946) Kütləvi qırğın silahlarına nə aid deyil?
A) Kimyəvi silahların tətbiqi
B) Bakterioloji silahın tətbiqi
C) Əlbəyaxa döyüş
D) Terror məqsədi ilə törədilən partlayışlar.
E) Nüvə silahının tətbiqi
Ədəbiyyat: Ф.И.Камаров «Военно-медицинская подготовка» Москва1989 стр 95
947) Boğucu təsirli zəhərli maddə fosgenlə zəhərləndikdə bu əlamətlərdən hansı müşahidə olunmur?
A) Öskürək, boğulma
B) Ağızda xoşagəlməz dad
C) Hallüsinasiyalar
D) Mədə nahiyyəsində ağrılar və qusma
E) Gözlərin və tənəffüs yollarının qıcıqlanması
Hallüsinasiyalar psixokimyəvi zəhərli maddələrlə zəhərləndikdə baş verir.
Ədəbiyyat: Ф.И.Камаров «Военно-медицинская подготовка» Москва1989 стр 259
948) Ümumi təsirli, zəhərli maddələrlə zədələndikdə ilk tibbi yardım zamanı hansı tədbir aparılmır.
A) Zədələnmə ocağında çıxarılır.
B) Zədə alana əlehqaz geyindirilir
C) Süni tənəffüs verilir.
D) Antidot yeridilir
E) Antibiotiklər, dezensibilizəedici maddələr ,transfuzion terapiya
Antibiotiklər, desensibilizəedici preparatlar, transfizion terapiya ixtisaslaşdırılmış yardım zamanı ocaqdan kənarda, tibb müəssisəndə təyin olunur və aparılır.
Ədəbiyyat: Ф.И.Камаров «Военно-медицинская подготовка» Москва1989 стр 258
949) Termiki yanıqlar zamanı zərdab hansı xəstəliyin profilaktikası məqsədilə vurulur?
A) Qarayara
B) Vəba
C) Tetanus
D) Quduzluq
E) Botulizm
Ağırlaşmaların qarşısını almaq, tonik və klonik qicolmaların qarşısını almaq üçün vurulur.
Ədəbiyyat: B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 296-297
Dostları ilə paylaş: |