24) Yataq yaralarının yaranmaması üçün ağır xəstələrin vəziyyətini neçə saatdan bir dəyişmək lazımdır?
A) 2,5
B) 3
C) 1
D) 1,5
E) 2
Ağır xəstə eyni vəziyyətdə uzun müddət yatdıqda mikrosirkulyasiya pozulur, dəri, dərialtı və digər yumşaq toxumalarda nekroz əmələ gəlir. Bu hal baş verməsin deyə hər 2 saatdan bir xəstəni müxtəlif böyrü üstə çevirərək müəyyən müddət bu vəziyyətdə saxlamaq lazımdır.
Ədəbiyyat: C.N. Hacıyev. R .Y. Əlyev. Xəstələrə qulluq. Səh.63 “Təhsil” Bakı 1998.
25) Aşağıdakılardan hansı obyektiv metoda aid deyil?
A) Anamnez (sorğu)
B) Baxış
C) Auskultasiya
D) Palpasiya
E) Perkussiya
Anamnez (sorğu) subyektiv müayinə metodu sayılır. Sadalanan qalan müayinə metodları isə obyektiv metodlardır.
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 150
26) Bayılma zamanı istifadə olunan dərmanlar hansılardır?
A) Strofantin, eufillin
B) Prednizolon, poliqlükin
C) Vikasol, qlükoza
D) Analgin, fentanil
E) Kordiamin, mezaton
Kordiamin mərkəzi sinir sistemini stimulyasiya edir, damar hərəki mərkəzin oyanmasına səbəb olur, mezaton damar büzücü preparat olub, qan təzyiqinin artmasına səbəb olur. Bayılma kəskin damar çatmamazlığı olduğundan bu preparatların istifadəsi daha məqsədəuyğundur.
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 321
27) Endemik urun profilaktikası üçün hansı məhsulları yodlaşdırırlar?
A) Süd məhsulları
B) Bitki yağları
C) Ət məhsulları
D) Qənd, konfet
E) Xörək duzu
Xörək duzu digər məhsullardan fərqli olaraq hər gün qida rasionuna daxil edilir, ona görə endemik urun profilaktikasında 1qr duza 10 qr kalium yodid əlavə edilmiş yodlaşdırılmış duzdan istifadə olunur.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” .Səh. 117. “Çıraq” 2008
Dostları ilə paylaş: |