36) Uremik koma zamanı xəstənin nəfəsindən hansı iy gəlir?
A) Lax yumurta
B) Tütün
C) Aseton
D) Ammonyak
E) Alkoqol
Uremiya-orqanizmin ağır intoksikasiyası olub, böyrəklər tərəfindən azot şlaklarının xaric olmasının çətinləşməsi zamanı əmələ gəlir. Uremiya zamanı qanda zülalların parçalanma məhsulları olan – sidik cövhəri, sidik turşusu, kreatinin toplanır və bu zaman xəstənin nəfəsindən ammonyak iyi gəlir.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 122
37) Hansı halda masaj etmək olmaz?
A) Piylənmə
B) Spastik iflic
C) Limfa düyünləri şişdikdə
D) Oynaq xəstəlikləri
E) Bağların dartınması
Limfanın mühafizə rolunu nəzərə alaraq, bədənə keçən mikroorqanizmləri tutub özündə saxlaması nəticəsində şişmiş limfa düyünlərinin massajı əks-göstərişdir.
Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.272. “Maarif” Bakı 1980
38) Bunlardan hansı masajın əsas metodu deyil?
A) Döyəcləmə
B) Sığallama
C) Kəsmələmə
D) Sürtmə
E) Basmalama
Basmalama masajın əsas metodlarından biri olan kəsmələmə masajının bir növüdür. Əlin masajı zamanı ağrı və ödem olduqda basmalama tətbiq edilir.
Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya .Səh.274 “Maarif” Bakı 1980
39) Tənəffüsün xüsusiyyətlərinə hansılar aiddir?
A) Dolğunluq
B) Yüksəklik
C) Gərginlik
D) Tonus
E) Tezlik
Tənəffüs sərbəst nəfəsalma və nəfəsvermə hərəkətlərinin ritmik növbələşməsidir. Normada bir dəqiqə ərzində böyüklərdə 16-20 tənəffüs hərəkəti qeydə alınır. Bu göstəricinin artıb-azalması tənəffüsün tezliyinin dəyişməsi deməkdir.
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 190. “Maarif” 1974
40) Hirudoterapiya nədir?
A) İqlimlə müalicə
B) Qanburaxma
C) İşıqla müalicə
D) Su ilə müalicə
E) Zəli ilə müalicə
Latınca zəli “Hirudenia “ adlanır və zəlinin tüpürcəyində hirudin adlanan, laxtalanmanı azaldan maddə vardır, ona görə də zəli ilə müalicə hirudoterapiya adlanır.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” .Səh.39 “Çıraq” 2008
Dostları ilə paylaş: |