli, yaraları yuyarkən yaxşı nəticə verir, yaranın qoxusunu aradan qaldırır.
Ədəbiyyat: Ümumi cərrahlıq.(səh 60) B.X.Abasov Bakı-1987
Dostları ilə paylaş: |